XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 May 2019 - 10:39

Ermənistan siyasətçisi Paşinyanı suçladı:“O, RUSİYALI QULDARLARINA YARINMAQ İSTƏYİR” – Müsahibə

Mariam Qriqoryan

ru.1-in.am (Ermənistan), 30.04.2019

 

1-in.am-ın həmsöhbəti Müqəddəratı Təyinetmə Birliyinin lideri Paruyr Ayrikyandır.

 

– Cənab Ayrikyan, Ermənistanda baş verən inqilabdan bir il ötəndən sonra indiki duruma nisbətdə hansı müşahidələriniz var? Ölkədə duyulası dəyişikliklər müşahidə olunurmu?

– Duyulacaq dəyişikliklərin baş vermədiyini hesab edən adamlarla həmfikirəm. Xarici və daxili siyasətdə inqilabla yanaşı getməli olan ən önəmli məsələlər baş vermədi. Onların tənqid etdikləri Konstitusiya, Seçki Məcəlləsi dəyişilməyib, özlərinin bildirdikləri kimi, “mafiya” üzvü, prezident Armen Sərkisyan vəzifə tutmağı davam etdirir. Bizim Rusiyadan birtərəfli asılılığımız əsla azalmayıb, yəni radikal dəyişiklik sayacağım nəsə yoxdur. Yeganə şey budur ki, insanların şüuru artıb ki, onların dəyişiklik etmək imkanı var, amma bu, az-maz demokratiyanın olduğu hər bir ölkədə təbii duyğudur. Beləliklə, dəyişikliklərin kosmetik xarakter daşıdığını deyən adamlarla razıyam.

– Siz demokratiyanın qurulmasının ən böyük tərəfdarısınız, hesab edirsiniz ki, bu yöndə də addımlar atılmayıb, demokratiyanın səviyyəsi qalxmayıbmı?

– Qeyd edim ki, bu gün keçmiş hakimiyyət müxalifət statusunda olduğundan onların ifadə olunmaq imkanları daha da çoxalıb, müxalifətin qabaqkı məhdudiyyətləri yoxdur. Amma demokratiya baxımından heç nə edilməyib. Millət üçün ən qanqaraldan şey təklif edilən formuldur, hamı bilir ki, Konstitusiya alternativ təhriflə qəbul edilib və hökumət bilir ki, bu, cinayətdir, amma onlar bu ağır cinayətə xitab etmək istəmirlər, amma biz Prokurorluğa və MTX-ə də müraciət etmişik, demişik ki, Qagik Arutyunyan və dostları bunu bilərəkdən gizlədiblər, qeyd etmişik ki, hətta bununla bağlı videofilm var, amma hər hansı reaksiya yoxdur.

Demokratiya ölkənin bütün vətəndaşları tərəfindən idarəçiliyi bildirir, vətəndaşların çox hissəsi isə ölkədən qıraqda yaşayır və hüquqları tamamilə tapdalanıb. Onlara ölkəni yönəltməyə qatılmaq yasaqlanıb, demokratiya sahəsində heç nə edilməyib və bu, son dərəcə biabırçıdır. Kütbeyin inadıyla söylməkdədirlər ki, hər şey yaxşıdır, deməli, ən önəmli məsələdə iflasa yol veririk. Avropanın bəzi ölkələri inqilabçıları ciddi qəbul etməsə də, onda, məsələn, ABŞ tərəfdən hətta nifrətə də layiq bilinmirlər, orada onlara heç fikir də vermirlər.

– Baş nazir bu günlərdə öz müsahibəsində qeyd edib ki, indiki hökumət qədər heç kim  ABŞ-ı tənqid etməyib. Bu açıqlama nədən danışır?

– O bununla rusiyalı quldarlarına yarınmaq istəyir, çünki heç bir normal adam belə şey deməzdi. Terrorçuların qabağında öyünəndə Talibana yarınırsan? Bu, xəstə bəyanatdır. Ermənidə balanslaşmış yanaşma olmalıdır. Amma russevərliyi xarici siyasət yönü kimi yaraqlanmağa götürən adamdan başqa şey gözləmək mümkün deyil. О deyir ki, biz balanslı siyasət aparırıq, amma bu onun yalan bəyanatlarından biridir. Sən AİB-in üzvüsənsə, balanslı siyasəti necə apara bilərsən?

– Yəni hesab edirsiniz ki, Ermənistan-Rusiya münasibətlərinin xarakteri də dəyişilməyib?

– Suverenlikdən və Ermənistanyönlülükdən danışırsansa, normal müstəviyə keçmək gərəkdir, bunu işlə sübut etmək gərəkdir. Baş nazir səviyyəsində çıxış edirsən və sadəcə, bu jarqonlu çıxışı sonadək dinləyə bilmirsən. Sadəcə, iyrəncdir. Ümumi orfoqrafiyanı bərpa etmək, qrabarı (qədim erməni dili-tərc.) məktəblərdə öyrətmək təklifi olub – yayğın cavablar alıblar, belə ki, onlar erməni olmaqdan çox uzaqdırlar.

Tərcümə Strateq.az-ındır.