XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 14:40

Ermənistan politoloqu:”Ruslar bizi alçaltmaq üçün bəhanə axtarırlar, KTMT isə ...” – Müsahibə

Siranuş Papyan

lragir.am (Ermənistan), 19.12.2018

 

Ermənistan Strateji və Milli Araşdırmalr Mərkəzinin direktoru Manvel Sərkisyanın Ermənistan-Rusiya münasibətləri haqda Ermənistan portalına müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

-Cənab Sərkisyan, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, xarici hərbçilərin Ermənistan biolaboratoriyalarında iştirakının istisnası haqda sənəd işlənir. Bununla bağlı Ermənistanın suverenliyinin məhdudlaşdırılmasına növbəti təhlükə haqda danışmağa başlayıblar. Biz Lavrovla nə barədə danışıqlar aparırıq?

-Ermənistanın XİN deyilən qurumunun nə dediyini bilmirəm, nə baş verdiyini onlar da bilmirlər. Lavrov deyir ki, sənədin imzalanmasına hazırlıq gedir, onlar deyirlər ki, xəbərsizik. XİN təmsilçisinin sözləri heyrətləndirir, elə bil, Ermənistanda yaşamır. Qaldı ki Lavrovun bəyanatına, o ancaq arzunu ifadə edib. Rusya xarici qoşunların iştirakını istisna edən sənədi çoxdanr Ermənistanın boynuna qoymaq istəyir. Həm də işin nə yerdə olduğunu XİN izah etməlidir. Amma bununla yanaşı Kremlin konsultantı Modest Kolerov bəyanat verib ki, Ermənistandakı baza Rusiyaya yük olub, onun başağrısından savayı heç bir faydası yoxdur və çıxarmaq gərəkdir. Və bu bəyanat Lavrovun sözlərilə kompleksdə götürülsə, əsil hədəfləri görmək olar. Kolerov Rusiyada sonuncu adam deyil, nəsə də deyirsə, havayı demir.

Bir vaxt deyirdilər ki, Krımın işğalından sonra Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması haqda məsələ qaldırılıb. Rusiyanın əsil planları kimi bunu da XİN-də aydınlaşdırmaq gərəkdir. Əks təqdirdə onlar hansısa sənədi imzalamq istəyirlərsə, qoy desinlər, biz də bilək. Ola bilsin, ruslar bazanı çıxarmaq və sənəd imzalamaq istəyirlər ki, onların yerini heç kim tutmasın.

Rusiya səfiri Gümridə Rusiya hərbçisinin ittiham edildiyi qadının qətlini siyasiləşdirməməyə çağırır. Əslıində, kim siyasiləşdirməyə çalışır, Ermənistan hökuməti niyə müttəhimin yenə də Rusiya bazasında saxlanmasına qiymət vermir?

-Məsələ Rusiyaya aid olanda Ermənistanda nə vaxt bəyanat veriblər? Belarus prezidenti haqlıdır – “başqaları dadanmasın deyə bizi vururlar, kim Azərbaycana silah satırsa, sözünüzü onlara deyin”. Yəni Rusiyaya. Ermənistanın inqilaba hünəri çatdı, amma Rusiya ilə münasibətləri aydınlaşdırmağa bəs etmir. 2015-ci ildə Avetisyan ailəsi qorxunc şəkildə güllələndikdən sonra baş katibdən başlayaraq sürücüyədək hamı yorğan altında gizləndi. Bax, problem buradadır.

Bütünlükdə Ermənistan-Rusiya münasibətlərindəki problemləri necə dəyərləndirirsiniz?

-Heç bir problem yoxdur, ruslar bizi alçaltmaq üçün bəhanə axtarırlar, biz isə öz ləyaqətimizi qorumaq üçün bəyanat vermirik.

Amma qarşılıqlı qınaqlar səslənir, KTMT-də də hər şey yolunda deyil, Nikol Paşinyan qarşılıqlı öhdəlikləri dəqiqləşdirməyə çağırır. Yəni problemlər hər halda var.

-Əvvəlcə aydınlaşdırmaq gərəkdir ki, KTMT nədir. Deyirlər ki, NATO-ya alternativdir, amma bu, vur-tut, Rusiyanın öz qonşularına nüfuzunu genişləndirdiyi bir arenadır. Burada Ermənistanın rolu böyükdür, çünki Ermənistan əks tarazlqıdır. Üzv dövlətlərin hamısı Ermənistanın rəqibidir və Rusiya bundan oyun qurur. Orada vərdiş ediblər ki, üzümüzə tüpürsələr, burada təşəkkür edəcəklər.  Və birdən kimsə sual verməyə başlayır və hamı çaşıb qalıb. Bu, uşaq bağçasıdır, heç bir hərbi blok yoxdur. Madam Belarus prezidenti bütün dünyanın gözü qabağında o cür danışa bilir, deməli, ora əsil fahişəxanadır.

Son zamanlar Qarabağ tənzimlənməsində hansısa tərpənişdən danışmağa başalyıblar. Siz bunu ağlabatan sayırsınız?

-Bəs nə dəyişilib? Beynəlxalq birlik öz münasibətini dəyişməyib, Rusiya kimi Azərbaycan da dəyişməyib. Heç kim mövqeyini dəyişməyibsə, nə baş verə bilər?

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə