XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

22 Sentyabr 2016 - 14:30

“Artıq ANS-lə bağlı məhkəmə öz qərarını verib”-YAP-dan ANS-in bağlanmasına reaksiya

aydin-mirzezade-deputat

“Biz məhkəmə qərarlarına hörmətlə yanaşan bir təşkilatıq. Artıq ANS-lə bağlı məhkəmə öz qərarını verib. Ortada olan materiallar araşdırılıb”.

Bunu YAP siyasi şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib.

Deputat, son olaraq məhkəmənin qərarına hörmətlə yanaşıldığını bildirib: “Eyni zamanda, biz hüquqi dövlətdə yaşayırıq. Məhkəmə qərarına hörmətlə yanaşılmaldır. Məhkəmə artıq bu məsələyə son qoyub. Düşünürəm ki, məhkəmə qərarlarına rəy vermək düzgün deyil”(Modern.az).

Qeyd edək ki, dünən Ali Məhkəmədə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses keçirilib. Yekun olaraq Məhkəmənin qərarına əsasən, ANS-in şikayəti təmin edilməyib.