Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayılın anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 7-ə təyin edilib.
Qeyd edək ki, Xədicə İsmayıl 2014-cü ilin dekabrında həbs edilib.
Ona Cinayət Məcəlləsinin n 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 125( intihar həddinə çatdırma) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində olan 125-ci maddə üzrə bəraət verilib.
Ali Məhkəmədə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.
Daha sonra X. İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib.
Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib.