XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2019 - 12:53

Rusiya eksperti:“İRANA GÖRƏ İSRAİLLƏ MÜNASİBƏTİ KORLAMAYACAĞIQ VƏ TEHRANLA MÜTTƏFİQLİYİMİZ BİTDİ” – Müsahibə

rosbalt.ru, 31.01.2019

 

RF xarici işlər nazirinin müavini Sergey Ryabkov bu günlərdə CNN telekanalına müsahibədə deyib ki, Moskva Suriyada Tehranla daha müttəfiq deyil və bu bəyanat dünyada ciddi əks-səda doğurub. Rusiya EA Avropa İnstitutunun baş elmi əməkdaşı, Yaxın Şərq və ABŞ üzrə ekspert Aleksandr Şumilinin bu yöndə Rusiya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

-Sergey Ryabkovun İranın Rusiyaya müttəfiq olmadığı, Moskvanın isə İsrailin təhlükəsizliyindən ciddi  qayğılandığı haqda bəyanatını necə dəyərləndirirsiniz? Bununla bağlı Yaxın Şərqdə Rusiya siyasətində ciddi dönüşdən danışmaq olarımı?

-Mən deyərdim ki, zamanı çatmış önəmli dəqiqləşdirmədir. Ryabkov deyib ki, İran  sözün geniş mənasında Moskvanın müttəfiqi, Rusiyanın isə Suriya “torpağında” hansısa məsələlər üzrə tərəfdaşı deyil. “Müttəfiq” sözü maraqların daha çox üst-üstə düşdüyünü nəzərdə tutur. Amma burada önəmlidir ki, Ryabkov hələ iki-üç il qabaq belə deməzdi. Suriyada “Rusiyanın maraqları” ilə (Moskvada qərar qəbul edənlərin anladığı kimi) İranın maraqları arasında ixtilaflar, haradasa, məhz ik il qabaq üzə çıxmağa başlayıb.

Bu nədə ifadə olunur?

-Birinci, RF-nin bölgədə bütün əsas oyunçular arasında həmişə balanslaşmaq arzusunda. Moskva hərbi qələbələrə nail olmaqla bu gedişatda artan çəkisini siyasi prosesə konvertasiya etməyə çalışıb. Mövcud beynəlxalq uzlaşmalar, özəlliklə BMT qətnamələri və RF-də indiyə qədər rədd edilməyən 2012-ci il Cenevrə kommunikesi çərçivəsində siyasi çözümlərə çıxış haqda məlumat verilirdi. Eynilə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Suriyada siyasi tənzimləmə ideyasını rədd etmədikləri kimi.

2017-2018-də çoxlarının Cenevrə prosesinin qəsdən dəyişdirilməsi  kimi qavradığı Astana prosesi başlasa da, Astana bizdə (rəsmən) Cenevrə prosesinin al-dəyiş edilməsi deyil, sələfi sayılır. Moskva habelə Suriyada siyasi tranzitə razılaşıb.

Bu tranzit altında nə nəzərdə tutulur?

-Əsədin bu ölkədə müəyyən vaxtda hansısa bir sifətdə qalması. Yəni söhbət Rusiyanın Suriyada Əsədsiz də siyasi tənzimləməyə hazır olduğundan gedirdi. Belə bir formul işlədilirdi – “Suriya xalqının qət edəcəyi kimi”. Bütün bunlar, yaxşı məlum olduğu kimi, mümkün bütün üsullarla – hərbi, maliyyə – Suriyada Əsədin fiqurunu möhkəmlətmək üçün yerləşmiş İranın təməl maraqlarına zidd idi. Əsəd Tehran üçün əvəzolunmaz və dəyişilməz fiqur idi və belə də qalır. İranın anlayışında Suriyadakı siyasi proses – hərbi qələbələri Əsədin və uyğun olaraq İslam Respublikasının xeyrinə rəsmiləşdirmək prosesidir. İranın bu xətti,  az da olsa, dəyişilməyib. Və İsrail Suriya münaqişəsinin yeni burumuna qoşularkən Tehranın Suriyada iştirakı problemi kəskinləşməyə başladı. Moskva bu problemi yumşalda bilərdi, amma İran tərəfdən belə bir yanaşmaya sət qəbuletməzliklə üzləşdi.

İslam Respublikasının mövqeyi bundan ibarətdir ki, geri çəkilməyə və Suriyada iştirakını azaltmağa hazırlaşmır. İranın bu ölkədəki  strategiyası qabaqkı kimidir – öz iştirakını genişləndirmək, o cümlədən İsraillə mübarizə üçün, Əsədin mövqeyinin genişləndirilməsi.

-Amma Əsəd Tehran üçün olduğu kimi Kreml üçün də belə alternativsiz fiqur olaraq qalmır?

-Xeyr, qalmır. Amma o bizim üçün müxtəlif mərhələlərdə belə bir fiqur idi. Suriya hökumətinin Şərqi Qutada kimyəvi silah işlədərək bir neçə min adamı məhv etdiyi 2013-cü ilədək RF-nin mövqeyi hətta bir qədər özgə cür formulə edilmişdi. “Əsədə – qanuni prezidentə eşq olsun” deyil, Rusiyanın Əsədə bel bağlayan vasitəçi kimi çıxış etdiyi “tənzimləmə axtarışı”.

Lakin ABŞ-ın o zamankı prezidenti Barak Obamanın davranışı göstərdi ki, Suriya liderinə inanmaq səmərəli çıxdı. Amerika prezidenti o zaman Əsədm güclərinə zərbə endirməli olan hərbi donanmanı Suriyaya gətirdi. Amma Putin o vaxt Peterburqda iqtisadi forumda olan Obamanı bunu etməməyə, Suriya liderini kimyəvi tərkli-silaha məcbur etməyə, bununla da məsələni hərbi müdaxiləsiz həll etməyə inandırdı. Obama razılaşdı və əvəzində hər şey – Əsəd rejiminin  saxlanması, vətəndaş savaşının davamı və İŞİD-in böyüməsini əldə etdi.

Əsəd o zaman Rusiya üçün, doğrudan da, faydalı və əvəzolunmaz idi. Amma sonradan getdikcə daha çox İranın girovuna çevrildi. İran təlimatçıları “yerüstü”ndə Əsəd qoşunlarını nəzarətə götürərək üzərində çox möhkəm işləyiblər. Əsəd və İran bu qayda ilə getdikcə lap həmişə bir yerdə olub ki, bu da İsraili Suriyada formal olaraq İrana, amma o cümlədən Əsədə qarşı da hərbi əməliyyatlara başlamağa vadar edib.

-Amma Moskva “Əsəd – Suriyanın qanuni prezidentidir” formulunu ləğv etməyib axı?

-Bu ancaq sözdədir, çünki Kremlin indi formal tərəfdar olduğu xətt – siyasi tənzimləmə axtarışı və siyasi tranzit – nəzərdə tutur ki, Əsədin taleyi, ən azı, sual altında olacaq.

Tehran bununla razı deyil?

-Onun üçün bu məsələdə güzəşt üçün geniş meydan yoxdur. Burada hər şey onun üçün son dərəcə sərtdir. İran İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) və Tehrana tabe başqa güclər – “Hizbullah”, şiə könüllü yığması getdikcə daha çox ərazi ələ keçirir və Əsədə müəyyən fəaliyyət diktə etməyə başlayırlar. Məsələn, onu əsasən Türkiyəyə yönəlik bütün antiəsəd müxalifətinin cəmləşdiyi İdlib əyalətinə hücuma təhrik edirlər. Amma yada salıram, İbliblə bağlı barışıq, orada döyüş əməliyyatlarının qabaqlanması Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında güzəştdir ki, bu da özlüyündə Tehranın qəzəbini doğurur. Lakin Putinin İran və Suriyada iranlıların mövqeyinə zərbə endirən İsrail arasında balanaslaşma perspektivi  heç də ümidverici deyil. Bu durumda uzun müddət balanslaşmaq olmaz – İsrailin Tehranın mövqelərinə hər bir zərbəsi İran düşərgəsində bütün səviyyələrdə hiddət doğurur. Orada hər yerdə suallar qoyulur: “Bəs Rusiya? O niyə cavab vermir? Bəs Suriyaya tədarük edilən S-300-lər necə olub? Onlar yanvarın 23-də İsrail aviasiyasının basqınını niyə dəf etməyiblər?”…

İran hökuməti bu gün, onun terminologiyasına görə, “Suriyanın şimali-qərbini azad etmək” istəyir, bu isə kürdlərlə Tehranın İdlibdən başlamaq istədiyi qanlı savaş deməkdir. RF iranlıların mövqeyini bir qədər yumşaltmağa çalışır, çünki biz formal olaraq sanki Deyr-əz-Zorun neft yataqlarına hücuma qarşı da deyilik, amma elə yox ki, orada birbaşa amerikalılarla toqquşaq.

Orada İrandan fərqli olaraq Rusiyanın əl-qolu bağlıdır. O elə hərəkət edə bilməz ki, ABŞ başda olmaqla koalisiyanın ciddi cavab hərəkətlərini törətsin, İsrail aviasiyasının hücumlarının qabağını ala bilməz, çünki bu qayda ilə özünü Vaşinqtonun arxa durduğu bu ölkəyə qarşı qoyur. Çünki bu, artıq çox ciddi məsələdir. Moskva buna görə də manevr etməli olur, bu arada İranın fəaliyyəti isə Suriya münaqişəsində RF-i getdikcə daha az qane edən amilə çevrilir.

-Rusiyanın İrana görə mövqeyinin dəyişməsi Birləşmiş Ştatlarla yaxınlaşmağa səbəb ola bilərmi?

-Perspektivdə, bəli. Amma burada ehtiyatla danışmaq gərəkdir. Çox ehtimal ki, bu, ABŞ-la toqquşmadan yayınmaq zəminindədir ki, bu da müəyyən qarşılıqlı anlaşma və fəaliyyət koordinasiyasını nəzərdə tutur. Suriyada hərbi baxımdan istənilən artıq hərəkət Amerikayla toqquşma törədə bilər. Bir il qabaq 300-400 “vaqner”çinin həlak olduğu Deyr-əz-Zorda amerikalılarla toqquşma isə artıq olub və bunun təkrarlanması heç kimə gərək deyil. Amma İran Suriyada tank kimi hərəkət edir, bununla da Rusiyanı hər addımda təhlükəyə atır – məsələn, yeni qüvvələr yerləşdirməklə. RF isə İrana görə İsraillə münasibətləri korlamağa hazırlaşmır.

Yəni belə çıxır ki, Suriyada İrana qarşı gizlincə yeni, olduqca rəngarəng koalisiya formalaşmağa başlayır?..

-O, artıq formalaşıb. İran və Əsəd bir tərəfdədir, qalan hamı o biri tərəfdə…

Söhbətləşdi: Aleksandr Jelenin

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə