XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2019 - 16:20

Erməni politoloq:“MOSKVA DAĞILMA SSENARİSİ HAZIRLAYIR, BİRİNCİ ERMƏNİSTANDAN İMTİNA EDƏCƏK” – Müsahibə

Siranuş Papyan

lragir.am (Ermənistan), 02.04.2019  

 

Həmsöhbətimiz Ermənistan MM-nin keçmiş deputatı, keçmiş siyasi məhbus Azat Arşakyandır.

 

– Cənab Arşakyan, son zamanlar Rusiya telekanallarında antierməni ifadələri və verilişlərilə daha tez-tez rastlaşmaq olur. Rusiya analitiki Kolerov (REGNUM İA-nın baş redaktoru-tərc.) bildirib ki, Ermənistanın KTMT-dəki nüfuzu yaxşılaşmayıb, Nikol Paşinyanın bildirdiyi kimi, əksinə, Ermənistan qalmaqallı ölkə kimi qavranmağa başlayıb. Sizcə, bu, nə ilə şərtlənir?

– Rusiya elitası artıq bilir ki, Sovet İttifaqı bərpa olunmayacaq. Onlar indi AİB, MDB, KTMT, Gömrük Birliyinin dağılması ssenarisini işləyirlər. Və dağılma başlananda, Ermənistan deyəcək ki, özünü hansısa cəfəng ideyaların adına qurban verməyə hazır deyil. Onlar isə artıq dağılmaya hazırlıq görürlər və kimdən başlayacaqlarını düşünürlər. Ermənistandan inciklik rəvan dağılma üzrə layihənin bir hissəsidir. Rusiya itirməyə başlayarsa, onda birinci növbədə Ermənistandan imtina edəcək.

Mən nikbin adamam və düşünürəm ki, Ermənistanı kobudcasına bayıra atmayacaq, sakitcə çəkiləcəklər. Onlar indi öz vətəndaşlarını buna hazırlayırlar. Bu verilişlər, solovyovlar, kolerovlar, özlərini rusiyalı adlandıran, amma armyaşka (ruscada ermənilərə qoyulan cırnadıcı, lağlağı ad-tərc.) kimi qalan kurqinyanlar, miqranyanlar vətəndaşları hazırlamaqla məşğuldurlar. Onlar düşünürlər ki, biz koruq və bu verilişlərə baxmırıq. Obrazlı desək, bizə xəbərdarlıq edirlər ki, madam daha onlara inanmırıq, onda özləri çıxıb gedərlər. Hələlik onlarda qaba, bayağı boşanma, qısqanc ər ssenarisi işə düşüb.

Siyasi elita imtina edib, buna görə də bizə heç nə yatırmır, operativ iqtisadi fəaliyyət göstərmir, birgə müəssisələr, kooperasiyalar  yaratmırlar. Bizim “Mars” zavodu rusların kosmik proqramına işləmir, onlara ehtiyat hissələr tədarük etmirik. Yəni iqtisadi boşanma artıq baş verib. Rusiyadan Ermənistana kisə-kisə pul gətirib paylamağı kooperasiya adlandırmaq olmaz. Belə ki, buldozerlərin gizli işi artıq göz qabağındadır. İndi onların bizi necə tərk etməyə hazırlaşdıqlarını görürük. Təbliğat vətəndaşları artıq buna hazırlayır ki, Ermənistan pisdir, bizim deyil. Necə deyərlər, tülkünün ağzı üzümə çatmayanda deyir ki, kaldır… Ermənistana indi imtina edilməsi gərəkən turş üzüm kimi baxırlar.

Kolerovun bəyanatına gəlincə, düşünürəm, onlar Ermənistanın itirilməsini öz vətəndaşları üçün yumşaltmaq istəyirlər. Bu, imperiya, şovinist ənənəli ölkə üçün asan deyil, çünki KTMT-dəki qalmaqallar, NATO ilə əməkdaşlıq və ya iqtisadi alternativ axtarışları, AB ilə saziş – onların fikrincə, bütün bunlar qalmaqaldır. Müstəqilliyə can atmaq da qalmaqaldır. Əslində, bütün bunları telefonda danışmaq olar, amma onlar qalmaqala çevirirlər. 150 il birgə yaşayışdan sonra boşanmanı daha mədəni şəkildə təşkil etmək mümkündür.

Paşinyan və Putin telefonda danışıblar, Kreml bundan sonra söhbətin öz versiyasını verib – buna əsasən, Paşinyan Qarabağ tənzimləməsində səylərə görə Rusiyaya təşəkkür edib, Moskva isə tənzimləməni bundan sonra da dəstəkləmək niyyətinə inandırıb. İnformasiyaların müxtəlif cür oxunması nə ilə şərtlənir?

– Söhbət qiymətləndirmə və həqiqətdən, alternativ həqiqətdən, iki həqiqətdən gedir. Bir qiymət şovinistcəsinədir: vassal xaricdən dönüb və nəticələr haqda məruzə edir. Guya, danışdıq, tapşırığınızı yerinə yetirdim, sizə qarşı heç nə yoxdur, sizə qarşı sui-qəsddə iştirak etməmişəm. Onlar faktiki olaraq vassalın səfəri haqda məlumat verirlər. Bizim həqiqətimiz isə bundan ibarətdir ki, dövlət başçısı Rusiya təmsilçisinin də qatıldığı çətin danışıqlara gedib. Baş nazirimiz görüşdən sonra həmsədr ölkə ilə üfüqi münasibətlər haqda bildirib. Yəni biz üfüqi, Rusiya isə şaquli münasibətlərdən danışır.  Baş nazirimiz qonşu dövlətin başçısıyla iki ölkəyə aid məsələləri müzakirə edir, Kreml isə elə təqdim edir ki, guya, tabe adam rəisə raport vermək üçün zəng edib. Fərq də bundadır – Ermənistan Rusiyanı müttəfiq, tərəfdaş sayır, onlar isə bizi vassal sayırlar.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə