XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Fevral 2019 - 16:07

SOÇİ SAMMİTİNİN GÖRÜNMƏYƏN YÖNLƏRİ:“Astana formatı özünü tükədib, İran və Türkiyənin mövqeləri xeyli uzaqlaşıb” – Müsahibə

Aleksandr Jelenin

rosbalt.16.02.2019

 

Şərqşünas Aleksandr Şumilin hesab edir – İdlibdə hərbi əməliyyatın istənilən möhləti Suriya tənzimlənməsi üçün faydalıdır. Kürd problemi Türkiyə kimi İran üçün də kəskindir.

Rusiya, Türkiyə və İran prezidentlərinin – Vladimir Putin, Rəcəb Ərdoğan və Həsən Ruhaninin Soçidə keçirilən və Suriya tənzimlənməsinə həsr edilmiş danışıqları, hər şeyə əsasən, heç nə ilə bitib. Rusiya KİV-ləri bu görüş haqda şərhlərdə təsadüfən simic deyil, o, başa çatarkən Putinin dediyi sözlər isə ən ümumi xarakter daşıyırdı. Ruhani və Ərdoğanın bəyanatları isə xəbər verir ki, Türkiyə və İran liderləri Soçidə indiki görüşdə əsas məsələlərdən biri – indi Bəşər Əsəd rejiminə qarşı duran Suriya müxalifətinin əsas güclərinin toplaşdığı İdlib əyaləti probleminin həlli üzrə prinsipcə müxtəlif mövqelərdə dururlar. Ruhani bildirib ki, İdlibdə “terrorçulardan təmizlənmə aparmaq gərəkdir”. Putin bu ruhda fikrini ifadə edib ki, separatizmə bağlı heç nəyi alqışlamır. Yəqin ki, Türkiyə prezidentinin çıxışı Rusiya və İran liderlərinin bu birmənalı ismarıclarına qarşı durub. Ərdoğan İdlibdə durumun sabitləşdirilməsi üzrə Rusiya və Türkiyə müdafiə nazirlərinin yarımil qabaq, 2018-ci il avqustun 17-də elə Soçidə imzaladıqları memorandumu yığışanların yadına salıb. Tehran, Moskva və Suriya prezidenti Bəşər Əsəd o zaman dinc sakinlər arasında qaçılmaz, böyük qurbanlara səbəb olacaq hərbi əməliyyat hazırlayırdı.

İdlib üzrə Türkiyənin basqısı altında imzalanmış memorandum o vaxt bu bölgədə hərbi əməliyyatları dayandırıb, eyni zamanda oranı islamçı döyüşçülərin nəzarətində saxlayıb. Ərdoğan Soçidə indiki görüşdə tamamilə birmənalı ismarıc verərək vurğulayıb ki, orada humanitar böhrana və yeni faciələrə yol verməmək üçün İdlib üzrə memorandum yerinə yetirilməlidir. O bununla yanaşı, “bəzi ölkələrin fitnələri”nə tam  şəffaf bir eyham vurub.

“Rosbalt”ın icmalçısı şərqşünas, Rusiya EA Avropa İnstitutunun baş elmi işçisi Aleksandr Şumilindən Soçi görüşünün nəticələrini şərh etməyi və Suriyada indiki lax tarazlığın nə qədər uzun müddət saxlana biləcəyi haqda proqnoz verməyi xahiş edib.

-Soçi danışıqlarının nəticələrini necə dəyərləndirirsiniz?

-Aydındır ki, orada İdlib problemi müzakirələrin mərkəzində idi. Buna görə də Suriyanın bu əyalətində humanitar fəlakət yönündə atıla biləcək addımların yoxluğu baxımından bu danışıqların nəticələri daha çox müsbətdir. Məlumdur ki, Dəməşq, habelə xeyli dərəcədə Tehran və Moskva İdlibdə hərbi əməliyyat məsələsini gündəlikdən çıxartmır. Onun istənilən möhləti bu problemin sazişli həllinə şans verir.

-İran və Türkiyənin Suriyada dincliyə baxış nöqtəsinin – liderlərin ümumi sözlərinə baxmayaraq – zidd olduğu qabaqlar da yaxşı məlum idi. Lakin Ruhaninin Suriyada kürdlərin hüquqlarının təminatı haqda qəfil sözləri mənim üçün müəyyən qədər gözlənilməz oldu. Bununla bağlı sualım var – bir neçə milyon kürdün yaşadığı və kürd məsələsinin yetərincə kəskin durduğu İranın başçısı həm Tehran, həm də Ankara üçün olduqca ağrılı bu mövzuda niyə danışdı?

-Bəli, Türkiyə kimi İran üçün də kürd problemi kəskindir. Ruhaninin kürdlər haqqında ifadəsi yetərincə ümumi və bu söz altında nəyi nəzərdə tutduğu əsas məsələdir. O, əslində, Suriyada kürd məsələsinin sonradan İranda da təkrarlana biləcək belə həllindən yayınmaq istəyir. Ruhani kürdlərin hüquqları haqda sözün altında elə Əsədin dediklərini də nəzərdə tuta bilər. Yəni onlar Suriyada tamdəyərli vətəndaş olsun və kürd dilinin tanınması kimi nəsə mədəni muxtariyyət kimi bir şey əldə etsinlər. Amma İraqda kürdlər üçün mövcud  biçimdə muxtariyyətdən yaylınmaq istəyərdilər. Ruhaninin kürdlər üzrə bu mövqeyi Ərdoğanın və ola bilsin, Putinin bu məsələyə görə mövqeyi ilə səsləşir.

Amma Moskva özünün Türkiyəyə qarşı fəaliyyətində kürdləri irəli sürdüyü nəzərə alınarsa, Rusiyanın bu məsələ üzrə Türkiyəninkindənsə bir az kürdlərinkinə yaxın öz mövqeyi var.

-Mənə elə gəlir ki, əsas məsələ budur – bəs Soçi danışıqlarından sonra nə olacaq? Aydındır ki, İdlib ətrafındakı durum qeyi-müəyyən vəziyyətdə asılıdır, amma başlıcası – Astana danışıqlar prosesinin tərəflərində son görüşün nəticələri üzrə əsla yaxınlaşmayan tamamilə fərqli mövqelər var. Qaldı ki Türkiyə və İrana, duyum yaranır ki, deyəsən, onlar daha çox aralanıblar…

-Tamamilə həqiqətəbənzər duyumdur. Bundan sonra bu durumun, bax, belə dondurulmuş vəziyyətdə saxlanmasına malik ola bilərik. İdlibə münasibətdə hərbi əməliyyatın işə salınması (Moskva, Tehran və Dəməşq tərəfindən zərurət kimi yozulacaq) imkanı meydana çıxarsa, ondan yararlanmağı gecikdirməyəcəklər. Bu həm İdlibə toplaşmış qruplaşmalara, həm də eyni zamanda Ərdoğana təzyiqdir, çünki bu ekstremist təşkilatların radikalsızlaşdırılması missiyası onun üzərinə qoyulub. Türkiyə lideri bu missiyaya razılaşıb, amma bu, yerinə yetirilirmi? O hələlik müəyyən nəzarət həyata keçirir, amma İdlibdə cihadçı potensial saxlanır. Bu, görünən perspektivdə hansısa mənada Ərdoğana əl verir. O istəsə, bu zonanı təmizləyə bilər, amma aydındır ki, onda belə bir istək yoxdur. Bundan başqa, İdlibdə yerləşmiş islamçıların bəzi qruplaşmaları Səudiyyə Ərəbistanına bağlıdırlar. Əlbəttə, bu, nə İŞİD, nə də keçmiş “Cəbhət ən-Nusra”dır, hansısa başqalarıdır. Və orada səudiyyəlilərlə öz anlaşmaları var, onlar öz dəstələrinə necəsə təsir etməlidirlər. Ümumiyyətlə, durum olduqca qəlizdir, belə ki, İdlibdə hərbi əməliyyata istənilən möhlət güzəşt və müsbət məqamdır.

-Sizə elə gəlmirmi ki, “üçlü” Soçi formatı (bu isə Astana formatıdır) məhz ona görə kiçilir ki, başqa ciddi oyunçuların maraqlarını nəzərə alımır. Axı o, ABŞ, Səudiyyə Ərəbistanı və İsrailsiz keçir…

-Əlbəttə. Astana formatı əvvəlcə ziddiyyətli, amma həmin durumda yeganə mümkün format kimi formalaşıb. Buna görə də ən yaxşı halda onun fundamental tətbiq deyil, ilkin qabaqlama potensialı var. Yəni problemin kökündən həlli deyil, barışıq potensialı, hərbi əməliyyatların alovlanmasını qabaqlamaq var.

Yeri gəlmişkən, BMT baş katibinin Suriya üzrə keçmiş özəl təmsilçsi Staffan de Mistura da öz postundan gedərkən bu haqda danışaraq vurğulayıb ki, Astana formatı özünü tükədib və Suriyada BMT sənədləri bazasında tənzimlənməyə keçmək gərəkdir.

Amma bax, hələlik bu da baş vermir və görünən gələcəkdə buna şanslar böyük deyil. Eyni zamanda qırağa istənilən kəskin addım tərəflərdən hər birinin itirilməsiylə nəticələnər, buna görə də indi hamı durumu dondurulmuş vəziyyətdə saxlamağa üstünlük verir, eyni zamanda həm Tehranda, həm də Moskvada generalların təkid etdiyi hərbi əməliyyatı hazırlayırlar.

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə