XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 14:50

Rusiyalı politoloq:“ABŞ KÜRDLƏRI QURBAN VERIR Kİ, ANKARA VAŞİNQTONUN ÖNƏMLİ MÜTTƏFİQİ OLSUN” – Müsahibə

Aleksandr Jelenin

rosbalt.ru, 26.12.2018

 

Şərqşünas Mixail Maqid xəbərdarlıq edir – ABŞ qoşunlarının Suriyadan çıxarılması bu ölkənin bir daha bölünməsini və yeni qaçqın axını doğura bilər. İndiki hadisələr hələ Obamanın dönəmində başlanmış ABŞ-ın Yaxın Şərqdən strateji gedişinin davamıdır.

Aydındır ki, Donald Trampın artıq uyğun sərəncam imzaladığı Amerika qoşunlarının Suriyadan çıxarılması bu ölkədə durumu ciddi dəyişə bilər. Amma sonra nə olacaq?

Məsələn, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu artıq bildirib ki, Ankara başqa ölkələrlə işbirliyinə hazır olsa da, özü İŞİD-i yer-yer etmək iqtidarındadır. Nazir deyib: “İŞİD-lə mübarizədə terrorçu qruplaşmalardan başqa hamıyla işbirliyinə hazırıq. Mən burada (Suriya) rejimindən deyil, Rusiya, İran, koalisiya üzrə tərəfdaşlardan danışıram. Amma Türkiyə terrorçuları təkbaşına da məhv edə bilər”.

Bu, bölgədə faktiki təkbaşına liderliyə iddiadır. Amma yeganə deyil. İsrail, baş nazir Benyamin Netanyahunun diliylə Amerika qoşunlarının çıxarılmasını dramatikləşdirməməyi məsləhət görərək iranlıların orada möhkəmlənməməsinə yol verməmək üçün Suriyadakı fəaliyyəti fəallaşdırmağa söz verib (İsrail HHQ-nin Suriyadakı hədəflərə növbəti zərbəsi dekabrın 25-də axşam endirilib).

Bu qayda ilə, hər şeyə əsasən, Yaxın Şərqdə durum indi yalnız qəlizləşəcək. Yaxın Şərq üzrə ekspert Mixail Maqid “Rosbalt”a Amerika qoşunlarının Suriyadan çıxarılnması səbəbləri və nəticələri haqda danışıb.

-Amerika bölmələrinin Suriyadan çıxarılması haqda Trampın qərarı nə qədər gözlənilməz idi?

-Prezident Tramp ABŞ qoşunlarının bu ölkədən çıxarılmasına hazırlıq haqda ilk dəfə bəyan edərkən mən buna ciddi yanaşanlardan biriydim. Hələ yayda yazmışdım ki, Tramp özünün seçkiqabağı vədlərini yerinə yetirməyə can atır (bunun pis, ya yaxşı olması başqa məsələdir).

-Amerika qoşunlarının Suriyadan çıxarılmasını Rusiyada Amerika imperializmi üzərində böyük qələbə kimi şərh edirlər. Bəs siz necə düşünürsünüz, bu addımın səbəbi nədir?

-Səbəblər cürbəcürdür. Bunlar ABŞ-ın Yaxın Şərqdən hələ Barak Obama dönəmində başlanmış strateji hərbi gedişinin davamıdır. İraq savaşı Əfqanıstandakı savaş kimi (Tramp oradan da qoşunların yarısını – 7 minə yaxın adamı çıxardır) göstərib ki, ABŞ belə əməliyyatları illərlə aparmaq üçün maliyyə resurslarına malik deyil. Nobel lauretaı Cozef Stiqlitsin fikrincə, təkcə İraq savaşı ABŞ-a üç trilyon dollara oturub. Amerika ciddi maliyyə problemləri şəraitində belə xərcləri çəkmək halında deyil.

Bundan savayı, bu savaşlar Amerikada populyar deyil. Məsələn, 2013-cü ildə keçirilmiş sosioloji sorğunun məlumatına görə. Amerikalıların 68%-i Suriya savaşına qatılmağa qarşı çıxıb. Əslində, Donald Tramp indi  seçki kampaniyasına və 2020 seçkilərinə hazırlıq prosesinə başlayıb. O, amerikalıların çoxunun marağına uyğun qərarlar almaq istəyir.

Başqa amillər də var. Kürd dəstələri amerikalılarla birgə İŞİD-i məğlub edib və hələ bir-iki il qabaq Suriya və İraqda Fransa həcmdə və on milyon əhalisi olan əraziyə nəzarət edən, 50 minlik orduya malik bu təşkilat indi darmadağın edilib və partizan-təxribat əməliyyatları və terror həmləsi keçirən cəmi bir neçə minlik döyüşçüsü var. Bu ekstremistlərlə savaş uzun ola bilər, Trampın isə əbədi vuruşmaq niyyəti yoxdur – o, elə hey itki və maliyyə xərclərini saymaqla kiçik Buşun səhvlərini təkrarlamaq istəmir.

-İndi danışırlar ki, amerikalılar Suriyadan çıxmaqla özlərinin sadiq müttəfiqlərini – kürdləri Türkiyə və Əsədin ixtiyarına buraxırlar…

-ABŞ-da dönüş baş verir. Kürdlər öz işlərini görüblər və indi amerikalılara çox da gərək deyillər. Amerika siyasətində ABŞ-ın həm öz ərazisində, həm də Suriyanın şimalında kürd partizanları və ictimai hərəkatla çarpışan Türkiyə ilə dartışmanı daha özünə rəva bilməyəcəyindən danışan qruplar güclənməyə başlayıb. Bu arada Türkiyə Kürdüstanının muxtariyyəti uğrunda mübarizə aparan məhz Kürdüstan Fəhlə Partiyası (PKK) Suriyanın şimalında, Türkiyə sərhədinin yanında kürd dövlətçiliyi əlamətlərinə (hökumət, ordu və b.k.) malik muxtar Rojavanı qurub. Bu, Türkiyənin kəskin qıcığını doğurur. Türkiyə dövləti Suriyada kürd kantonlarına hücum etmək niyyətini daim bildirir.

-ABŞ-ın kürdlərdən Türkiyəyə dönüşü niyə baş verdi?

-Dövlət katibi və MKİ-nin keçmiş direktoru Mayk Pompeo 2018-in avqustunda görkəmli diplomat və ABŞ xarici siyasəti üzrə ekspert Ceyms Ceffrini ABŞ-ın Suriyadakı özəl elçisi təyin edib. O, ABŞ siyasətinin Türkiyəyə sarı dönüşünə tərəfdardır. Ceffri sübut edir ki, Ankara bölgədə Vaşinqtonun ən önəmli müttəfiqidir. Türkiyə Avropanın güney girişlərini qoruyan NATO üzvüdür. Bundan başqa, Yaxın Şərqdə ən başlıca aktorlardan biri kimi çıxış edir. Ceffri iddia edir ki, ABŞ kürdləri bundan sonra da dəstəkləyəcəyi halda Türkiyə Amerikanın düşmənlərilə sonrakı yaxınlaşmaya gedə bilər. Ceffri bu keyfiyyətdə Rusiya və İranı nəzərdə tutur.

ABŞ qabaqlar PKK-nın üç başçısının başına mükafat elan etməklə Türkiyəyə doğru addım atıb. Türkiyə bunun cavabında Türkiyə dövlətinə qarşı cuçlarda ittiham edilən Amerika pastoru Bransonu həbsxanadan azad edib. Beləcə Amerika qoşunlarının Suriyadan çıxarılmasıyla yanaşı bu hadisəyə Amerikanın Türkiyə ilə ittifaqa dönüşünün nişanəsi və kürdlərlə sıx işbirliyindən imtinası kimi yanaşmaq olar.

-Amerika bölmələrinin Suriyadan çıxarılmasının hansı nəticələri ola bilər?

-Nəticələr də dəyişkən ola bilər. Başlıcası budur ki, ABŞ-ın geri çəkilməsi müxtəlif dövlətlərin doldurmağa can atacağı siyasi boşluq yaradır. Bu, Yaxın Şərqdə burulğanlıq və bölgə dövlətləri və onlara bağlı hərəkatlar arasında toqquşmalar doğuracaq.

Bəs Suriyanın kürd bölgələrinin başına nə gələcək?

-Yüksək ehtimalla, indi ABŞ-ın hərbi iştirakının olduğu bölgə – kürd Rojavası – Türkiyə, İran, Əsəd və RF arasında bölgü obyekti olacaq. Bundan başqa, kürdləri qorumaq istəyi meydana çıxa biləsi səudiyyəlilər də (Səudiyyə Ərəbistanı indi həm İrana, həm də bir az Türkiyəyə qarşı çıxır), Fransa da hadisələrə qatıla bilər. Əlbəttə, hamısı bir yerdə Suriyanın yenidən bölünməsi və qan tökülməsinin artmasıyla sonlana bilər…

Tərcümə Strateq.az-ındır.