Uzun müddətdir AzNews.az saytının baş redaktoru vəzifəsində çalışan Elçin Zahiroğlu tutduğu postdan istefa verib.
Modern.az-ın xəbərinə görə, faktı Elçin Zahiroğlunun özü də təsdiqləyib, lakin səbəblər barədə danışmayıb.
AzNews.az 2012-ci il avqustun 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayıb. Elçın Zahiroğlu həmin ilin dekabrından bu günə qədər saytın baş redaktoru olub.
Bu, saytın rəhbərliyindəki ikinci istefadır.