XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

31 Mart 2018 - 20:47

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev:"Narazı elektorat iqtidarı daha ağır suçlayanları qəbul edir" - MÜSAHİBƏ

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd Qüdrət Həsənquliyev AzTV-nin prezidentliyə namizədlərin hazırki reytinqi barədə keçirdiyi rəy sorğusu ilə bağlı Moderator.az-ın bir neçə sualını cavablandırıb. Xatırladaq ki, AzTV-nin təqdim etdiyi rəy sorğusuna görə, əgər seçkilər indi keçirilərsə, seçicilərin 83.4%-i hazırki dövlət başçısı İlham Əliyevə səs verəcəklər. Digər namizədlərdən ən çox səs ala biləcək şəxs kimi isə Sərdar Cəlaloğlunun adı qeyd edilib – 3.2%. Zahid Orucun 2,6%, Qüdrət Həsənquliyevin isə 2.1% səs toplaya biləcəkləri qeyd olunub.

Strateq.az Qüdrət Həsənquliyevin bununla bağlı Moderator.az-a müsahibəsini təqdim edir:

 

– Qüdrət bəy,  Az.Tv ilə yayımlanan son rəy sorğuları göstərir ki, bu seçkilərdən də sonra Azərbaycanda nəinki güclü, hətta minimal standartlara cavab verən müxalifət formalaşmayacaq. Bu, Sizi narahat etmirmi?

– Əlbəttə, narahat edir. Amma bu reallıq məndən çox ölkənin gələcəyinə görə daha çox məsuliyyət daşıyan iqtidarı narahat etməlidir. Qərb demokratiyasını mənimsəmiş heç bir ölkədə heç bir siyasi lider bizdəki qədər çox səs toplaya bilməz. Yaxud 3-4%-lə olmuş olsa da, yalnız iqtidarı yalançılıqda, talançılıqda və hər cür cinayətlərdə suclayan və indikindən daha güclü və ədalətli cəmiyyəti necə quracağı barədə bir söz belə deməyən namizəd ana müxalifət statusu qazana bilməz. Beynəlxalq Bankda baş vermiş dəhşətli talançılığın, MTN-də baş vermiş rəzalətin və s. bu kimi cinayətlərin baş verməsinin əsas səbəbi ölkədə güclü müxalifətin olmamasıdır. Görünür, insanlar hələ bunun fərqində deyil.

– Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

– Vəziyyəti ya seçicilər seçki məntəqələrinə gəlib, ölkənin gələcəyini düşünərək səs verməklə, ya da iqtidar ölkənin gələcəyini düşünərək siyasi islahatlar aparmaqla dəyişə bilər. Sonuncu rəy sorğusu da, bundan əvvəlki prezident seçkilərinin nəticələri də göstərir ki, xalqdan bunu gözləməyə dəyməz. Narazı elektorat iqtidara real alternativ kimi iqtidarı daha ağır ittiham edənləri qəbul edir. Fərq etməz, onlar hakimiyyət dəyişərsə indikindən daha yaxşı cəmiyyət qura bilər, ya yox. Ümid qalır iqtidarın ölkədə aparacağı siyasi islahatlara. Bu da az inandırıcıdır. Belə görsənir ki, xalqımızla bərabər, iqtidarı da mövcud vəziyyət tam qane edir.

– Onda Sizin məntiqinizlə dalana dirənmişik?

– Yox, zaman itirsək də, cəmiyyət inkişaf edir, gec də olsa, nəticələr özünü göstərəcək. Biz ruhdan düşməməli, səbrli olmalı, əldə olunanları itirməmək üçün ölkədə sabitliyi qorumalıyıq. İqtidardakılar da xalqımızın nümayəndələri olduğundan, ölkəmizi inkişafın yeni mərhələsinə keçirmək üçün seçicilərlə işləməyə davam etməliyik. Digər variantlar ölkəmizi məhv edər.

Moderator.az