XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 12:50

Rusiyada dövlət KİV-nin maliyyələşməsininazaldılması təklif olunur

putin

Rusiyada dövlət tərəfindən maliyyələşdirilən KİV-ə ayrılan subsidiyaların azaldılması təklif olunur.

Bunu “Vedomosti”yə Rusiya Maliyyə Nazirliyindəki mənbədən bildiriblər.

Nazirliyin metodik göstərişlərində dövlət tərəfindən maliyyələşdirilən mətbuat orqanlarına ayrılan vəsaitin azaldılması tövsiyə edilir.

Söhbət ilk növbədə TASS və “Rusiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə ayrılan subsidiyaların azaldılmasından gedir. Dəqiq rəqəm açıqlanmasa da, bəllidir ki, 2016-cı ildə “Rusiya seqodnya” dövlətdən 6,75 mlrd. rubl (104 mln. dollar), TASS isə 1,81 mlrd. rubl (27,8 mln. dollar) alıb.

Rusiya Maliyyə Nazirliyi həmçinin əhalisi 100 min nəfərdən az olan şəhərlərdə analoq yayımı xidməti göstərən telekanallara ayrılan subsidiyaları azaltmağı təklif edir. Qeyd edək ki, bu il Ümumrusiya Dövlət Televiziya və Radio Şirkəti (VQTRK) 24, 99 mlrd. rubl (383 mln. dollar), “Russia Today” 19 mlrd. rubl (292 mln. dollar), “Ostankino” isə 1 mlrd. rubl (15,4 mln. dollar) subsidiya alıb.

Əlavə edək ki, Rusiyada artıq neçə ildir dövlət tərəfindən maliyyələşdirilən KİV-ə ayrılan subsidiyalar azaldılır. (APA)