XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2017 - 18:38

Lapşin Akif Çovdarovla həbsxanadakı görüşündən danışdı:"Hakimiyyəti söyürdü..." - MÜSAHİBƏ

Azərbaycanda 3 il azadlıqdan məhrum olunan və sentyabrın ortalarında prezident İlham Əliyevin əfv etdiyi bloqqer Aleksandr Lapşin Azadlıq Radiosunun Azərbaycan Xidmətinin suallarına yazılı cavab verib. O deyib ki, Azərbaycanda həbsxanada onu boğduqlarına görə, hələ danışa bilmir.

Strateq.az Azadlıq Radiosuna istinadla, Lapşinin həmin müsahibəsini öz oxucularına təqdim edir:

 

– Azərbaycan mediası sentyabrın 13-də məlumat verirdi ki, siz İlham Əliyevə minnətdarlıq məktubu yazmısınız? Bu düzdür?

– Sentyabrın 13-də mən reanimasiyada huşsuz vəziyyətdə idim. Ayın 11-dən 14-nə kimi klinikadaydım. Mən fiziki olaraq o məktubu yaza bilməzdim. Mən bu məktub haqda mediada oxudum, ancaq onu görməmişəm. Mən İlham Əliyevə yalnız bir məktub yazmışam, o da 2017-ci ilin yanvarında – ekstradiksiya olunana qədər. Orda Azərbaycanın öz ərazisinə nəzarət edə bilməməsinə görə bloqumdakı kobud ifadələrə görə, üzr istəyirdim.

– Niyə huşsuz vəziyyətdə reanimasiyada idiniz?

– Rəsmi versiya odur ki, mən özümü öldürmək istəmişəm. Mən bunu inkar edirəm və deyirəm ki, sentyabrın 10-dan 11-nə keçən gecə kamerada mənə hücum çəkdilər. Döydülər. Mən gözümü açanda özümü klinikadada gördüm.

– Sizi döyənlər kimlər idi? Dustaqlar, yoxsa mühafizəçilər?

– Onlar həbsxana mühafizəçiləri deyildi. Axşam saat 11-11:30 idi, mən yuxulayırdım. Qapı açıldı və içəri tez iki adam girib, məni döyməyə başladı.

– Bakı həbsxanası sizin baxışları dəyişdimi?

– Yox.

– Dağlıq Qarabağa yenə gedərdinizmi?

– Mən heç vaxt inkar etməmişəm ki, Dağlıq Qarabağ formal olaraq Azərbaycan ərazisidir. Ermənistan regionu zəbt edib, bu, başqa məsələdir. Onların da öz həqiqəti var. Kim haqlıdır, kim daha çox günahkardır – bunu bloqqerlər yox, tarixçilər həll eləməlidir. Qarabağa isə, zərurət olsa, gedərəm. Ancaq mən orda 6 il əvvəl olmuşdum. Bakı həbsxanası ilə əlaqəsi olmadan deyirəm ki, Qarabağa yenidən getməyə heç vaxt istəyim olmayıb. Bir yerə 10 dəfə getmək üçün dünya çox gözəl, həyat isə çox qısadır.

– Sizinlə həbsxanada necə davranırdılar?

– Həbsxana mühafizəçiləri mənimlə çox korrekt davranırdı. Adamı tək kamerada 7 ay saxlamaq isə ayrı məsələdir. Bu, qanunsuz və qəddardır. Qanunla bir adamı tək kamerda 21 gündən çox saxlamaq olmaz. Həbsxana rəhbərliyi izah edirdi ki, məni məmurlarla və generallarla bir kameraya salmaq olmaz, çünki çıxanda bundan yaza bilərəm. Quldurlarla isə məni bir kameraya salmaq, ümumiyyətlə, olmaz. Ancaq qarşı kamerada keçmiş MTN generalı Akif Çovdarov yatırdı. Gəzinti vaxtı bəzən onunla ünsiyyətdə olurduq.

– Maraqlıdır, o nə deyirdi?

– Hakimiyyəti söyürdü. Aclıq elan edirdi.

– Özünü günhakar sayırdımı?

Yox, günahkar saymırdı.

– Və nəhayət sonda: Siz indi nə eləmək fikrindəsiniz?

– Mən sənəd toplayıram və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəm.

 

Azadlıq Radiosu

 

Qeyd: Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov Lapşinin iddialarını cəfəngiyyat adlandırır. Deyir ki, həbsdə olduğu müddətdə Lapşini həyat yoldaşı, anası, vətəndaşı olduğu ölkənin səfirliklərinin nümayəndələri bir neçə dəfə ziyarət edib. Hətta onların istəyi ilə Lapşinin müayinəsinə kənardan həkimin gətirilməsinə də razılıq verilib. Və bu müddət ərzində onunla görüşən heç kəs bloqqerin saxlanma şəraitindən, ona qarşı zoakılığın, işgəncənin olmasından bir kəlmə belə danışmayıb.




Yuxarı Əvvələ Ana Səhifə