XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2016 - 06:54

Media müzakirəsi:Mənimsənilən pullar, silahla toplantıya qatılan baş redaktor... (VİDEO)

evez-azer-1

“Kanal13” internet televiziyasının sentyabrın 29-da Azərbaycanda insan hüquqlarının, xüsusən də media azadlığının vəziyyətinə həsr edilmiş buraxılışı ölkənin media sektorunda hökm sürən bərbad durumla bağlı kifayət qədər maraqlı faktların səsləndirilməsiylə diqqət çəkib.

Strateq.az xəbər verir ki, iki tanınmış jurnalistin – Mətbuat Şurası İdarə heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrətin və “Xural” qəzetinin baş redaktoru, keçmiş siyasi məhbus Əvəz Zeynallının qonaq qismində dəvət edildiyi proqramda medianın əsas problemləri müzakirəyə çıxarılıb, xüsusən də “reket jurnalistikası”, həmçinin media ilə bağlı dövlət qurumlarının fəaliyyəti haqda hətta cinayət xarakterli faktlar sadalanıb.

Məsələn, çıxışı zamanı Əvəz Zeynallı Mətbuat Şurasını və xüsusən də KİV-ə Dövlət Dəstəyi Fondunu (KİVDF) kəskin tənqid edərək, onu jurnalistlər arasında ayrıseçkilik salmaqda və həmçinin mediaya maddi yardım kimi ayrılan pulları mənimsəməkdə suçlayıb.

KİV DF-nin onu öz tədbirlərinə çağırmadığını, Mətbuat Şurasının isə reket jurnalistlərlə rəftarda loyal münasibət tutduğunu etiraf edən Azər Həsrət maraqlı bir faktı da diqqətə çatdırıb. O deyib ki, adı Mətbuat Şurasının “qara siyahısı”na salınan qəzetlərdən birinin baş redaktoru qurumun toplantısına silahla qatılırmış, üstəlik həmin baş redaktorun adı sonradan hansısa qüvvələrin təsiriylə Mətbuat Şurasının "qara siyahısı"ndan da çıxarılıbmış…

Strateq.az mövzunun aktuallığını nəzərə alaraq, “Kanal13”ün həmin buraxılışının videoyazısını təqdim edir: