XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 03:59

Tanınmış jurnalist APA-dan uzaqlaşdırıldı –Mitinq mübahisəsi

ferahim-2

"APA-Holdinq"in əməkdaşı, tanınmış jurnalist Fərahim İlqaroğlu işdən çıxarılıb.

Azadliq.info-nun məlumatına görə, buna səbəb onun virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevlə Milli Şuranın 11 sentyabrda keçirdiyi mitinq barədə sosial şəbəkələrdəki mübahisəsi olub.

Bildirildiyinə görə, Eynulla Fətullayev həmin mitinqlə bağlı aksiya başlamamışdan əvvəl çəkilən fotolardan birini (həmin fotoda 5-10 adam əks olunur) paylaşaraq, Milli Şuranın fiaskoya uğradığını iddia edib. Fərahim İlqaroğlu isə onun statusunun şərh bölməsinə mitinq vaxtı çəkilmiş fotolardan birini qoyub. Bu fotoda isə mitinqin kütləviliyi əks olunur. Bundan hiddətlənən Eynulla Fətullayev ona “Sən AXCP-də işləyirsən, yoxsa APA-da?” deyə sual edib. Fərahim İlqaroğlu isə bunun məsələyə dəxli olmadığını jurnalist kimi peşə borcunu yerinə yetirdiyini diqqətə çatdırıb.

"Azadlıq"ın yazdığına görə, Eynulla Fətullayev yazışmanı Prezident Administrasiyasına gondərib və məhz bundan sonra "APA-Holdinq"in rəhbərliyinə Fərahim İlqaroğlunu işdən çıxarmaq tapşırığı verilib.

Jurnalistin işdən çıxarılmasına münasibəti belə olub: "“APA Holdinq”lə yollarımız ayrıldı. İşdən çıxarılmama səbəb kimi mənim jurnalist Eynulla Fətullayevin paylaşdığı postda mitinqdən olan bir fotonu şərh kimi yerləşdirməyim və eyni zamanda “Azadlıq” qəzetində çalışan həmkarlarımı müdafiə etməyim göstərildi. Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı”.