XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

26 Yanvar 2019 - 15:49

Nobel mükafatçısı:“Bütün dünyada əhalinin qəddar və əhatəli yoxsullaşmasını müşahidə edirik” – Müsahibə  

Eucenio Okkorsio

La Repubblica (İtaliya), 24.01.2019

 

Kolumbiya universitetinin professoru, iqtisadiyyat üzrə Nobel mükafatçısı Cozef Stiqlitsin dünyada artan iqtisadi qeyri-bərabərlik və bunun doğuracağı fəlakətlər  haqda İtaliya nəşrinə müsahbəsini Strateq.az-ın oxucularına təqdim edirik.  

 

“Altmış iki ən varlı adam Yer kürəsinin ən yoxsul əhalisinin yarısının sahib olduğu maddi dəyərlərin yiyəsidir? Bu məni dilxor edir, amma təəccübləndirmir. Bu, dayandırılması mümkünsüz, tərəqqi edən tendensiyadır: ötən il ən varlıların sərvət həcmi 47%-dən çox təşkil etməyib”.

Nyu-York Kolumbiya universitetinin iqtisadçısı Cozef Stiqlits “Oksfam”ın qaneetməz araşdırmasının faktlarını oxuyur və Nayrobidə əsaslanmış İngiltərə təşkilatının çıxartdığı nəticələrə ortaq çıxır: “out of control” – durum nəzarətdən çıxıb.

“Amerikanı örnək saymaqda olanlar bu haqda düşünməlidirlər: bu fəlakətlər düzümünün kökləri məhz Birləşmiş Ştatlara gedib çıxır”. Səhm bazarından (məsələn, top-menecerlərin və “adi adamlar”ın əldə etdikləri informasiya) başlayaraq bazarlara təsir edən “asimmetrik informasiya”nın öyrənilməsinə görə 2001-də Nobel mükafatı almış Stiqlits uzun illərdir qeyri-bərabərlik və ictimai rifahın araşdırılmasıyla məşğuldur: “Sosial ədalətsizlik elə bir səviyyəyə çatıb ki, bütün dünya demokratiyası üçün təhlükəyə dönüb”.

 

Professor, bu niyə belədir? Bu, Fransadakı “sarı jiletlər” kimi etiraz hərəkatları nəticəsində getdikcə daha tezləşən zorakılıq hallarıyla bağlıdır?

-Təkcə bu deyil, demokratiyaya hücum formaları daha incə və məkrlidir. Yenə də Amerikanı götürək: burada təhlükə seçki dairələriylə manipulyasiyalar obrazını alır, kimsə hesab edir ki, söhbət hətta fırıldaqdan və bütünlükdə vətəndaşların varlılardan psixoloji asılılığından gedir. Guya onlar hökm etməlidirlər, çünki prinsipcə belə gərəkdir – təkcə iş yerlərində deyil. Mən bunu “menecer kapitalizmi” adlandırıram.

-Və menecerlər bununla yanaşı öz xidmətçilərindən yüz dəfələrlə çox qazanırlar?

-Təəssüf ki, belədir. Bu tendensiyanı düzəltməyin yolu yoxdur. Təsəvvür edin ki, Dodd-Frank qanunu, iki il qabaqkı maliyyə böhranına gətirən ifratçılıq və yanlışlıqlardan yayınmaq məqsədilə keçirilən bank sisteminin islahatı baş direktorların mükafatlandırılması üçün olduqca birmənalı məhdudiyyətlər müəyyən edib, bu, birinci növbədə banklara aiddir. Bu, başlıca olaraq şəffaflıq üçün tələb olunurdu ki, səhmdarlar müdirin qazancı haqda son dərəcə aydın təsəvvürə malik olsun. Ən yaxşı vəkillərin yardım etdiyi ən varlı adamların lobbisi isə sərəncamların dərc olunduğu andan ona məhəl qoymayaraq bu göstərişə heç vaxt əməl etməyib. Bir sözlə, özünün iqtisadi gücünün məhdudlaşdırılmasını qəbul etməkdən imtina edib. Səhmdarların “söylə və ödə” (say and pay) prinsipi tam gözlənilməzlik oldu. Lakin qeyri-bərabərlik xeyli adam üçün əsil ictimai faciəni ifadə edir: daha çox narahatlıq doğuran aspekt –  sağlamlıq haqqında düşünmək yetər.

-Tibbi xidmətin bəzi adamlar üçün əlyetməzliyi üzündən?

-Təkcə bu deyil. Yoxsul ölkələrin sarsıdıcı faciəsi bütün dünyaya bəllidir. Amma yenə də Amerikdan – ÜDM barədə çılpaq statistikadan savayı 5 milyondan 10 milyona qədəri tam yoxsulluqla dolanan 20 milyon kasıbın yaşadığı ölkədən danışaq. Bu gün hakimiyyətdə olan respublikaçılar “Obamaker” (Obamacare) səhiyyə sisteminin hamısını deyilsə də, önəmli bölümünü məhv etməyə nail olublar. Bu gün 13 milyon amerikalı pulsuz tibbi yardımdan yenidən məhrum olub. Və bütün bunlar böyük korporasiyalar tərəfindən diktə olunur. Gəlin, indi vergilərdən danışaq. Trampın vergi islahatı çərçivəsində şirkətlər üçün vergi tarifi azaldılıb ki, bu da prezidentin öz dostlarına yardımı haqda düşüncələr doğurur. Amma yolveriləndir, çünki bir çox müəssisələr yenidən pul yatırmağa başlayıb. Lakin bununla yanaşı, məntiqin tələb etdiyi kimi, ən varlı adamlar üçün vergilər yüksəldilməyib, əvəzində orta sinif üçün artırılıb. Nəticədə əhalinin qəddar və əhatəli yoxsullaşmasını müşahidə edirik.

-Siz örnək kimi Amerikanı göstərirsiniz, amma qeyri-bərabərlik problemi Birləşmiş Ştatlarla məhdudlaşmır, hətta əksinə.

-Əlbəttə, qeyri-bərabərlik dünyanın böyük hissəsində daimi kəmiyyətə dönüb. Və inkişaf etməkdə olan ölkələrdə görünməmiş kollektiv faciəyə dönüb. Böyük Britaniya Amerikanın yoluyla gedir, Almaniyada işlər bir qədər yaxşıdır. Bircə Avstraliya məhdudlaşdırıcı qanunlar tətbiq edərək adamları buna əməl etməyə vadar edə bilib: bu, sənaye liderlərinin hədsiz iqtisadi qüdrətini ram edir.

-Bəs İtaliya?

-Düzünü desək, mən İtaliya proseslərini çox da yaxşı öyrənməmişəm. Amma sizə universal qanundan danışım. Hökumət, xüsusən də sağ cərəyançılar – bunlar isə dünyada getdikcə daha da çoxalırlar – ehtiyatlı olmalıdırlar: yalandır ki, varlılara nisbətdə vergiqoyma azalanda əhali hansısa üstünlük əldə edir. Əksinə, böyük əks-tənzimlənmə çox vaxt – xüsusən də maliyyə sistemi gerçək iqtisadiyyata dov gələndə – böyük qeyri-bərabərliyə, deməli, yoxsulluq və ədalətsizliyin yayılmasına gətirir.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə