XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 12:44

Mətbuat Şurasında jurnalistlərə yeni gödəkçələr paylanıb –Açıqlama

metbuat-surasi

Bu gün Mətbuat Şurasında (MŞ) jurnalistlər üçün yeni təhlükəsizlik gödəkçələri paylanıb.

MŞ sədri Əflatun Amaşov media kapitanlarının və jurnalistlərin iştirakı ilə yeni gödəkçə barədə məlumat verərək deyib ki, Şura ilə Daxili İşlər Nazirliyi uzun müddətdir layihə həyata keçirir:

 "Küçə aksiyaları zamanı monitorinqlər aparılır. Ayrı-ayrı redaksiyalarda çalışan jurnalistlər də aksiyaları işıqlandırırlar. Bu zaman onların fəaliyətini və təhlükəsizliyini təmin etmək üçün qrupun üzvləri orda olur. Məqsəd elə olur ki, jurnalistlər orada olanda heç bir problem yaranmasın. Təhlükəsizlik gödəkçələri də buna xidmət edir”.

Ə.Amaşovun sözlərinə görə, bu dəfə üçün 300 gödəkçə hazırlanıb və hər redaksiyaya onların küçə aksiyalarına münasibət dərəcəsinə görə gödəkçələr paylanacaq: "Aktiv redaksiyalara daha çox verəcəyik. Bugünkü tədbir gödəkçələrin ilk partiyası barədə məlumat vermək xarakteri daşıyırdı. Ümumilikdə, bu gün hər redaksiyaya bir ədəd gödəkçə paylanacaq”.

Musavat.com