XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

29 İyun 2017 - 13:39

Almaniya səfirindən iqtisadiislahatlara bağlı tövsiyyələr

Almaniyanın ölkəmizdəki səfiri cənab Mixael Kindsqrabın Strateq.az saytına müsahibəsi

 – Cənab səfir, Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığının səviyyəsini necə qiymətləndirmək olar?

– Azərbaycan və Almaniya arasında 25 il əvvəl əsası qoyulmuş diplomatik əlaqələr çox yüksək templə inkişaf edir.  Azərbaycan Rusiyadan başqa yeganə MDB ölkəsidir ki, orada 137 üzvdən ibarət Almaniyanın Xarici Ticarət Palatası fəaliyyət göstərir. Bu  Azərbaycanın Almaniya üçün necə əhəmiyyətli tərəfdaş olduğunu göstərir. Son illərdə Azərbaycandakı iqtisadi böhran səbəbindən ikitərəfli ticarət dövriyyəsində müəyyən geriləmə müşahidə olunur.  Ancaq əminəm ki, bu vəziyyət müvəqqətidir. Almaniya Azərbaycan hökumətinin diversifikasiya, demonopolizasiya və iqtisadiyyatın açılmasına yönəlmiş islahatları alqışlayır və Alman şirkətləri, şərtlər düzgün olduğu müddətcə, istənilən sahədə öz paylarını artırmaqda maraqlı olacaq.   

– Almanlar üçün hansı sahələr prioritetdir?

 – Almaniyanın neft və qaz sektorunda xüsusi bir yerə sahib olmamasına baxmayaraq, alman şirkətləri, əsasən, subpodratçı kimi Azərbaycan bazarında iştirak edir.  Alman kapitalı əsasən tikinti, texnika və istehsal avadanlıqları sahəsində üstünlük təşkil edir. Yenilənən enerji sahəsində Alman təcrübəsinin Azərbaycanda tətbiqinin  böyük potensialı var.

Ümumiyyətlə, güclü və rəqabət qabiliyyətli kiçik və orta ölçülü müəssisələrlə fəxr edirik. Onlar çox məhsuldar və daim yeniliklər verən xüsusi təcrübə nişanlarıdır.

– Bəs Azərbaycana xarici investorların cəlb edilməsi üçün hansı tövsiyyələri verərdiniz? 

– Daha əvvəl də qeyd etdiyim kimi, Alman iqtisadiyyatının özəyi kiçik və orta müəssisələrdir. Güclü bir rəqabət qabiliyyətini saxlamaq üçün onlar səmərəliliyini qorumalı və düzgün hesablamalar aparmalıdır. Bu şirkətlər üçün dövlət nəzarət orqanlarının etibarlılığı, bizneslə bağlı qanunvericilik, məhkəmə qərarları kimi instutisional çərçivə primitivdir. Biz Azərbaycan hökumətinin islahat səylərini və artıq həyata keçirilmiş bəzi lazımı addımları, məsələn, gömrük islahatlarını və biznes monitorinq orqanları tərəfindən yoxlanışların azaldılmasını dəstəkləyirik.

Digər bir məsələ isə peşə təhsili sahəsində islahatların aparılmasıdır. Mövcud işçi qüvvəsinin keyfiyyəti hər hansı bir ölkə üçün ən vacib aktiv, xarici investisiyaların və iş yerlərinin yaradılması üçün isə həlledici elementdir.
 

Laçın SƏMLA

Strateq.az