XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

07 Noyabr 2016 - 16:17

Eldar Namazov:“Qarabağda müharibənin ABŞ-Rusiya səviyyəsinə keçməsi üçün ssenari artıq mövcuddur”

eldar namazov

Bu ilin aprel ayında Dağlıq Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən 4 günlük hərbi əməliyyatlardan uzun müddət sonra cəbhə xəttində müəyyən canlanma  hiss olunur. Ermənistanın silahlı qüvvələrinin Ağdamın işğal altındakı kəndlərində bir ay bundan əvvəl başlayan hərbi təlimləri, sanki, aprel hadisələrinin yenidən başlaya biləcəyinə işarə edir.  

Mövzu ilə bağlı politoloq  Eldar Namazov Modern.az-ın suallarını cavablandırıb.

Strateq.az müsahibəni təqdim edir: 

– Yenidən müharibə olacağı təqdirdə, bu, Azərbaycan-Ermənistan məcrasından çıxıb, super güclərin səviyyəsinə keçə bilərmi?

 – Artıq belə bir ssenari mövzusu mövcuddur. Azərbaycan aprel döyüşləri zamanı öz gücünü Ermənistana nümayiş etdirib. Ermənistan mərhələli plan üzrə bu məsələnin həllinə razılıq verməsə, o zaman hərbi əməliyyatların bərpa olunması qaçılmaz olacaq. Çünki bundan sonra bu vəziyyəti dondurmağa ermənilərin heç bir şansı yoxdur. Artıq status-kvo dəyişməlidir. Bu da ya müharibə, ya da sülh yolu ilə dəyişə bilər. Əgər belə bir hal olmasa, Azərbaycan öz torpaqlarını azad etməyə tam hazır olmalıdır. Ona görə də belə bir ssenari olsa, bu, bütün regionu əhatə edə bilər. Çünki Rusiya Ermənistana dəstək versə – Azərbaycanı, bizə dəstək versə – Ermənistanı itirə bilər. Qarabağda genişmiqyaslı müharibənin başlanması Rusiyanın ziyanına ola bilər. Ona görə də əgər müharibə başlasa, Rusiya çalışacaq ki, bunun qarşısını alsın və bu münaqişə super güclərin səviyyəsinə keçə bilməsin.

 – Bəs bu zaman Türkiyə ilə Rusiya üz-üzə gələ bilər? Deputat Zahid Orucun fikrincə, bu, mümkündür.

 – Bu yaxınlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir açıqlama vermişdi ki, Moskva sülh prosesi ilə bağlı Ankaraya müəyyən məlumatlar verib. Bu onu göstərir ki, Rusiya-Türkiyə münasibətləri daha da yaxşılaşıb, artıq Qarabağ məsələsində də öz əksini tapıb.  Ermənilər bu açıqlamadan çox qəzəbli idilər. Hətta Rusiyanın xarici işlər naziri Sergey  Lavrova bu açıqlama ilə bağlı sual da vermişdilər. S.Lavrov bu suala cavab olaraq bildirmişdi ki, Türkiyə Qarabağ probleminin həllində böyük rol oynaya bilər. Bu da onu göstərir ki, Türkiyə-Rusiya münasibətləri özünün ən yüksək həddinə çatıb. Rusiya Ermənistan tərəfini mərhələli plan üzrə bu məsələnin həllinə razılıq verməsinə gətirib çıxarmalıdır.  Çünki Rusiya Ermənistanda bütün sahələr üzrə tolerantlıq təşkil edir. Amma müharibə baş verdiyi təqdirdə, Rusiya ilə Türkiyə də üz-üzə gələ bilər. Ancaq bunun rellaşması çox da yüksək deyil. Yüksək ehtimal odur ki, hər iki tərəf də münaqişənin həll olunmasına diplomatik yolla təzyiq etməlidir.

 – Əgər regionda irimiqyaslı müharibə böyük güclərin səviyyəsinə keçsə, bu, kimin xeyrinə nəticələnəcək? Azərbaycanın, yoxsa Ermənistanın?

– Bu hər iki tərəfin qələbəsi və ya məğlubiyyəti ola bilməz. O zaman hər hansı bir tərəf qalib olacaq. Mən elə güman edirəm ki, məğlub olan tərəf məhz Ermənistan olacaq. Aprel döyüşləri zamanı Azərbaycan öz hərbi gücünü Ermənistana göstərib. Artıq bütün dünya da Azərbaycanın hərbi gücünə yaxşı bələddir. Bizim hərbi gücümüz Ermənistan ordusu ilə müqayisəolunmazdır. Ona görə də bu, bizim qələbəmiz olacaq. Artıq ATƏT-in Minsk qrupunun fəaliyyətində də  müəyyən fikir ayrılığı meydana gəlib. Əvvəllər Minsk qrupunun həmsədrləri bəyanatlarında da deyirdilər ki, bu üç ölkə (ABŞ, Fransa, Rusiya) vahid mövqedən çıxış edir. Amma oktyabrda baş tutmuş son səfərdən sonra isə ilk dəfə olaraq bəyanatda belə bir cümlə qeyd olunub: "Gələcək addımlarla bağlı həmsədrlər öz mövqeyini ifadə etsinlər". Hiss olunur ki, onlar Qarabağ probleminin həllində Rusiyanın fəallığından narahatdırlar. Ermənistanı qızışdırırlar ki, güzəştə getməsin. Əvvəllər belə bir diplomatik toqquşma yox idi. Hazırda isə mərhələli plan üzrə bu problemlər aradan qaldırıla bilər.




Yuxarı Əvvələ Ana Səhifə