XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 16:31

GİZ-dən jurnalistlər üçünyeni müsabiqə

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Gender hüququ: qanunvericilik və təcrübə” mövzusunda yazı müsabiqəsini elan edib.

GİZ-dən verilən xəbərə görə, müsabiqəyə Azərbaycanda gender problemlərinə (gender bərabərliyi, gender rollarının paylaşdırılması, gender stereotipləri, gender etikası, qadın və ailə, qadın və cəmiyyət və s.), gender problemi ilə bağlı Azərbaycan qanunvericiliyi və onun tətbiqi praktikasına (o cümlədən məhkəmə təcrübəsinə), onları doğuran səbəblərə və bu problemlərin həlli yollarına dair araşdırma məqalələri qəbul ediləcək.

Məqalələrin qiymətləndirilmə meyarları isə belə olacaq:

– Gender hüququ və məişət zorakılığı ilə bağlı qanunvericiliyinin tətbiqi zamanı  meydana çıxan problemlərin təhlili,bu movzuda konkret bir hadisəyə əsasən jurnalist araşdırması,

– Cinslər arasında fərq və  onun yaratdığı sosial bərabərsizliklərlə bağlı problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi, bu problemlerin cəmiyyəttə həlli yolları

– Yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, qanunvericiliyə və rəsmi mənbələrə istinadların edilməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı, yazının yaratdığı mənəvi təsirin dərinliyi);

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 500 AZN
İkinci yer –  400  AZN
Üçüncü yer –  300  AZN

Jurnalistlər müsabiqəyə 19 Sentyabr  2016-cı ildən 6 Noyabr 2016-cı ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə  GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.