XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 13:52

Herfrid Münkler: “Amerikanın xarici siyasətini indiyədək, təqribən, yüz ailə müəyyən edib” – Müsahibə

“Avtoritar sistemlər uzunmüddətli kateqoriyalarla düşünməyə daha yaxşı nail olur”

 

Alman politoloqu Herfrid Münkler başa çatan ilin yekunları haqda Avstriya nəşrinə müsahibə verib. Onun qənaətləri: parçalanmış Avropa Birliyi iflas həddindədir; qaçqınar üçün “boşaltma məntəqəsi” olan Türkiyə böyük Avropa oyununda strategiyaca tezliklə daha önəmli rol oynayacaq.

Müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik. 

 

– Ola bilsin ki, tarixi yekun vurmaq hələlik bir qədər tezdir, lakin bununla belə, 2015-ci ildə əsil mənada nə baş verdi?

– Yaxın Şərqdə durumun inkişafı, həmçinin bununla bağlı qaçqınlar problemi və avropalılarla ruslar arasında qeydə alınan əməkdaşlığın yeni forması…

– Mühacir böhranı avropalıların durumunun strategiyaca yenidən dəyərləndirilməsinə səbəb ola bilərmi? Yaxın Şərqdəki fəaliyyətdə daha fəal şəkildə iştirakın xeyrinə olaraq…

– ABŞ daha Avropanın təhlükəsizliyi siyasətinin fikrini çəkmir. Buna görə də avropalıların özləri qitənin periferiyasında təhlükəsizliyi necəsə təmin etməli olacaqlar. Həm də əvvəlkindən fərqli şəkildə.  

– Bəs Avropa buna qabildir?

– Amerikalılar Yaxın Şərqdəki bəzi aksiyalarda iştirak etsələr də, çox ehtiyatlıdırlar. İraq müharibəsindən sonra anladılar ki, bu bölgədə onların imperiya şakəri yersizdir və Asiya-Sakit okean bölgəsində toparlanmağa üstünlük verdilər. Ona görə də Yaxın Şərq dramatik şəkildə Avropanın probleminə çevrildi. Buna görə də avropalılar öz döyüş hazırlıqlarını yüksəltməli, həmçinin strateji düşünməyi öyrənməli olacaqlar. Buna güclərinin çatıb-çatmayacağı isə açıq sualdır.

– Lakin onlar son zamalar birmənalı siqnallar aldılar.

– Bəli, son dərəcə aydın siqnallardır. Mərakeşdən İordaniyaya, həmçinin Saxeldə Malidən başlayaraq Nigeriyadan keçməklə Somaliyə qədər zolaqda özünəməxsus “Marşal planı” işləyib hazırlamaq olar. çünki Suriyada olduğu kimi orada da yeni qaçqın axın törədən vətəndaş müharibələri alovlansa, Avropa üçün fəlakət olacaq. Ona görə də ona söykənili ərazilərin qayğısına qalmalı olacaq.

– 2015-ci ili həm də Avropanın parçalanması ili adlandırmaq olar?

– AB-də, ən azı, iki parçalanma xətti var: mentalitetlərdəki fərqlər və xəzinə baxımından quzeylə güney arasında və eyni zamanda mühacir böhranı və etnik, dini-mədəni rəngarəngliyi qəbul etməyə hazır olmaq baxımından Qərbi və Mərkəzi Avropa arasında. Avropa Komissyası əvvəlcə hər iki xəttin varlığını etiraf etməli və gerçək parçalanma baş verənədək onların aradan qaldırılması üçün tədbirlər görməlidir.

– Böyük böhranlar indiyədək AB daxilində inteqrasiya proseslərinə təsir edrdi. Budəfəki istisna olmadı?   

– Avropanın əvvəlki böhranlardan daha güclənmiş şəkildə çıxması haqda fikirlər, birinci növbədə, hədəfi avropalıları hər şeyin o qədər də pis olmadığına inadırmaqdan ötrü ruh yüksəkliyini saxlamaq üçün “nağıllar”dır. Lakin bu dəfə həkimlərə məlum olan böhranla üz-üzəyik: söhbər pasiyentin sağalmasından, ya da ölümündən gedir. İndiki halda bu sualın cavabı aydın deyil. Heç kim ciddi şəkildə deyə bilməz ki, AB-nin bu böhran effektivliyi və daxilindəki ziddiyyətlər AB-nin parçalanmasına səbəb olmayacaq: “qreksit” və “breksit”dən (Yunanıstan və Böyük Britaniyanın AB-dən xariclənməsi-red.) tutmuş “Aliqrad” üzv ölkələrlə “köhnə” Avropa arasında dramatik parçalanmaya qədər.

– Bu baxımdan Almaniya və Angela Merkelin rolu sizə necə görünür?

– Almanlar Avropada aparıcı rola heç vaxt can atmayıblar və daha çox “dərinlikdən” hərəkətə meylləniblər. Almaniya bir sıra təşəbbüsləri fransızların vasitəçiliyi ilə irəli sürüb. Lakin alman-fransız mühərriki indiki böhran kontekstində əvvəlkitək saz işləmir. Fransa iqtisadiyyatca Almaniyadan xeyli geridə qalır. Almaniya isə əsla can atmadığı və hazırlaşmadığı liderliyi öz üzərinə  götürməli oldu.

– Və Almaniya bu vəzifənin öhdəsindən necə gəlir?  

– Almaniya “ödəniş üzrə çempion” idi, indi isə dəyərlərə və çoxtərəfli müqavilələrə riayət edilməsini izləmək üçün “muştra üzrə çempion” olmalıdır (muştra – qeyri-şüuri intizam üzərində qurulmuş tərbiyə üsulu-red.), çünki Avropa Komissiyası bu vəzifənin öhdəsindən tam gələ bilmir. Avropa mühacir böhranı kontekstində öyüdçülüklə xeyli məşğul oldu, lakin yekunda börnanın tıənzimlənməsində Tükiyədən yardım xahiş edib “gerçəkçi siyasət”in tələbləri ilə hərəkət etməyə başladı.

– Siz bu ambivalentliyi necə dəyərləndirirsiniz?

– Avropa öz dəyərlərinin qayğısına qalır, lakin bu, legitimlik baxımından  daha çox zərurətdir, lakin operativ siyasətin əsas imperativi deyil. Bu,  tez-tez ona səbəb olur ki, siyasət bu cür öyüdçülük “dadı” əldə edir. Merkel Avropanı xilas etmək üçün yayın axırında qaçqınları qəbul etmək qərarına gəldi. Almaniya öz sərhədlərini onlara açmasaydı, Balkan istiqamətində 700 min nəfərlik nəhəng, fəlakətli nəticələrə malik tıxac yarana bilərdi.

– İstisna olunmur ki, Merkel bu qərarı qəbul edərkən həm də öz imici haqda düşünüb. O, əvvəlkitək sözdə özünün “Biz bunun öhdəsindən gələrik” şüarının dalıncadır, əslində isə hər halda kömək üçün türklərə üz tutdu.

– Mən türklərlə bu sövdələşməni başqa cür dəyərləndirirəm. Bu durumda kimsə tam hazır vəziyyətdə idisə, bu da lap əvvəldən prezident Ərdoğan idi. O, strateji baxımdan “Avropa oyunu”na uğurla müdaxilə etdi.

– Şübhəsiz, Ərdoğan buna nail oldu.

– Suriyaya hərbi müdaxiləyə başlayıb avropalılarla təması qaydaya salmış  Putin kimi. O vaxtdan AB-nin antirusiya sanksiyaları başqa tonda müzakirə olunur. Rusiya Avropanın strateji rəqibi olsa, Avropa güneyindəki və güney-şərqindəki problemləri həll edə bilməz.  Bunu xeyli əvvəllər sezmək olardı, həm də bunun üçün təkcə coğrafi xəritəyə baxmaq kifayət idi. Lakin bu ancaq indi – mühacir böhranı qopandan sonra ağıllarına gəldi. Hələ Suriyadan sonra bir də Misir “partlasa”, bu ərazi
də durumu sabitləşdirməyə qətiyyən şans qalmayacaq.

– Sizə elə gəlmir ki, belə ola blər ki, Putnin hərəkətləri nəticəsində Rusiya üzüləcək və Suriya münaqişəsinə nəzərdə tutduğundan daha dərincəsinə ilişəcək?

– Putin Suriyada dahiyanə gedişə müvəffəq oldu və bunun sayəsində təcriddən çıxdı. Lakin hər şeyə görə bədəl ödəmək lazım gəlir: Rusiyanın hərbi əməliyyatı uzansa, həqiqətən də, taqətdən düşə bilər. çinlə yaxıınlaşma Putinə az şey verdi, lakin baha başa gəldi. Artıq əlamətlər üzə çıxır ki, Rusiyadakı iqtisadi böhran siyasi böhran törədə bilər. Demək olmaz ki, ölkədə əsil mənada güclü müxalifət var idi, lakin cəmiyyət artıq siyasi rəhbərliyin dalınca dinməz-söyləməz getməyi yadırğayır.

– “Gerçək siyasət” qayıtdı. Suriya böhranının həlli – ən azı, başlanğıc mərhələdə – doğrudanmı, yalnız diktator Əsədin iştirakı ilə mümkündür?

– Bəli. Axı Əsəd təkcə Suriya əhalisinin 13-15%-i təşkil edən ələviləri təmsil etmir. AB sünni qaçqın axının əvəzinə ələvi qaçqınlarının meydana çıxmasına səbəb olası qərarda maraqlı ola bilməz.

– Lakin axı Suriyanı azlığın idarə etdiyi Əsəd hakimiyyəti modelini də buraxmaq lazımdır, elə deyilmi?

-Bu, tamamilə aydındır. Deyəsən, Suriya tezlikə vahid dövlət olmaqdan əl çəkəcək və keçmiş Yuqoslaviya kimi “qurama yorğan”a çevriləcək. Bu ona səbəb ola bilər ki, bütün bu balaca dövlətlər iqtisadi baxımdan həyatqabiliyyətli olmayacaq. Suriyada vətəndaş müharibəsini hansısa ərazi razılaşmaları əsasında “dondurmaq” mümkün olsa, onda ruslar və iranlılar bu dövlətlərin bir, avropalılar isə digər hissəsini maliyyələşdirə bilərlər. Əlbəttə, bu, aralıq həll ola bilər, lakin indiki an münaqişəyə son qoymağın yeganə şansı olardı: dini və siyasi qrupların bölgəsəl bölünməsi. İŞİD isə, ola bilsin, artıq indidən öz mərkəzini Liviyaya və yaxud Yəmənə keçirir.

– Sizi təəccübləndirmir ki, İŞİD İraqla Suriyanın bir-biri ilə əlaqəli xeyli ərazilərini hələ də nəzarətdə saxlaya bilir?

– ümumiyyətlə, yox. Amerikalılar bütün bu müddətdə təmkinli və müəyyən qənaətlərdən çıxış edib qüvvəni “homeopatik” həcmdə tətbiq edirdilər. Onlar İŞİD-i məhv etmək və yaxud başsız qoymaqda maraqlı deyillər.

– Niyə?

– çünki İŞİD onda Əl-Qaidə kimi kürəsəl gizli şəbəkə strukturuna  çevrilər.

– Lakin Parisdəki teraktlar xəbər verir ki, İŞİD artıq kürəsəl terror qurumu kimi hərəkət edir.

– Əl-Qaidə başqa kalibrli qurum idi. Onun teraktları strateji baxımdan başqa səviyyədə idi: hələ ümumdünya Ticarət Mərkəzinə və Pentaqona hücumu demirəm, onlar Afrikanın şərqində Amerika səfirliyini partladır və Ədəndə Amerika hərbi gəmisinə hücum edirdilər. Paris teraktları isə dəhşətli idi, lakin onu prinsipcə istənilən diletant təşkil edə bilərdi. İstənilən adam silahla kafeyə və yaxud musiqi klubuna soxulub oradakı ziyarətçiləri güllələyə bilərdi. Bunun üçün ona sadəcə qətiyyətli, qəddar və ölümə hazır olmaq lazımdır.

– Amerikalıların Yaxın Şərqdən gedişindən törəyən problem bu oldu ki, bölgə hökumətləri müstəqil oldu və məsələn, Səudiyyə Ərəbistanı kimi öz təşəbbüsləri ilə hərəkət etməyə başladı.

– Yaxın Şərqdəki durumu 1618-1648-cı illər arası ağalığa can atan xeyli qüvvənin qatıldığı Otuzillik müharibə ilə tutuşdurmaq olar. Bundan başqa, katoliklərlə protestantlar arasında ideoloji qarşıdurma da var idi. İndi isə sünni koalisiyasının başında Səudiyyə Ərəbistanı durur, şiələrə isə İran başçılıq edir. Bu, sadəcə, qorxunc ssenaridir: Yaxın Şərqdə Qafqaza, Balkanların şərq hissəsinə və Quzey Afrikaya qədər uzanan Otuzilllik müharibə.

– Lakin bizə ancaq 30 ildən sonra yeni “Vestfal sülhü” lazım deyil.

– Bəli. Avropa elitalarına aydındır ki, əvvəllər etdiyimiz kimi Yaxın Şərq probleminin həllini daha təxirə sala bilmərik.

– Təəssüf ki, demokratik rejimlər həmişə ölkədəki durumun gərginliyini vaxtında izləyə bilmir. Avtoritar sistemlər uzunmüddətli kateqoriyalarla düşünməyə daha yaxşı nail olur.  

– Əlbəttə, bu, demokratik idarəçilik sisteminin ən zəif yerlərindən biridir: hökumətlər ancaq “seçkilərdən seçkilərə” düşünür və nəticə etibarilə ictimai rəyin sorğusuna yönəlir.

– ABŞ-dakı indiki rəy sorğusunun prezidentliyə namizəd Donald Trampın xeyrinə olan nəticələrini Amerika demokratiyasının iflasının sübutu saymaq olarmı?

– Həyat haqda səfeh təsəvvürlü dəli milyarderin populyarlığı Amerika əhalisinin qətiyyətsizliyini əks etdirir. Bundan başqa, sorğuların nəticələri ondan xəbər verir ki, şərq sahilindəki kübarların nüfuzu heçə enir. Amerikanın xarici siyasətini indiyədək, təqribən, yüz ailə müəyyən edib. Xalq isə gah hansısa demokratı, gah da hansısa respublikaçını dəstəkləyib. Necəsə ümumi bir rasionallıq var idi. Lakin indi bu durum dəyişilə bilər.

– Bunu bir ildən sonra görərik.

 

Kristian Ulç

Die Presse (Avstriya), 29.12.2015