XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2016 - 13:10

Mətbuat Şurası:““Qaynar xətti”ə jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb”

metbuat-surasi

"Saat 12:00-dək Azərbaycan Mətbuat Şurasının (MŞ) referendumla bağlı yaratdığı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb".

Bu barədə MŞ-dan Strateq.az-a verilən məlumata görə, paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.

Qeyd edək ki, Mətbuat Şurasının şəhər (012 441 35 30) və mobil (055 201 99 26) telefon nömrələri saat 8.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.