XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2016 - 14:04

Tanınmış aparıcı yenidən radioda:Rahib Azəri “Xəzər FM”də işə başlayıb

rahib-azeri

Azərbaycanın tanınmış televiziya və radio aparıcısı Rahib Azəri yenidən radioya qayıdıb.

Strateq.az  bildirir ki, R. Azəri bundan sonra “Xəzər FM” radiosunda fəaliyyətini davam etdirəcək. Öz səsi ilə milyonlarla dinləyicinin qəlbinə yol tapmış R.Azəri Cənubi Qaqfqazda və Orta Asiyada fasiləsiz olaraq 21 il radio aparcısı kimi çalışan yeganə jurnalistidr.  

1994-cü ildən “ANS ÇM”-də fəaliyyətə başlayan Rahib Azəri  “Anten FM”, “Lider Jazz FM”, “Burc FM” kimi radiolarda müxtəlif proqramların müəllifi və aparıcısı olub. Rahib Azəri TV-lərdə tamaşaçılar tərəfindən sevilən bir sıra telelayihələrin müəllifidir. O, 2006-2008-ci illərdə “Space” TV-də “Kiçik qala” və “Bizim kino” kimi verilişlərini təqdim edib.

R. Azəri hazırda  “Xəzər” TV-də yayımlanan “Sirdaş” proqramının müəllifi və aparıcısıdır.O, 2014-cü ildə “Sirdaş” proqramına görə “Humay” mükafatına layiq görülüb.