XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2017 - 13:25

Polkovnik Sadiq Gözəlov:"Əlimdən gələni əsirgəməyəcəm..."

sadiq-gozelov-din

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə 22 il rəhbərlik edən polis polkovniki Sadiq Gözəlov bu ilin yanvar ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb, eyni zamanda, ona xidməti geyim formasını daşımaq hüququ verilib.

S. Gözəlov daha sonra daxili işlər nazirinin digər əmri ilə Azərbaycan Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.

Sadiq Gözəlov yeni təyinatı və rəhbərlik edəcəyi fondun fəaliyyəti ilə bağlı APA-nın suallarını cavablandırıb.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Sadiq müəllim, yeni təyinat münasibəti ilə sizi təbrik edirik və buna qədər adı geniş oxucu kütləsinə o qədər də tanış olmayan Fond barədə məlumat verməyinizi  xahiş edirik.

– Təbrikə görə çox sağ olun. Məni bu məsul vəzifəyə təyin etdiyi üçün daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubova dərin minnətdarlığımı bildirirəm və əmin edirəm ki, göstərilən etimadı doğrultmaq üçün var qüvvəmlə çalışacaq, əlimdən gələni əsirgəməyəcəm.

O ki qaldı Fonda, bu qurum daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üçün maliyyə imkanlarının artırılması, maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə Heydər Əliyevin 29 iyun 2002-ci il tarixli Fərmanı ilə yaradılıb, Əsasnaməsi təsdiqlənib. Əsasnaməyə görə, hüquqi şəxs olan Fondun vəsaiti respublika daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsinə və müxtəlif sosial tədbirlərin maliyyələşdirilməsinə yönəldilir. Fondun əsas vəzifəsi daxili işlər orqanlarının müasir avadanlıq və texnika ilə təchiz olunması, əməkdaşların sosial müdafiəsinin daha da gücləndirilməsinin təmin edilməsidir. Fond könüllülük əsasında vəsait cəlb edilməsi üçün kütləvi informasiya vasitələrində təbliğat aparılmasını, daxil olmuş vəsaitin təyinatı üzrə bölüşdürülməsini həyata keçirir.

– Fondun Əsasnaməsində daxili işlər orqanlarının ehtiyacı üçün ən müxtəlif texniki vasitələrin alınmasından tutmuş, xidmətdə fərqlənənlərin mükafatlandırılmasına, ağır xəstəliklərə tutulmuş əməkdaşların tibbi müayinəsinədək geniş səlahiyyətlər nəzərdə tutulub…

– Bəli, elədir. Fondun vəsaitləri daxili işlər orqanlarının təminat normalarına uyğun olaraq, əməliyyat-kriminalistik, hesablama-informasiya texnikasının, rabitə və digər xüsusi vasitələrin alınmasına, xidmətdə fərqlənənlərin mükafatlandırılmasına, xidməti nəqliyyat vasitələrinin alınmasına və saxlanılmasına, ağır xəstəliklərə tutulmuş əməkdaşların müayinəsinə və müalicəsinə, xidməti vəzifələrini yerinə yetirərkən zərər çəkənlərə və ya həlak olanlara, onların ailə üzvlərinə yardım göstərilməsinə, idman-sağlamlıq tədbirlərinin keçirilməsinə, Nazirliyin tədris müəssisələrində təhsilin inkişafına, eyni zamanda, digər xidməti və sosial məsələlərin həllinə yönəldilir.

– Bildiyimiz qədər məlum fərmandan sonra polis fəaliyyətinin təkmilləşdirilməsi barədə Dövlət Proqramı və digər normativ-hüquqi aktlar da qəbul edilib…

– Bəli, tamamilə doğrudur. Hələ ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının şəxsi heyəti xüsusi diqqət və qayğı ilə əhatə olunub, vəzifə və rütbə maaşları, digər təminat xərcləri ardıcıl olaraq artırılıb, maddi-texniki təchizatın yaxşılaşdırılması üçün xeyli işlər görülüb. Ümummilli liderin bu sahədəki kursunu uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev də daxili işlər orqanlarında əməkdaşların və hərbi qulluqçuların sosial-məişət problemlərinin həlli üçün bütün lazımi şəraiti yaradıb. Məhz prezidentin təşəbbüsü ilə 2004-cü ildə "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı qəbul olunub və bu, xidməti fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsində əvəzsiz rol oynayıb. Möhtərəm dövlət başçımızın ali diqqət və qayğısı, sözügedən Dövlət Proqramının (2004-2008-ci illər) icrası nəticəsində və sonrakı illərdə əksər struktur qurumlar üçün yeni inzibati binalar inşa edilib və ya müasirləşdirilib, əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük önəm daşıyan xüsusi texnika, avadanlıq və vasitələrlə təchizat yüksək səviyyəyə çatıb, yeni informasiya sistemlərinin tətbiqi intensiv xarakter alıb.

– Rəhbəri olduğunuz fonda maliyyə vəsaitini necə cəlb etmək fikrindəsiniz?

– Fondun maliyyə mənbəyi ölkə ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardan ibarətdir. Prezident İlham Əliyev son illər sürətli inkişafımızın, iqtisadi qüdrətimizin daha da möhkəmləndirilməsinin ən başlıca şərtlərindən biri kimi, ölkəmizdə sabitliyin, əmin-amanlığın təmini, daxili təhlükəsizliyin qorunması olduğunu dəfələrlə nəzərə çatdırıb, bu istiqamətdə daxili işlər orqanlarının fədakar xidmətini hər zaman yüksək qiymətləndirib, dövlətin öz polisinə diqqət və qayğısının bundan sonra da davam etdiriləcəyini hər zaman vurğulayıb.

Məhz iqtisadi artımı şərtləndirən belə əlverişli şəraitdə bütün sahələrdə əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafin dinamikası və aparılan islahatlar hər bir vətəndaşın gündəlik həyatında, rifah halında öz əksini tapdığı kimi, daxili işlər orqanlarınının fəaliyyətinə, onun çoxminli şəxsi heyətinin sosial müdafiəsinə də müsbət təsirini göstərir.

Bilirsiniz, cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin, insan hüquqlarının, həmçinin, dövlət və şəxsi mülkiyyətin qorunması sahəsində əldə olunmuş uğurlarda elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin çox böyük rolu var. Təcrübə göstərir ki, qeydə alınmış cinayətlərin əhəmiyyətli hissəsi müasir texniki vasitələrin köməyi ilə açılır.

Yəni cinayətkarlıqla uğurlu mübarizə, ölkədə dayanıqlı sabitliyin, əmin-amanlığın, həmçinin daxili təhlükəsizliyin qorunub-saxlanılması sosial, siyasi, dini və irqi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən hər bir iş adamının, bütövlükdə, cəmiyyətin maraqları, mənafeyi ilə bağlı məsələdir və hər kəs də ümumi işə öz şəxsi töhfəsini verməlidir.

Fürsətdən istifadə edərək imkanlı iş adamlarımıza, xeyriyyəçilərimizə, daxili işlər orqanlarının peşəkar xidməti fəaliyyətindən yararlanan fiziki və hüquqi şəxslərə müraciət edirəm: Fondun gücləndirilməsində, gecəli-gündüzlü, hər cür çətin şəraitdə xidmət aparan, cinayətkarlıqla mübarizə və ictimai qaydanın təmini kimi mühüm vəzifələri yerinə yetirən DİO-nun şəxsi heyətinin maddi-texniki bazasının və sosial təminatının yaxşılaşdırılmasında, özümüzün, ailəmizin, yaxınlarımızın təhlükəsizliyinin daha da etibarlı təmin olunmasında yaxından iştirak edin, bu xeyirxah işə maddi və mənəvi dəstəyinizi əsirgəməyin.

Maraqlananlar üçün Fondun rekvizitlərini xatırladıram:

Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi Filialı

Manat hesabı:         AZ 15 İBAZ 38090019449335323204

Valyuta hesabı:       AZ 15 İBAZ 38190018409335323204

Bankın kodu:          805250

Müxbir hesabı:       00137010002944

VÖEN:                   9900001881

SWİFT:                  İB AZ AZ 2X

Fondun VÖEN:       1700261351




Yuxarı Əvvələ Ana Səhifə