XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 Oktyabr 2018 - 09:54

Kəlbəcərdə yaşayan erməni politoloq:"Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi daxili vəziyyəti dəyişəcək" - MÜSAHİBƏ

Artak Yeqiazaryan

“1in.am”, Ermənistan, 15 oktyabr 2018-ci il

 

“1in.am”ın müsahibi Karvaçarda (ermənilər işğal etdikləri Kəlbəcərin adını Karvaçar qoyub – tərc.) yaşayan politoloq Aleksandr Kananyandır:

 Cənab Kananyan, RF Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Ermənistan və Azərbaycanı barışdırmağa hazırdır. Bundan sonra Rusiyanın təhlilçi dairələri sülhməramlıların yerləşdirilməsi məsələsinə yenidən təkan verməyə başlayıblar. Sizcə, bunun səbəbi nədir, onlar nə üçün bu mövzuya yenidən toxunmağa başlayıblar?

– Rusiya dövri olaraq göstərməlidir ki, regionun həlledici geopolitik gücü odur. Rusiya sülhməramlıların” Arsaxa (Dağlıq Qarabağ nəzərdə tutulur – tərc.) göndərilməsilə bağlı öz köhnə arzusundan heç vaxt imtina etməyib. Təbii, prinsipial olaraq sülhməramlılardan söhbət belə gedə bilməz, çünki “sülhməramlıların” hətta ən kiçik miqdarda belə Arsaxda yerləşdirilməsi daxili vəziyyəti tamamilə dəyişəcək, ona zərbə vuracaq.

Bənzər arzular və onunla bağlı olan əsaslandırmalar yalnız müasir Rusiya diplomatiyasının müəyyən tərkib hissəsi olaraq qalmalıdır, heç bir vaxt reallaşmamalıdır. Və mən əminəm ki, bu gün Rusiyanın Ermənistana və ona məxsus Arsax vilayətinə yönəlik imperiya ambisiyalarının önlənməsi və qarşısının alınması üçün hər zaman olduğundan daha çox əsas vardır.

 Rusiyanın belə aktivlik nümayiş etdirməyə cəhd göstərməsi onların Ermənistanda baş verən hadisələrlə bağlı narahatlıqlarınımı göstərir?

– Şübhəsiz, erməni cəmiyyətinin daha yaxşı, daha demokratik, daha effektli dövlət quruculuğu üçün səy göstərməsi elə ilk andan onları narahat etdi, çünki bu – ermənilərin effektli və baş tutmuş dövlətə sahib olmağa cəhd etməsi rus imperiyasının müstəmləkə siyasətinə ziddir. Və Rusiya Ermənistanı asılı vəziyyətdə saxlamaq üçün dövri olaraq Dağlıq Qarabağ münaqişəsindən istifadə etməlidi, ermənilərə onlar üçün faydalı olmayan qərarları sırımalıdı. Ancaq mənə elə gəlir ki, 2016-cı ilin Aprel müharibəsi mövcud durumun dəyişdirilməsi üçün ən böyük qəsd idi. Bu cəhd hətta dövlət düşməninin – prezident Serj Sarkisyanın idarəçiliyi dövründa belə, tam iflasa uğradı. Xüsusilə indi bu cür qəsdlər realist görünmür. Hər halda, mən Arsaxda yaşayan Ermənistan vətəndaşı olaraq tərəddüd etmədən açıq şəkildə deməkdən heç vaxt çəkinmədim ki, əgər hansısa bir qəza üzündən hansısa sülhməramlılar, o cümlədən rus sülhməramlıları Arsax ərazisində olmalıdırsa, o zaman mən özüm dövlətimin və millətimin köklü maraqlarından çıxış edərək, onları fiziki olaraq məhv etməyə çağıracam. Çünki hətta bir neçə sühməramlının belə Arsaxda mövcud olması bizim buradakı mövcudluğumuza mütləq formada ziddir.

– Ermənistan və Arsax hakimiyyətləri özlərini necə aparacaqlar? Ümumiyyətlə, onlar nə edəcəklər?

– Hətta keçmiş kolonial, patriarxal administrasiya anlayırdı ki, Arsaxda macəralar onlar üçün ən pis nəticələr verə bilər. Məhz buna görə, Moskvaya tam təslim olmuş Serj Sarkisyan rus sülhməramlılarını Arsaxda görməyə məcbur edilməkdən qaçırdı. Sarkisyan həmişə deyirdi ki, hansısa bir mərhələdə münaqişənin tənzimlənməsinə, beləliklə, Arsaxda sülhməramlıların olmasına da getməyə hazıram, ancaq praktikada o, ən azı, belə proqramların icra edilməsi müddətini gecikdirməyə cəhd edirdi. Artıqlaması ilə əminəm ki, indiki hakimiyyət bu məsələdə daha prinsipial olacaq və Moskvaya dəqiq və geridönməz olaraq “yox” demək üçün böyük legitimliyə sahib olacaq.

Arsax vilayətində isə vəziyyət bir qədər fərqlidir. Çünki Arsax vilayətinin hakimiyyəti Serj Sarkisyanın dövlət əleyhinə olan hakimiyyətinin qalığıdır və bu son aylarda, – inqilabdan sonrakı mərhələdən daha çox, – inqilabın onlara vurduğu zərbələrdən özünə gəlməyə və Arsaxı əks-inqilabın ciddi dayağına çevirməyə cəhd edir. Gələn məlumatlara görə, Arsaxın xüsusi xidmət orqanlarının nümayəndələri məktəblərə gedir və tələb edirlər ki, Paşinyanın adı, ümumiyyətlə inqilab heç bir formada müzakirə edilməsin. Belə həyəcanlı faktlar, şahidlik edən insanlar mövcuddur.

Bundan əlavə, Arsaxın yerli hakimiyyəti konkret Rusiya siyasətilə əlaqədar olaraq, Modest Kolerov kimi erməni əleyhdarı obrazı olan təbliğatçını həmişə böyük məmuniyyətlə qəbul edir. Modest Kolerov, “qubernator” Bako Saakyanın şəxsi göstərişilə Arsaxda mütəmadi olaraq “XİN”-ə getməyə, erməni əleyhdarlığının, rus imperiya baxışlarının ifadə edildiyi hansısa mühazirələr oxumağa cəsarət edir.

Gərəksiz yerə qorxu yaratmaq istəmirəm, düşünmürəm ki, Arsaxda ciddi əks-inqilabi resurs mövcuddur. Lakin Yerevan elə dünəndən başlayaraq yalnız Arsaxda xarici hərbi təhlükəsizliyin dəstəklənməsilə deyil, Stepanakert (Xankəndi nəzərdə tutulur – tərc.) üzərində birbaşa nəzarətin təmin edilməsi ilə də məşğul olmağa başlamalı, hakimiyyəti iqtidarı Serj Sarkisyandan varisliklə alan, dövlət əleyhinə olan, cinayətkar və korrupsioner xadimlərdən təmizləməli idi. Bu, dəqiqdir. Təəssüf ki, Yerevan, Arsaxa müstəqil dövlət kimi baxaraq, Ter-Petrosyanın oyununu davam etdirir, bu isə Ermənistanın təhlükəsizlik maraqları baxımından yolverilməzdir.

– Ermənistanda tezliklə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Sizcə, Arsax hakimiyyəti kimi dəstəkləməyə cəhd edəcək?

– Onlar qəlblərinin dərinliyində arzu edəcəklər ki, hakimiyyətə respublikaçı, daşnak və ya “çiçəklənən”lərin, – mən onları fərqləndirmək istəmirəm, – tör-töküntüləri simasında öz sahələrinin yetişdirmələri (öz yerliləri – tərc.) gəlsin. Yeri gəlmişkən, bu gün Arsaxda tez-tez ən çirkli və ən dözülməz erməni əleyhdarı, Yerevanda gedən dəyişikliklərin əleyhinə olan ritorika ilə xüsusilə Daşnaksutyun çıxış edir. David İşxanyan adlı bir şəxs var. Hətta açıq şəkildə deyir ki, guya, Yerevan təxribat və ya diversiya etməyə cəhd edir. Bununla birlikdə, onlar eyni zamanda Arsaxın, guya, müstəqil dövlət olması faktından  istifadə edərək, daxildəki hakimiyyətlərinin qorunub saxlanmasına görə qayğılanırlar. Başlıca narahatlıq ondan ibarətdir ki, Arsaxın talan edilməsinin davam etdirilməsindən ötrü onlar iqtisadi və inzibati imkanlarını qoruyub saxlamaq üçün üstünlük verdikləri namizədlərini 2020-ci ildə keçirə biləcəklərmi?

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə