XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Aprel 2018 - 12:02

Məşhur çex kəşfiyyatçısı:“Qərbin indiki antirusiya kampaniyası NATO-nun ruslara qarşı hərbi təcavüz niyyətindən xəbər verir” – Müsahibə

 

Parlamentnilisty.cz (Çexiya), 01.04.2018

 

Sovet blokunun ən uğurlu kəşfiyyatçılarından biri Karel Koherin “Skripal işi”ylə bağlı ParlamentníListy.cz portalına müsahibəsini strateq.az-ın oxucularına təqdim edirik.

 

ParlamentníListy.cz: Sizcə, keçmiş ikili agent Sergey Skripala qarşı bu sui-qəsdi kim həyata keçirib?

Karel Koher: Bəs ümumiyyətlə sui-qəsd olubmu? Yəqin ki, sarsılacaqsınız, amma təkcə bunda şübhələnməyə əsas var ki, bu sui-qəsd Skripalın öz ölkəsinə qarşı işləyən ikili agent, hətta özlüyündə sui-qəsdin olduğuyla bağlıdır. Bəs Skripal kiminsə ona təsir etdiyi sinir-iflic maddəsinin qurbanı deyil, məsələn, terrorçularla planlaşdırılmış cinayətkar sövdələşmədə tədarükçü olubsa, onda necə?

Yaxud “Noviçok”un nəql olunduğu konteynerlə ehtiyatsız davranış üzündən sızma baş verən sövdələşmə vaxtı ya Skripalı bilə-bilə aradan qaldırmağa cəhd göstərilib ki, sifarişçi vəd olunan muzdu ona ödəməsin? Bütün bunlar ağlasığmaz spekulyasiya görünə bilər, amma Skripalın kim olduğu barədə düşünün: keçmiş yüksəkçinli zabit, əməkdaşların öz əməliyyat üsullarıyla qətiyyətdə ad çıxartdıqları Rusiyanın hərbi kəşfiyyatı QRU-nun polkovniki. Və bu adam özünün kəşfiyyat məlumatından və Britaniyanın MI6 kəşfiyyatına əlverişli casusluq üçün  nou-haudan (istehsalat sirri-tərc.) tərəddüdsüz istifadə edib. Yəni o, şübhəsiz adamdır. Təhlükəli qeyri-leqal əməliyyatların onun sahibləndiyi yeganə peşə olduğu isə nəzərə alınsa, onda mülahizə yürütmək qanunauyğundur ki, Rusiya həbsxanasından azad ediləndən və İngiltərəyə gələndən sonra nə bacarırsa, bununla qazanmağı davam etdirmək motivasiyası onda güclü olub. Sovet İttifaqı dağıldıqdan sonra kütləvi nüvə və biokimyəvi qırğın silahları ehtiyatının ləğv edildiyi hərc-mərclikdə bu maddələrin böyük qismi Rusiyanın kriminal dairələri təmsilçilərinin əlinə düşüb. Bəs Skripal onlarla əlaqədə olubsa, necə? Görünür, hətta cüzi miqdarda “Noviçok” da son dərəcə təhlükəli maddədir, buna görə də kiçik konteyner böyük təhlükə təşkil edə, amma tədarükçü üçün çox qazanclı ola bilər.

Əlbəttə, Skripal maddəni İngiltərəyə gətirmək üçün Rusiyaya gedə bilməzdi. Amma qızı Yuliya yaşadığı Rusiyadan İngiltərəyə gələ bilərdi (o, hadisəyə bir gün qalmış ora uçub). Polisin məruzəsinə əsasən, onun səfərə götürdüyü baqajda “Noviçok”un izi aşkarlanıb. Kimsə onu xəlvətcə ora qoyaraq əmin olub ki, bununla da onun atasını öldürəcək, yaxud Yuliya bilə-bilə kuryer rolunda çıxış edib?

Hər ikisinin “Noviçok”la zəhərlənməsinə cəmi dörd saat qalmış öz telefonlarında GPS-naviqasiyanı (mobil telefonun hansı koordinatlarda olduğunu göstərən proqram-tərc.) bağlayıblar. Onlar hara yollandıqlarını niyə gizlətmək istəyiblər?

Əlbəttə, sui-qəsdi Rusiyanın hansısa rəhbəri, o cümlədən Putinin özünün əmriylə Rusiya agentlərinin həyata keçirdiyi haqda Britaniyanın rəsmi versiyasından savayı baş verən hadisənin mümkün başqa versiyaları da var. Ehtimal etmək olar ki, məsələn, Skripala QRU üzrə ədaləti üzərinə götürmək qərarına gələn keçmiş həmkarlarından biri hücum edib, çünki agent mübadiləsinin gedişində Skripalın dəyişdirilməsi və onun indi İngiltərədə firavan yaşamasıyla barışa bilməyib. Bu, QRU əməkdaşları arasında qəbul edilmiş sarsılmaz vətənsevərlik və şərəfin qəti normalarına tam uyğun gəlir. Amma bu versiyanın zəif yönü qisas üçün seçilmiş, deyək ki, tapança və ya avtomobil deyil, sinir-iflic qazı kimi bu cür çətin ələ gələn və icra üçün dedikcə təhlükəli maddədir.

-“Noviçok” sinir-iflic maddəsiylə bağlı spekulyasiyalar haqda nə düşünürsünüz?

-“Noviçok”un Çexiya daxil olmaqla başqa bir ölkədən ola biləcəyi haqda Rusiyanın rəsmi bəyanatını nəzərdə tutursunuzsa, düşünmürəm ki, Sizin dediyiniz kimi, bu, spekulyasiyadır. Ruslar bunu fərziyyə deyil, fakt kimi təqdim edirlər və bunu rəsmən təsdiq etmək imkanları olmasaydı, onda bununla onlara mötəbərsizlik damğası vuran antirusiya kampaniyasına qatılanlara yalnız yardım etmiş olardılar. Ruslar bu cür bəsit səhvi dəqiq heç vaxt buraxmazlar. Çex siyasətçiləri və KİV-lərinin Rusiyanın bəyanatına reaksiyası üçün səciyyəvidir ki, heç kim sübutlardan danışmayıb. Rusların Rusiyadan savayı başqa ölkələrin də “Noviçok”a malik olduğu haqda cansıxıcı, kimsəni təqsirləndirməyən iddiaları dərhal böyük hay-küylə təkcə yalan deyil, həm də qərəzli yalan kimi yozula bilərdi. Bununla bağlı İnformasiya və Təhlükəsizlik Xidmətinin (BIS) hər şeyi aydınlaşdırması haqda sərəncam verən prezident Zemanın təmkinli mövqeyinə yalnız heyran olmaq mümkündür.

-Şimali Atlantika alyansının Rusiya dipliomatlarının üzv ölkələrdən sürgün edilməsi haqda qərarını necə qavradınız?

-Məncə, Rusiyanın Polşa səfirindən savayı (amma hətta bu halda da tam əminliklə deyə bilməzsən) sürgün edilənlərin hamısı olmasa da, böyük əksəriyyəti həqiqətən diplomatik pərdə altındakı agentlər idi. Dövlətlərin qarşıdurması üzündən sürgün edərkən aydındır ki, məhz onlardan yaxa qurtarırlar. Kimin əsil diplomat, kimin diplomatik pərdə altında kəşfiyyatçı olduğunu ayırd etməyin çətin olduğunu düşünürsünüzsə, onda yanılırsınız. Xüsusi xidmətlər bu cür şeyləri hətta gizlətməyə çalışmır da, çünki adamın keçmiş vəzifələrinin tarixçəsi və ölkədə özünü necə aparması, harada işlədiyi, hansı təmasları qurduğuna görə hər şeyi anlamaq və demək olar, yüz faiz əmin olmaq mümkündür. Mən MKİ-də işləyəndə sovet bloku ölkələrinin səfirlikərindəkikəşfiyyatçıları üzə çıxarmaq üçün hətta təlimatlar var idi. Bu sürgünü qavramağım haqda belə deyim: bunda Rusiya Xarici Kəşfiyyat Xidmətinin kəşfiyyat imkanlarını məqsədyönlü şəkildə məhdudlaşdırmaq niyyəti görürəm. Məncə, bu cür səylər Rusiyaya qarşı uğur üçün gözlənilməzlik məqamının önəmli olduğu hansısa təcavüz aktının hazırlanması çərçivəsinə sığışa bilər.

-Bunların hamısı Britaniya baş naziri Tereza Meyin sui-qəsddə daha çox Rusiyanın günahkar olduğu haqda bəyanatı üzündən baş verib. Bu barədə nə düşünürsünüz?

-Britaniya baş nazirinin hadisədən bir an sonra Rusiyanı heç bir dəlilsiz ittiham etməyi düşünməyə vadar edir ki, onun bəyanatının hədəfi təkcə antirusiya sanksiyalarına qatılan ölkələrdə antirusiya kampaniyasının növbəti mərhələsi üçün özül yaratmaq deyil, həm də qarşıdurma olmadan bu insidenti araşdırmağa istənilən cəhddən nümayişkaranə şəkildə kənar durmaq idi. Başqa sözlə, baş nazirin hədəfi, nəyin bahasına olur-olsun, qarşıdurmadır. Lakin bununla bağlı istisna etmək olmaz ki, Skripala sui-qəsd zəruri bəhanə təşkil etməklə Britaniya xüsusi xidmətləri tərəfindən qəsdən quraşdırılıb.

-Rusiya diplomatlarının sürgün edilməsi əleyhdarları İraqın kimyəvi silahı olduğu haqda Britaniya baş naziri Toni Blerin yalan bəyanatını və İraqda hərbi əməliyyata məhz bunun start verdiyini xatırladırlar. Bu cür arqumentləşdirməni necə dəyərləndirirsiniz?

-Bu cür arqumentləşdirməylə yalnız razılaşmaq olar. Britaniya hökuməti başçısı İraq hadisəsindəki kimi hazırda Avropa dövlətlərini birinci növbədə Birləşmiş Ştatların hakim çevrələrinə xidmət etməli olan münaqişəyə dəstəyə səfərbər edir. Mən kimin prezident olduğundan asılı olmayaraq hakimiyyətdəki ABŞ “hakim çevrələri” haqda bilərəkdən danışıram. O zaman İraq idi, bu gün Rusiyadır. Özü də bu analogiya şübhə doğurmur.

-Burada Vladimir Putinin bu yaxınlarda Rusiya prezidenti seçkilərindəki qələbəsiylə hansısa bir əlaqə tapmaq mümkündür, ya yox?

-Güman etmirəm. Antirusiya qarşıdurmasının eskalasiyası Putinin Rusiya ictimaiyyətində tam şəkildə daha çox populyarlığına səbəb olacaq, rəqibləri isə bunu arzulaya bilməzlər.

-Onda anitirusiya kampaniyasının son hədəfi nə ola bilər? Nə gözləmək lazımdır?

-Ağıl, təsəvvüredilməzi göstərməkdən imtina etsə də, təəssüf ki, bütün bunlar hərbi münaqişəyə hazırlıq kimi görünür.

Tərcümə Strateq.az-ındır.