XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 09:56

Donald Tramp:“Nüvə sazişindən sonra iranlılar ürəkləniblər və bizim ölkəyə qətiyyən hörmət etmirlər” – Müsahibə

dt

Teleaparıcı Bill О'Reyli və Donald Tramp "Fox News" telekanalnda müsahibə zamanı

© AP Foto, Bebeto Matteus

 

ABŞ prezidenti Donald Trampın "Fox News" telekanalına müsahibəsi dünyada ciddi rezonans doğurub. Həmin müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Gəlin, İrandan, sizin dəyərləndirməyinizdən danışaq. Necə hesab edirsiniz, biz, ABŞ bu ölkə ilə toqquşmaya aparan yola çıxmışıq?

– Məncə, bu gördüyüm sazişlərin ən dəhşətlisi idi. Bu sazişi hətta müzakirə etmək də lazım deyildi.

– Nüvə sazişini?

– Əlbəttə, Obama administrasiyasının bağladığı sazişi. Bu cür sazişi rüsvayçılıq sayıram, bunu etməyə heç bir səbəb yox idi. Sizə saziş lazımdırsa, onda yaxşı şərtlərə nail olun. Katib Kerri danışıqlar masasının arxasından praktik olaraq qalxmadı. Biz artıq onlara milyardlarla dollar vermişik, bəlkə də, 150 milyard. Onlara nağd 1,7 milyard dollar vermişik. Görünməmiş işdir: onlara pul verdik və əvəzində heç nə görmədik.

– Ola bilər, sazişi pozarsınız?

– Baxarıq. Baxarıq nələr olacaq, amma bir şeyi deyə bilərəm: onlar bizim ölkəyə qətiyyən hörmət etmirlər. Onlar dünyada əsas terrorçu dövlətdir, hər yerə silah və pul göndərirlər, bu cür etmək olmaz.

– Siz onlara qarşı sanksiyalardan başlayırsınız, bəs aviadaşıyıcı göndərmək necə?

– Mən hərbi addımları müzakirə etmirəm. Obamanı həmişə ona görə tənqid etmişəm ki, Mosula hücum planları haqda danışmağa başladı. Əməliyyatın başlanacağı yeri, gününü və saatını elan etdilər. Mən bu cür yanaşmağa inanmıram. Baxarıq, sonra nə olacaq, lakin hərbi baxımdan hansı tədbirlərin görüldüyü haqda danışmağı xoşlamıram.

– Deməli, İranla gərginliyə oynamaq niyyətindəsinz?

– Mən gərginliyə oynamıram. Hesab edirəm ki, onlar ölkəmizə əsla hörmət etmirlər və mən sazişi anlayıram. Onlar bundan sonra bizimlə əməkdaşlığa başlasaydılar, bununla barışardım, ancaq tam başqa bir şey baş verdi. Onlar, elə bil, ürəkləniblər. Bizim təyyarələrimizi izləyir, balaca katerləri ilə gəmilərimizi dövrəyə alır və bizə heç hörmət etmirlər. Çünki inana bilmirlər ki, bu sazişə razılaşacaq qədər axmaq idik.

– Gəlin, Meksikadan danışaq… Məlumat verilib ki, prezident Niyeto ilə danışıqda deyibsiniz ki, onun  qoşunları kartellərin öhdəsindən gələ bilmirsə, onda bunu Amerika əsgərləri edərlər. Siz bu cür deyibsiniz?

– Kartellərlə nəsə etmək lazımdır. Bu haqda onunla danışmışam. Bunda ona yardım etmək istəyirəm. Düşünürəm ki, o, çox yaxşı adamdır. Bəlkə də, bilirsiniz ki, bizim çox yaxşı münasibətlərimiz var. Divarımız olacaq, sərhəd olacaq. Narkotiklərin ölkəmizə girişini dayandırmalıyıq. O, bunun öhdəsindən gələ bilmirsə – bəlkə də, bacarar, bəlkə də, yox, ola bilsin, onlara yardım lazımdır – o, sanki çox istəyir ki, bizdən kömək alsın. Çünki bu, onun üçün də, bizim üçün də ciddi problemdir.

– Belə çıxır ki, prezident Niyetonun narkokartellərlə mübarizədə ABŞ tərəfdən qüvvə yardımı almaq imkanı açıqdır?

– Bu suala onun özünün cavab verməyinə üstünlük verərdim, çünki yaxşı adamdır və ona dərin hörmətim var. Bir söz deyim: kartellərin məhv edilməsi üçün ona, doğrudan da, yardım təklif etdim, çünki bu, bizim də problemimizdir, kartellər ölkəmizin gəncliyini zəhərləyərək bizim ölkədə də iş görür. Yeri gəlmişkən, qalan bütün ölkələrdə də. Nə başa düşürsünüz-düşün, onlar bütün dünyaya yayılıb və lazım gələrsə, ona hökmən yardım edəcəyəm.

– Meksikanı korrupsiyalaşmış ölkə sayırsınızmı? Axı bütün bunlar orada artıq on illər boyu baş verir.

– Bu ölkənin çətinlikləri var. Meksika ilə ticarət balansında kəsir ildə 60 milyard dollar təşkil edir. Həm də bura nə narkotiklər, nə sərhəd, nə də sərhəddə baş verənlər aiddir. Mən bu ölkənin xalqına çox hörmət edirəm, onlardan xoşum gəlir. Hökumətdən də xoşum gəlir. Hesab edirəm ki, prezident çox yaxşı adamdır. Biz əla yola gedirik. Lakin onların ölkə həyatının müxtəlif sahələrinə nəzarətdə problemləri var. Buna heç bir şübhə yoxdur və əsas problem narkotik və narkokartelləri sayardım.

– Divarın xərclərinin ödənilməsində Meksika üçün hansı tarif müəyyən edəcəyinizi güman edirdiniz?

– Bəlkə də, bunu etməli olmayacağıq da. Onlar bu məsələ üzrə danışıqlar istəyirlər və mən də bunu istəyirəm. Baxarıq, sonra nələr olacaq. Biz həmişə istənilən halda lazım gələndə tarif və vergi qoya bilərik. Lakin NAFTA-nın funksiyasını dəyişib saziş bağlaya bilərik. Mən NAFTA-ya daha bir F (ingiliscə “fair” – qərəzsiz, ədalətlitərc.) əlavə etmək istəyirəm. Çünki bu, indi sadəcə "azad ticarət"dir, həm də "ədalətli" olacaq. Meksika ilə ticartdə ildə 60 milyard dollar itiririk. Bu cür davam edə bilməz.

– Keçən həftə Putinlə danışdınız. İşgüzar həftə oldu.

– Həftəyarım.

– Və həmin gün Putinlə danışığınız baş tutarkən Rusiyayönlü qüvvələr Ukraynada fəaliyyətlərini gücləndiriblər. Bunu təhqir kimi qəbul etmədiniz?

– Xeyr, axı orada nə baş verdiyini dəqiq bilmirik. Bu qüvvələrə nəzarət olunurmu və yaxud bəzən olduğu kimi bu qüvvələr nəzarətdən çıxıblar? Tezliklə aydınlaşdırarıq.

– Siz Putinə hörmət edirsiniz?

– Mən ona hörmət edirəm, amma…

– Hörmət edirsiniz? Nəyə görə?

– Mən çoxlarına hörmət edirəm, amma bu bildirmir ki, biz onlarla ümumi dil tapacağıq. О öz ölkəsinin lideridir. Düşünürəm ki, Rusiya ilə yola getməməkdənsə yola getmək yaxşıdır. Lakin onunla ümumi dil tapacağammı? Anlayışım yoxdur.

– Amma o, həm də qatildir. Putin qatildir.

– Qatillər çoxdur. Bizdə qatil kifayət qədərdir. Nədir, hesab edirsiniz ki, bizim ölkə bu qədər məsumdur?

– Mən heç bir qatil dövlət liderini tanımıram.

– Onda nələr etdiyimizə baxın. Biz xeyli səhv buraxmışıq… Mən lap əvvəldən İraqda müharibəyə qarşı idim.

– Lakin səhvlər o deyil ki…

– Çoxlu səhv var və xeyli adam həlak olub. Ətraf qatillərlə doludur, mənə inanın.

– Siz İŞİD-i xatırlatdınız. Biz, Amerika vətəndaşları gözləyə bilərikmi ki, ABŞ hərbçiləri bu qruplaşmaya qarşı hansısa addımlar atacaq?

– Cavabdan yayınmağı xoşlamıram, amma bundan danışmağı xoşlamıram.

– Təfərrüat lazım deyil, heç olmasa, ümumi şəkildə.

– Bir şeyi dəqiq deyə bilərəm: İŞİD-də yaxşı heç nə yoxdur. O, şərdir, Onlar həm xristianların, həm müsəlmanların və ümumiyyətlə, yollarına çıxan hər kəsin başını kəsirlər. Onlar adamları dəmir qəfəsdə yandırıblar. Orta əsrlərdən bəri belə şey olmayıb. Buna isə əvvəlki administrasiya yol verib. Biz İraqa soxulmamalıydıq, lakin bizim çıxıb getdiyimiz kimi getməyinə də dəyməzdi. Boşluq yarandı və İŞİD meydana çıxdı. Mən həmişə demişəm: onların neftini əllərindən alın. Nefti ələ keçirsəydilər, İŞİD də olmazdı.

– Lakin İraq neftini ələ keçirmək üçün Amerika qoşununu gətirmək lazım gələrdi və hər şey təzədən başlanardı.

– Və bu neftin və daha bir çox şeylərin hesabına daha çox pul qazana bilərdiniz. Bunu yaddan çıxardın.

– Yaxşı. Daxili siyasətə qayıdaq. Amerikalılar nə vaxt vergilərin azaldılacağına güvənə bilərlər? Bu il?

– Biz səahiyyə sahəsində sənədlər zərfi üzərində işləyirik və burada işlər yaxşı gedir.

– Durun, qoy sualı bir də verim. Amerikalıların 2017-ci ildə vergilərin azalacağına ümid etməyinə dəyərmi?

– Düşünürəm ki, bəli və bəlkə də, hələ ilin axırına qədər. Deyərdim ki, bəli.

– Amerikalıların 2017-ci ildə Tramp administrasiyasının hazırladığı tibbi sığorta siteminin meydana çıxacağını gözləməyinə dəyərmi?

– Bəli, bu, artıq prosesdədir. Ola bilsin, buna daha çox vaxt tələb olunur, gələn ilin əvvəlinə qurtarmayacağıq, lakin proses gedəcək. Durum mürəkkəbdir. Obamacare fəlakət idi. Siz ki gördünüz, bu islahat işləmədi. Biz çox gözəl plan hazırlayırıq. Lap tezliklə bunu təqdim edəcəyik. Düşünürəm ki, bəli, deyərdim ki, plan, ən azı, ilin sonuna doğru rüşeym halında olacaq, lakin bu il və gələn il nələrsə olacaq. Yeri gəlmişkən, bunubn dəyətri az aoloacaq və səhiyyə baxımından daha yaxşı olacaq.

 

Tərcümə: Strateq.az

   




Yuxarı Əvvələ Ana Səhifə