İsmayıl Həsənov Region TV-nin strateji inkişaf direktoru vəzifəsinə təyin olunub.
Region TV-dən Axar.az-a verilən məlumatda bildirilir ki, İ.Həsənov yeni vəzifəsi ilə paralel olaraq, kanalın mətbuat əlaqələndiricisi vəzifəsini də icra edəcək.
Qeyd edək ki, İ.Həsənov bu təyinata qədər telekanalın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.