XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 November 2015 - 10:23

Qafar Çaxmaqlı: “Ermənilər DNT analizlərində hər an türk çıxmaq qorxusu yaşayırlar”

caxmaqlı.jpg

Mənfur qonşularımızın daha bir ideyası iflasa uğrayıb. özlərini “ali irq”ə mənsub olan xalq kimi tanıtmaq üçün DNT testlərinə əl atan ermənilər onun nəticələrini əldə edincə, yamanca qorxuya düşüblər. Ermənişünaslıq sahəsində geniş araşdırmalar aparan, hazırda Kayseridəki Ərciyəs Universitetinin Ədəbiyyat fakültəsinin “Erməni dili və mədəniyyəti” bölümünün rəhbəri Qafar çaxmaqlı əldə etdiyi məlumatları Strateq.az-ın oxucuları ilə bölüşüb.

 

–  Qafar müəllim, ermənilərin kimliyi, genetik kodlarını araşdırmaq ideyası hardan yarandı?

– Məni əslində ermənilərin genetik kimiliyi o qədər də maraqlandırmırdı. Bir erməninin bununla bağlı apardığı fəaliyyət diqqətimi çəkdi. Hovann Simonyan adında bu erməni istəmişdi ki, “xalqına” xidmət eləsin və bir çox ünlü adamları bu yolla erməni eləsin. Deməli, o, bir layihə ilə iki quşu gözündən vurmağı planlamışdı: həm məşhur adamların genetik kodlarını araşdırıb onları erməniyə çevirmək, həm də  erməniləri dünyanın ən ali irqlərindən olan bir xalq kimi təqdim etmək istəyirdi. Ancaq onun bu niyyəti baş tutmadı. Ermənistanda bu layihə həyata keçirilərkən onu ordan qovdular. çünki test edilən adamların çoxunun genində türk soylu olduqları aşkarlandı. Bu, o qədər ciddi bir məsələyə çevrildi ki, layihə Ermənistanda dayandırıldı. Bunu izlədiyimə görə, mən bir yazı yazdım və “Ermənilərin türk çıxmaq qorxusu” adlı məqaləmi  6 dilə tərcümə etdirərək kitabça formasında Türkiyədə çap etdirdim. Bu məsələ çox böyük diqqət çəkdi.

– Bəllidir ki, ermənilərin özlərini “ali irqə” mənsubluğunu göstərmək istəkləri hər zaman olub. Bəs bu testlərin aparılması ideyası  necə ortaya çıxıb?

– Ermənilərin ali irqə bağlanması cəhdləri yeni bir məsələ deyildir.  2-ci Dünya müharibəsi zamanı özlərini almanlara pərçimləmək üçün onlar ermənilərin almanlarla eyni irqdən gəldiklərini iddia edərək, çoxlu çalışmalara baş vurmuşdular. Almanlar da onlardan istifadə etmək üçün bu işin araşdırılmasını istəmişdilər. İndi əllərində sənədlər var ki, guya, almanlarla ermənilər eyni irqə mənsubdur və “ari irq”dəndirlər. Bu da cəfəng bir təşəbbüs olmaqla, heç bir elmi əsasa söykənmir. Kimin erməni, kimin qeyri-erməni olduğunu təyin etmək “təşəbbüs”ünü ilk dəfə irəli sürən Mark Arslandır (Arslanyan). Bu şəxs 2002-ci ildə Ermənistanın Gegi bölgəsində bu işə başlamışdı. Lakin qısa bir zamanda layihə durduruldu. Səbəbi isə burada yaşayan ermənilərin soy-kökünün “qeyri-müəyyənliyi” idi. Testə görə, gegililər erməni çıxmırdılar, onlar kök-soy etibarı ilə erməni deyildilər və erməni olmamaq qorxusu onları ümumi erməni xalqından ayıra bilərdi. Qaş düzəldən yerdə göz çıxarmamaq üçün layihəyə son verildi.

– Mümkünsə, layihəyə neçə başladıqları, əsasən, harada həyata keçirdikləri haqda ətraflı bilgi verərdiniz…

– Əvvəldə dediyim kimi, layihəni Beyrutda anadan olan Hovann Simonyan adlı bir erməni başlatdı. O, gah Avropada yaşayır, gah da Amerikada. Bir neçə dil bilir, maraqlı layihələr həyata keçirir. Son layihəsi isə DNT testləri olub, yəni insanların hansı millətə, hansı xalqa aid olması ilə bağlı araşdırmalar aparıb, laboratoriya analizləri və s. gerçəkləşdirib. Hovann Simonyan öz layihəsini elə yerlərdə, elə ölkələrdə həyata keçirməyə çalışır ki, oradakı insanlar görünüşcə bir az erməniyə bənzəyirlər. Əgər test müəyyən etsə ki, həmin erməniyəbənzər italyanın, fransızın, ispanın və ya bir başqa millətin kökündə də bir ermənilik yatır, onda demək hədəfinə çatıb. Təsəvvür edin ki, İspaniyanın prezidenti və yaxud baş naziri birdən-birə, Hovann Simonyanın layihəsinin nəticəsinə görə erməni çıxır. Axşam ispan olaraq yatır, sabah erməni olaraq durur.  Baxın, bu layihə sayəsində ermənilərin sayı da çoxalır. Ermənilər bu fürsəti qaçırmazlar. çox qəribədir ki, hazırda dünyada DNT testləri aparan qurumların əksəriyyəti ermənilərə aiddir.  Avropa və Amerikanın DNT testlərini dünyanın müxtəlif yerlərində həyata keçirən “National Geoqrafie Society”, yaxud “Family Tree” kimi DNT qurumlarını idarə edənlərin və orada çalışanların, demək olar ki, hamısı ermənidir. Donorlar da bunları dəyərləndirərək rəhbəri erməni kökənli Hovann Simonyan olan “National Geoqrafie Society”-yə külli miqdarda pul ayırdılar. Onlar isə dünyanın müxtəlif yerlərində, o cümlədən Ermənistan və Türkiyədə DNT test analizlərini genişləndirdilər. Layihə müəllifləri Türkiyədə kriptoermənilər arasında, eləcə də dinini dəyişdirən kürd, ələvi ailələri arasında “axtarışa çıxmaq” fikrindədirlər. Onlar dəfələrlə bu məqsədlə Türkiyəyə gəlib könüllülər arayıblar. Məsələn, hemşinlilər, Dersim aşirətləri, hayrumlar, Smirna (İzmir) katolikləri, türkləşmiş Suriya və Livan sakinləri hədəfdədir…

– Bəs Azərbaycan və azərbaycanlılar necə, bu layihəyə hansısa formada cəlb edilə bilərmi?

– Azərbaycana gəlmək hələ ki mümkün olmadığından, layihəyə kənarda yaşayan “azərbaycanlılar”ı cəlb etmək istəyirlər. Yaxın və Orta Şərq Araşdırmalar Mərkəzində çalışan Hovann Simonyan bu layihə ilə bağlı dünyanı gəzir və ermənilərin dünyanın ən qədim ari, yəni, ali bir irqdən gəldiyini subut etmək istəyir. Bütün bunlar ondan ötrü edilir ki, ermənilər Türkiyə və Azərbaycan ərazilərində törətdikləri və törədəcəkləri cinayətlərə haqq qazandırsınlar, desinlər ki, biz bu bölgənin ən qədim və sahiblik haqqı olan millətlərindən biriyik. Ancaq aparılan testərin nəticələrinə görə, çox vaxt “ari irq”dən saymaq istədikləri ailə və ya şəxslərin miliyyətcə türk olduqları üzə çıxır. Buna görə Hovann və onun layihə yoldaşlarını Ermənistanda heç sevmirlər. çünki bu layihəyə start veriləndən bəri, ermənilər hər an türk çıxmaq qorxusu ilə yaşayırlar.

– Bəs sizin araşdrımalarınız nəyi üzə çıxardı? Ermənilərin DNT testini həyata keçirməkdə əsas məqsədi nədir?

– Mənim bu məsələlərlə bağlı araşdırmalarımın nəticələri Türkiyədə çap olunan “Erməni düşüncə sistemi və ideoloyaları” kitabımda da əksini tapıb. Orada elmi, tarixi dəlillərə əsaslanaraq söyləmişəm ki, ermənilər bu bölgənin qədim sakinləri deyillər və onların özlərini “qədim” hesab etməsi də bir erməni saxtakarlığıdır. Onlar “DNT testi” layihəsi ilə bir çox şeyləri hədəfləyirlər. Burada əsas məqsədin nə olduğu barədə bu işi görənlərin özlərində də fərqli yanaşmalar var. O layihənin əsas məqsədi genetik testlər yoluyla erməni ailələrinin kökünü müəyyən etmək və onların soy araşdırmaları vasitəsilə mənsubiyyətini təyin etməkdir. Layihə iki istiqamətdə aparılır.  Birincisi, erməni xalqının genetik keçmişini təyin etməklə bu xalqın daha ali irqə mənsub olduğunu isbat etməkdir. Bu zaman erməni xalqının həyatında baş verən əhali köçlərinin, işğalların və açılımların tarixi təsiri araşdırılaraq ortaya yeni &
nbsp;bir “məhsul” qoyulmalıdır. Guya, erməni xalqının soyunda armenlərin, xattilərin, hayların, xetlərin, hurilərin, mitanilərin, urartuluların, friqlərin və b. izləri vardır və ən qədim dövrlərdə erməni torpaqlarında işğal nəticəsində bulunmuş xalqlar-assurlar, kimmerlər, keltlər, yunanlar, partlar, romalılar, skiflər, makedoniyalılar, medlər, perslər erməni xalqının təşkilində önəmli rol oynayıb. İkincisi isə bu soy biliciləri erməni diasporu nümayəndələrinin çox olduğu ölkələrdə tarixi sənədləri – yəni soy vərəqlərini, əhali sayımlarını, vətəndaşlıq qeydlərini nəzərə alaraq, erməni soyundan olanları araşdırırlar. Məsələn, adı, soyadı və bütün dəlilləri ilə ingilis olan bəzilərini test edərək onu “erməni” çıxaracaqlar. Layihəni həyata keçirənlərin fikrinə görə, tarix boyunca belə erməni ailələrinin sayı bəlkə də indi bütün ermənilərin sayına bərabərdir. Bəzi “önəmli” dövlət adamları bilsələr ki, onlar ermənidirlər, şübhəsiz, dəyişəcəklər və “Ana Vətən”ə – Ermənistana onların da bir köməyi, yardımı olacaq. Erməni tarixində rolu olan kübar ailələrinin də test edilməsi məqsədəuyğun hesab edilir. Bəllidir ki, tarixdə ermənisoylu kimi qələmə verilən bəzi ailələrin erməni olmadığı barədə çox ciddi iddialar var. Məsələn, Dağlıq Qarabağdan olan “Melik” soylu ailələr, Orbelyanlar, Aqrutyanlar, Baqratyanlar və b. bu layihə ilə birdəfəlik erməni adlandırılmalıdırlar.

– Layhə aktiv işə başlayandan bu yana neçə nəfər bu testlərə cəlb edilib? Sınaqlar nə deyir?

– Təxminən, 500 nəfərdən çox insan bu testlərdən keçirilib. Amma dediyimiz kimi, nəticələrin çoxu gizli saxlanılır. Nə üçün? Əlbəttə, biz deməzdik, bunların hamısı “türk çıxıb”, lakin bu faktdır ki, müstəqil test mərkəzlərində bu layihəni həyata keçirənlərin, həqiqətən, bundan ehtiyat etdikləri də dilə gətirilib. Nəticələrin belə “uğursuz” alınması bu iş üçün beynəlxalq qurumları inandırıb onlardan külli miqdarda pul alan Simonyan-Arslan-Hraçdakyan üçlüyünü yeni “çalışmalarla” bu işə fərqli istiqamət vermək məcburiyyətində qoyub. Təklif ediblər ki, ermənilər ana ağacından da test edilsinlər. 2011-ci ildə 1000 nəfər arasında belə testlər gerçəkləşdirildi və maraqlı mənzərə alındı; sən demə, erməniliyi qadınlar kişilərdən daha çox daşıyırmış və bu cəhət DNT üzrə mütəxəssis hesab olunan Levon Yepiskoposyan, Alain Hovhanyan, Pierre Zallouna, Riçard Villems kimi yazarların təsbitləri ilə geniş maraq kəsb etdi. Bu, yüzlərlə ermənini maraqlandırdı və layihəyə inamı daha da artırdı. Bir çox erməni ailələri qohumlarını test yolu ilə tapmaq üçün onlara müraciət ediblərmiş. Layihə müəllifləri bunu da düşünəcəklərini və edəcəklərini açıq söyləyiblərmiş, DNT testi vasitəsilə ermənilərin siyahısını artırmaq məqsədi heç vaxt gizlədilməmişdi. Onlar eyni zamanda məşhur adamların erməni olmadığına dair irəli sürülən fikirləri də təkzib etmək istəyirlər. Adıçəkilən bu ailələrin üzvləri artıq test edilib. Qəribədir ki, nəticəlr hələ də  elan edilməyib. Demək, “torbada pişik” var, yəni bunlar da erməni çıxmayıb. Əgər onlar erməni çıxsaydı, çoxdan hay-küy qaldırmışdılar.

– Bu araşdırmalardan sonra onların yanaşmaları, Azərbaycan ərazilərinə və Türkiyəyə qarşı “soyqırım” iddiaları beynəlxalq aləmdə necə qarşılanır? Reaksiya necədir?

– Bütün bunlara reaksiyaya gəlincə, dünya bu erməni yalanlarına onsuz da öyrəşib. Amma biz onların illərdən bəri yürütdükləri testləri darmadağın etməliyik.  Bu, təkcə genetik məsələrlə deyil, digər məsələlərə də aiddir. Heç olmasa özümüz billməliyik ki, bunlar kimdir.

 

Fərqanə Allahverdiqızı

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə