XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 11:17

Tehran mühafizəkarları “Salman Rüşdi kartı”ilə islahatçıları şantaj edir –Müsahibə

salman rusdi

 

İran informasiya agentliyi “Şeytan ayələri”nin müəllifi Salman Rüşdiyə münasibətdə hələ 1989-cu ildə səsləndirilmiş fitvanı icra edənin  mükafatına 600 min dollar əlavə etmək qərarına gəlmiş 40 yerli KİV-in siyahısını dərc edib.

 

Tanınmış vəkil və publisist, Yaxın Şərq üzrə ekspert Ərdəvan Əmir-Aslaninin bunun səbəbləri haqda Atlantico-nun sualına cavablarını Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Bütün bunun arxasında nə durur? Bu 40 KİV-in arxasında kim gizlənir?

 

– İslahatçı prezident Ruhaninin İranın dünyaya açıqlığına can atdığına görə heç də hamı sevinmir. İranın beynəlxalq cəmiyyətindən 37 illik təcridi zamanı bundan səmərə götürən müəyyən çevrələr yaranıb. Onlar çox vaxt olduqca böyük aktivləri əllərində saxlayır və qorxurlar ki, sanksiyların götürülməsi nəticəsində İranın açıqlığı onların iqtisadiyyatdakı monopoliyasına son qoya bilər. Yada salım ki, İran iqtisadiyyatının 80%-ə birbaşa və yaxud dolayısı ilə dövlət və ya dövlətyanlı qurumlar tərəfindən nəzarət olunur. Xarici mütəxssisələrin gəlişi ilə bağlı rəqabətin artması, şübhəsiz ki, bu tərtibi dəyişdirəcək. Deməli, heç kimə sirr deyil ki, bu təşəbbüsün arxasında nüvə proqramı üzrə iyul sazişini tənqid edənlər və fevralın 26-da islahatçı namizədlərin böyük çoxluğuna parlament seçkilərinə qatılmağa imkan verməyənlər durur. Söhbət mühafizəkar iqtisadi və siyasi  çevrələrdən gedir.

 

– Salman Rüşdiyə qarşı fitva 25 ildən xeyli öncə qəbul edilib. Ocağa indi benzin tökmək nəyə lazım?

 

– Artıq xatırladılan ultramühafizəkar çevrələr hökuməti naqolay duruma salmaqdan ötrü istənilən imkandan istifadə edirlər. Məsələn, onlar saziş qüvvəyə minən günün sabahısı Fars körfəzində İranın ərazi sularında Amerika dənziçilərini həbs etdilər. İran xarici işlər nazirinin Londona səfəri zamanı BBC-nin keçmiş jurnalistinin həbsini təşkil etdilər və bir həftədən sonra buraxdılar. Yəni bu cür davranışda yeni heç nə yoxdur. Vaxt da əsla təsadüfən seçilmir. Otuz il əvvəlki şeytanları oyatmağa indiki cəhdlər bütün dünyanın gözünün İrandakı parlament seçkilərinə cəlb edildiyi bir anda hökumət üçün çətinliklər yaratmağa hesablanıb.

 

– Bu, İranın qalan dünya ilə normallaşmağa başlayan münasibətlərinə necə təsir edə bilər? Bu, İran ictimai rəyində necə əks olundu?

 

– İranın beynəlxalq tərəfdaşları və yerli ictimaiyyət bu cür teatral əməllərə artıq çoxdan alışıb. Kimsəni aldatmaq baş tutmayacaq. Beynəlxalq tərəfdaşlar bilirlər ki, İranda hakimiyyət uğrunda mübarizə gedir və mühafizəkarlar İranın beynəlxalq cəmiyyətə inteqrasiyasını önləmək üçün hər şey edəcəklər.

 

– İran cəmiyyətinin mötədil cərəyanları radikalların qurduğu tələdən necə çıxmalıdır?

 

– Adətən, islahatçılar hökuməti və ictmai rəy sadəcə susur və oda benzin tökməməyə çalışır. Onlar başa düşürlər ki, KİV-də əks-hücum yalnız durumu kəskinləşdirəcək və bu mövzu dünya qəzetlərinin baş məqalələrində hələ uzun müddət qalacaq. Onlar polemikaya qarşı sükutu qoyurlar. Seçkilərdən sonra hər şey səngiyəcək.

 

Atlantico (Fransa), 28.02.2016




Yuxarı Əvvələ Ana Səhifə