XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Mart 2019 - 16:31

Ermənistan türkoloqu:"ƏLİYEV VƏ ƏRDOĞANIN NÖVBƏTİ ANTİERMƏNİ PLANI GERÇƏKLƏŞƏCƏK” – Müsahibə

Siranuş Papyan

lragir.am (Ermənistan), 21.03.2019  

 

Həmsöhbətimiz türkoloq, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Ruben Melkonyandır.

 

-Cənab Melkonyan, Türkiyənin “Gazeteduvar saytı xəbər verir ki, Ərdoğanın Ədalət və İnkişaf Partiyası Türkiyədə bələdiyyə seçkilərində Qars və İqdırda öz namizədlərini irəli sürməyib və Milliyyətçi Hərəkatın namizədlərini dəstəkləyir. Əliyev tələb edib ki,erməniyönlü kürd partiyalarının qələbəsinə yol verməm əkdən yana Ərdoğan Ermənistanla həmsərhəd bölgələri millətçilərin nəzarətinə versin. Bunu necə dəyərləndirirsiniz?

– Burada bir neçə amil var: birincisi, Türkiyədə bələdiyyə seçkiləri və yerli idarəçilik sisteminin özü son dərəcə siyasiləşdirilib. Ərdoğan zaman-zaman kənd ağsaqqallarını yığır və onlarla ciddi geopolitik mövzularda söhbət edir. Bundan savayı, Ərdoğanın özü mer, prefekt və s. olmaqla siyasətə bələdiyyə seçkiləri üzərindən gəlib.

Bundan başqa, Türkiyənin şərqində bələdiyyə seçkilərində erməni komponenti adlandırmaq mümkün olası bir həssas çalar da var. Bu, demək olar, bütün seçkilərdə mərkəzi komponent olub. Məsələn, İqdırda ötən və ondan qabaqkı seçkilərdə kürdyönlü güclər qalib gəlmişdi, bu, respublika səviyyəsində müzakirə edilib və kürdlərin Ermənistan sərhədinə çatdığı təhlükəsizlik məsələsi adlandırılıb, qeyd olunub ki, Ermənistan-Türkiyə sərhədi etibarsız əllərdədir və bu kimi. Yəni burada müəyyən dövlət kompleksləri iştirak edir.

İkinci komponent bundan ibarətdir ki, bu əyalətlərdəki olduqca sıx kürd əhalisi mərkəzi hökuməti narahat edir, orada sistemli şəkildə köç həyata keçirilir, azərbaycanlıların sayı artırılır.  Onlaır müxtəlif yerlərdən köçürürlər və faktiki olaraq Ermənistan-Türkiyə sərhədində Azərbaycann komponenti yetişdirilir ki, bu da həm turistlər arasında, həm də bizi daha bir Azərbaycan zəncirilə çevrələdikləriylə bağlı  müəyyən gərginlik törədir. Artıq indi iddia etmək olar ki, Qarsın meri azərbaycanlıdır və şəhərdə tarixi erməni tikililəri məhv edilir. Çarents evinin dağıdılması da bu kontekstdə baş verib.

Azərbaycanın tələblərinə gəlincə, burada qarşılıqlı əlverişli Türkiyə-Azərbaycan əməkdaşlığından danışmaq olar. Türklər yerli özünü idarəçilik qurumlarındakı kürd güclərinjdən qaynaqlana biləsi təhlükəni, o cümlədən kürd eyniyyəti problemini həll etmək imkanını təcrid edirlər. O biri yandan, azərbaycanlılar heç də etnik çoxluq olmadan bələdiyyə hakimiyyətinə yiyələniblər, deməli, Türkiyənin yaşayış məntəqələri Azərbaycvan piarı üçün platformaya çevrilir. Qars-Gümri dəmiryolunun hətta bağlı Ermənistan-Türkiyə sərhədi durumunda işə salınması indiyədək müzakirə olunurdusa, Qars indi tamamilə azərbaycanlılaırn nəzarətindədir ki, bu da işbirliyi imkanını istisna edir. Bu habelə şəhərin erməni simasının özgələşdirilməsini, Ermənistan sərhədinin yanında təzavüz ocaqlarının varlığını bildirir. Eyni şeyi İqdır haqda da söyləmək olar. Turistlər (Ermənistandan gələnlər nəzərdə tutulur-red.) hətta bəzən orada durmamağa üstünlük verirlər, çünki azərbaycanlılar həm mağazalara, həm otellərə yiyəlik edirlər. Bu da Ermənistanın ətrafındakı Azərbaycan zəncirinin bir həlqəsidir.

Qaldı ki məqaləyə, düşünürəm, onda həqiqət payı var. Ərdoğan və Əliyev arasında hansısa anlaşmanı istisna etmirəm. Radikal Milliyyətçi Hərəkatla bağlı isə iki durumu qeyd edə bilərəm: azərbaycanlılar, təbii, daha çox pantürkçü güclərə meyllənir və yerlərdə bu partiyanın strukturlarına məhz azərbaycanlılar başçılıq edirlər. İkincisi, Ərdoğanın partiyası və Milliyyətçi Hərəkat keçən parlament və prezident seçkilərində blokda çıxış edib. Və onların parlamentdə fraksiyası ümumidir. Ərdoğanın partiyası hansısa şəhərlərdə favoritdir və millətçilərdən dəstək alır, harada isə, əksinə, Ərdoğanın partiyası onları dəstəkləyir.

Faktiki olaraq Türkiyədə islamçı millətçiliklə işimiz var. Bunlar, sadəcə, millətçilər deyil, islamçı millətçilərdir. İstisna etmirəm ki,  Əliyev və Ərdoğanın növbəti antietməni planı bələdiyyə səviyyəsində həyata keçiriləcək. Eyni zamanda bütün bunlara son dərəcə ciddi yanaşmaq gərəkdir, çünki Türkiyədə bələdiyyə seçkiləri yerli özünüidarəçilik qurumlarına seçkilərdən daha geniş mənaya malikdir.

-Cənab Melkonyan, ermənilərin Naxçıvan, Qars və İqdırının (mətndə bu cürdür-red.) Türkiyə və Azərbaycana verilməsi üzrə Rusiya-Türkiyə müqaviləsinin imzalanmasının 98 ili martın 16-da tamam olub. Bu müqavilələrə yenidən baxılması imkanı görürsünüz?

-Burada iki fikir ola biloər: polemika aparılmasına dəyən belə bir stereotip var. Söhbət 1921-ci il Moskva və Qars müqavilələri haqdadır – bu müqavilələri türk ordusu Gümrinin ələ keçirəndən və Ermənistana 10 min kv.km ölçülüb ayrılmış Aleksandropol müqaviləsi imzalandıqdan sonra əldə etmişik. Bundan sonra Moskva müqaviləsi bağlanıb və Ermənistanın ətrazisi buina əsasən artıq 30 min kv.km təşkil edib. Bu müqavilələrlə nə əldə etdiyimizi və itirdiyimizi tutuşdurmaq gərəkdir. İkincisi, bu müqavilələr legitim deyil və hüquqi mənada heç bir tənqidə tab gətirmir. Təbii, bu müqavilələrin altında Ermənistanın imzası yoxdursa, bu onun maraq və iradəsini əks etdirmir. Bu müqavilələr təkcə Ermənistan-Türkiyə sərhədini deyil, həm də Ermənistanın başqa əyalətlərionin – Naxçıvan, Qarabağ və başqalarının (mətndə bu cürdür-red.) Türkiyəyönlü taleyini müəyyən edib.

Müqaviləyə yenidən baxılması isə sadə iş deyil, özəlliklə də əvəzində nəyin təklif edildiyini müzakirə etmək gərəkdir. Stereotiplərdən geri çəkilmək vəı ciddi müzakirələrə girişmək lazımdır. Bəlıi, bu müqavilələr ərazi itkisinə gətirib, amma nəzərə almaq gərəkdir ki, Ermənistan bunlardan bir-iki ay qabaq necə idi. Məgər Moskva müqaviləsindən üç dəfə pis olan Aleksandropol müqaviləsini biz imzalamamışıq? Tarixin duyğusal analizindən daha rasionallığa keçmək lazımdır.

-Düşünürsünüz ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması və sərhədlərin açılması üçün imkanlar azalır?

-Düşünmürəm ki, bu məsələləri indi müzakirə etmək praktikdir, çünki durum, türkiyənin mövqeyi, habelə geopolitik inkişaf Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasına ümid aşılamır. Əksinə, bütün mövqelər üzrə pisiləşmə görürük. Türkiyənin Ermənistana münasibətdə gündən-günə sərtləşən siyasətini müzakirə etmək daha düzgün olardı.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə