XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2016 - 10:10

Qənimət Zahid yeni telekanal açır:"Turan TV" nə göstərəcək?

qenimet

Xaricdən yayımlanan “Azərbaycan saatı” televiziya proqramının yaradıcısı və aparıcısı Qənimət Zahid yeni telekanal açır.

Strateq.az bildirir ki, “Turan TV” adlanacaq kanalın oktyabrın 8-dən efirə çıxması planlaşdırılır:

“Biz texniki keyfiyyəti zamanla qaldırmağa çalışacağıq. Telekanalın tamaşaçı sarıdan korluğu olmayacaq, əminəm. Biz alterantiv fikir təqdim edəcəyik. Üstəlik, bizim Azərbaycanda yaradıcı heyətimiz yoxdursa, bu, o demək deyil ki, Azərbaycandan material ala bilmirik. Əksinə, “Azərbaycan saatı”na göndərilən materialların 50 faizindən istifadə edə bilmirdik. İndi buna imkanımız yaranır. Bundan başqa, online Tv-lər var, onların verilişlərini efirə verəcəyik. Müsiqi və filmlər də yayımlayacağıq”.

Q. Zahidin sözlərinə görə, müəəllif hüquqları problemi ilə üzləşməmək üçün bu kateqoriyaya düşməyən məhsullardan istifadə edəcəklər: “Eyni zamanda, yayım çoğrafiyamızda olan ölkələrdə də proqram istehsalçıları var, onlar bizə veriliş verəcəklər. Məsələn, Özbəkistanla bağlı davamlı proqramlar olacaq, ilkin danışıqlarımız var. Türkmənistan, Tacikistan, Qırğızıstandan da ictimai-siyasi verilişlər olacaq”.

Tlekanal TÜRKSAT-a ən yaxın ASTRA5B peykindən yayımlanacaq.