XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2016 - 02:48

“Azadlıq” qəzetinin redaktoru da dindirildi –Suallar Faiq Əmirli ilə bağlı olub

suceddin

Sentyabrın 7-də “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə verib.

Bu barədə mətbuata Sücəddin Şərifov özü məlumat verib: “Bu gün səhər saatlarında Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən zəng edib şahid qismində dəvət olundum. Təfərrüatlara vara bilmərəm. Ümumi onu deyə bilərəm ki, saat 15-də başlayan dindirmə iki saata yaxın çəkdi. Suallar Faiq Əmirliyə açılmış cinayət işi ilə bağlı idi. Dindirilmə idarənin müstəntiqi Aqil Ələsgərov tərəfindən aparıldı”.

Qeyd edək ki, Sücəddin Şərifovdan əvvəl qəzetin əməkdaşları Xəyal Babayev və Vidadi Məmmədov da Ağır Cinayətlərə Dair İstintaq idarəsində bu işlə bağlı dindirilib.