XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

31 May 2018 - 10:48

“Azərbaycanın parlamentli respublikaya keçidi məqsədəuyğundur” –Hüquqşünas Fəxrəddin Mediyev bu modelin siyasi inkişafa gətirəcəyini deyir

Tanınmış hüquqşünas Fəxrəddin Mehdiyevin bu yaxınlarda çapdan çıxan “Siyasi  sistemin İsveç –  Skandinaviya  modeli”  kitabında bu ölkələrin siyasi sistemləri geniş təhlil olunub. Müəllif bu modelin üstünlüklərini, inkişafa gətirən dəyərlər sistemini tədqiq edib. Fəxrəddin Mehdiyev Strateq.az-a müsahibəsində bu barədə danışıb, həmçinin Skandinaviya modelinin Azərbaycan siyasi sisteminə gətirilməsini vacib sayır:

– Sizin bu yaxınlarda çapdan çıxan “Siyasi  sistemin İsveç –  Skandinaviya  modeli”  kitabında bu ölkələrin siyasi sistemlərini təhlil etmisiz. Bu modelin başqa siyasi sistemlərdən əsas üstünlükləri nədən ibarətdir?

-Skandinaviya ölkələri əhalisnin yüksək həyat səviyyəsinə,  ən yaxşı sosial təminat sisteminə, sosial-iqtisadi inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsinə görə dünya ölkələri arasında  qabaqcıl yer tuturlar. BMT-nin hər il hazırladığı insan inkişafı indeksinə görə də Skandinaviya ölkələri  liderdilər. Uzun illərdir ki, insan inkişafı indeksinə görə dünya ölkələri arasında  birinci onluğa daxil olurlar. Ümumiyyətlə,  Skandinaviya ölkələri yüksək inkişafın müxtəlif parametrlərinin xarakterizə edən göstəricilərə görə, analitik mərkəzlər tərəfindən yüksək qiymətləndirilir və müvafiq reytinqlərdə öncüllüyə layiq göstərilirlər. Onlar nkişaf etmiş ölkələr kateqoriyasındadır və bu, elmi-siyasi ədəbiyyatlarda İsveç və ya Skandinaviya modeli kimi xarakterizə olunur.

-Bu ölkələrdə sosial siyasət necə qurulub, əsas hədəfləri nədir?

-Skandinaviya ölkələrinin iqtisadi, sosial siyasətinin əsasını  sosial – demokratik dəyərlər təşkil edir və  bazar iqtisadiyyatında sosiallaşma səviyyəsi yüksəkdir. Eyni zamanda sosial sahənin  yüksək səviyyədə  tənzimlənməsi ilə fərqlənir, sosial vasitələrin bütöv bir sistemi mövcüddur. Həmin sistem əhalinin normal həyat səviyyəsini təmin edir.

-Skandinaviya modelində yüsək inkişaf hansı dəyərlərə əsaslanır?

-Bu modelin nailiyyətlərinin mənbəyi və təminatı onların  parlament idarəçiliyidir. Parlamentarizim  sistemi və bunun əsasında formalaşan siyasi  mədəniyyət, Skandinaviya ölkələrinin  yüksək inkişafını təminatçısı kimi çıxış edir. Burada parlamentlər dörd il müddətinə seçilir, parlamentlərdə bir qayda olaraq çoxlu partiyalar təmsil olunur, partiyalar isə koalisyon hökmət yaradırlar.

-Biz başqa ölkələrin təcrübəsinə baxsaq, koalisyon hökumətlərin tez-tez siyasi böhranlara gətirib çıxardığını görürük…

-Hökmətlərin stabilliyi  Skandinaviya ölkələri üçün xarakterikdir.  Burada seçki hüququnun demokratik prinsiplərinin formalaşması seçki siteminin demokratikləşməsi ilə  paralel gedib. Əvvəlcə bu majoritar sistemin  proporsional  sisteminə  keçilməsində ifadə olunub.  Həmin proses İsveçdə 1909-cu ildə, Norveçdə 1919-cu ildə,  Danimarkada 1920-cu ildə baş verib. Sonradan isə proporsianol sistem daha da təkmilləşdirilib. Əlbəttə, bu sistemin də özünəməxsus problemləri, çətinlikləri yaranır. Lakin siyasi sistemin dinamizmi, yaranmış problemlərin və çətinliklərin  vaxtında aradan qaldırılmasına  imkan verir.  Bir faktı da  qeyd etmək zəruridir ki, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətinin  idarəçilik forması parlamentli respublikadır.  Bu da həmin idarəçilik formasının üstünlüklərinin göstəricisidir. Parlamentli respublikalarda hətta tez-tez baş verən hökmət böhranlarıda, məsələn, bu yaxınlarda Almaniyada,  İtaliyada hökümətin  formalaşmasında həmin ölkələrin sosial – iqtisadi  inkişafını ləngitmir.

– Azərbaycan bu sistemi 100 il bundan əvvəl tətbiq edib, amma bu gün fərqli idarəçilik sistemindəyik…

Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci ildə  parlamentli respublika formasında yaranması tarixilik və müasirlik baxımından çox maraqlı hadisədir. SSRİ dağıldıqdan  sonra keçmiş respublikalarda keçid dövrü kimi prezidentli respublikalar idarəçiliyi yarandı.  Sonradan bir sıra republikalarda artıq parlamentli idarəçiliyinə keçid başladı. Fikrimcə,  parlamentli respublikaya   keçid   tarixlik və müasirlik baxımından  məqsədə  uyğundur,  cəmiyyətimizin  üzvləri tərəfindən səsləndirlən bu fikirlər də  inkişaf tendensiyalarının  məntiqini ifadə edir.

E.Rüstəmli