“Amerikanın milli təhlükəsizliyinə yol yenə də Kremldən keçir”
I hissə
Stiven Koen Amerika KIV və siyasətçilərinin gizlətdiyi həqiqət haqqında. Amerika millətçiliyi barədə miflər alt-üst olur – məşhur alimlə müsahibəmizdən belə qənaətə gəlmək olar. Stiven Koenin son illərdəki peşəkar fəaliyyəti sayəsində hansısa bir dərs varsa, onda bizim böyük ölkənin xaricdəki fəaliyyətinin davamı üçün təhlükə barədə tərəfsiz şərhdən söhbət açmaq olar.
Koenin Ukrayna böhranı, həmçinin Amerika-Rusiya münasibətlərinin növbəti iflası barədə “Nation”da dərc edilmiş saysız məqalələri bu gün onu mühasirəvari durumda olmağa məcbur edir. O deyir ki, “Mənim probleməlrim o faktdan başlanır ki, heç bir “izm”də və ya ideologiyada şəxsi marağım yoxdur”.
“Salon”: Putinə viranə bir ölkə miras qalmışdı, sonra isə, onun deyəcəyi kimi, “fəlakət” baş verdi.
Stiven Koen: Putin Rusiyanın lideri kimi illər keçdikcə dəyişilir – xüsusən xarici siyasət məsələlərində və daxili işlərə dəxli olan mətləblərdə. Onun ilk qeyri-iradi hərəkəti azad bazar ruhunda və mütərəqqi vergilərə qarşı xeyli sayda islahat keçirmək oldu. O, 13%-lik səthi vergi təyin etdi – Stiv Forbs bundan vəcdə gələrdi, elə deyilmi? Putin kiçik Corc Buşa Klintonun Yeltsinə təklif edə bilməyəcəyini, yəni tamdəyərli tərəfdaşlıq təklif etdi. O nə etdi? 2001-ci il sentyabrın 11-də Buşa zəng etdi və dedi: “Nə etmək istəsəniz, biz sizinləyik”. Buş cavab verir: “Mənə elə gəlir ki, Əfqanıstanda müharibə başlamağa məcbur olacağıq”. Və Putin ona deyir: “Mən sizə kömək edə bilərəm. Bizim Əfqanıstanda böyük resurslarımız və imkanlarmız var. Mənim orada hətta “Şimal alyansı” adlı ordum da var. Mən onu sizə verərəm. Uçuş hüququ əldə etmək istəyirsiniz? Hesab edin ki, artıq buna maliksiniz!”
Əfqanıstandakı quru müharibəsi zamanı Putin nə qədər amerikalının həyatını xilas etdi? Bəs siz bilirsinizmi, o buna görə Rusiyada hansı siyasi bədəl ödəməli oldu? çünki onun təhlükəsizlik məsələləri ilə məşğul olan bütün adamları zidd qırıma köklənmişdi.
-Onlar əleyhinə idilər? Lütfən, açıqlayın.
-Əlbəttə, əleyhinə idilər. Hesab edirsiniz ki, onlar Amerikanı diz üstə görmək istəməzlər? Onlara o qədər tez-tez hücum edirdilər! Qoy Amerika da bilsin ki, bu nə olan şeydir! Lakin Putin güman edirdi ki, Yeltsinin edə bilmədiyinə nail olub və Rusiya dövlətinə xeyir gətirəcək. Onun Amerika ilə əsil strateji tərəfdaşlığı var idi. Onu da yada salın ki, o zaman radikal islam problemi ilə məşğul idi, çünki Rusiyada, təxminən, 20 milyon müsəlman vətəndaş var. Rusiya həm Şərqdə, həm də Qərbdə yerləşir; o, cəbhə xəttində bərqərar olub. Bəs Buş əvəzində nə cavab verdi? NATO-nu yenidən genişləndirdi və Birləşmiş Ştatları birtərəfli qaydada Rusiyanın nüvə təhlükəsizliyinin əsası olan raket əleyhinə Müqavilədən çıxardı. Bu, əsil satqınlıq idi. Sizin ölkənin vətəndaşlarını xilas etmiş adama beləmi cavab vermək lazımdır? “Satqın” kəlməsi məhz burada diskursa daxil olur.
-Bu, Putin üçün önəmli kəlmədir.
-Həm də təkcə Putin üçün yox. (Dmitri) Medvedyev də prezident olanda (2008) onu işlətdi: “Amerika öz sözünün üstündə durmadı, bizi aldatdı və biz daha Amerikanın sözlərinə inanmırıq”. Hər şeydən əvvəl, lənət şeytana, onlar bunu etməməliydilər, lakin Qorbaçov da NATO-nun genişlənməyəcəyi haqda yazılı şəkildə vəd almalıydı. Biz bunu istənilən halda edəcəkdik və onlarda, ən azı münasib arqument olacaqdı. Amerika prezidentlərinin xeyirxah olduğuna inanan rusların bu sadəlövh inamı ondan xəbər verir ki, rusların müəyyən istiqamətdə sürətləndirilmiş kurs həyata keçirtməyə ehtiyacları var.
Bu, Putin üçün, həmçinin Rsiyanın bütün siyasi zümrəsi üçün satqınlıq idi və Putin öz bədəlini ödədi. Rusiya intellektuallarının sağ təmsilçilərinin ona necə “qərbi dilə tutan” dediyini eşitmişəm. Yumşaq sözdür. Bu cür sözləri bu gün də eşitmək mümkündür. Mariupol? Odessa? Onları bir il əvvəl tutmağımız lazım deyildimi? O şəhərlər bizə məxsusdur. O nə haqda fikirləşir? O bu məsələni niyə müzakirə edir? Beləliklə, Putin öz kursunu müəyyən edir, sonra isə onun 2007-ci ildə Münhendə etdiyi məşhur çıxış gəlir – həm də Makkeyn zalda ilk cərgələrdə əyləşmişdi. Putin deyir: “Qulaq asın, biz sizin tərəfdaşınız olmaq istəyirik. Qorbaçovun hakimiyyətə gəldiyi vaxtdan məhz bunu etmək istəyirik. Biz vahid Avropa evi ideyasına inanırıq. Lakin hər dəfə sizə müraciət edəndə, ya sizinlə danışıq aparanda, ya sizinlə razılaşmamız olduğunu güman edəndə özünüzü hegemon kimi aparırsınız. Kimsə sizin tərəfinizdə olmaq istəyirsə, məhz sizin dediklərinzi etməlidir”.
Putin ora gəlmişdi ki, desin: “Postsovet Rusiyasına nisbətdə öz pis davranışınızla yeni soyuq müharibənin başlanması riskinə gedirsiniz”. Con Makkeyn bu sözləri yeni “soyuq müharibə”nin elan edilməsi kimi şərh edir. Lakin Putinin iblisləşdirilməsi daha əvvəl – hələ onun Münhen çıxışına qədər Amerika oliqarxlarının dəstəklədiyi şəxslərə məxsus olan neft şirkətlərini ölkədən sıxşdırıb çıxardanda başlanmışdı. Mən qəsdən izlədim: İri neft hasilatçısı olan heç bir ölkə öz ərazisində xarici neft şirkətlərinin majoritar sahibkar olmasına imkan vermir. Yəni Amerika KİV-lərində Vaşinqtonun tərəfdaşı olmağa can atan Putinin demokratdan, Hillari Klintonun dediyi kimi, bu günki Hitlerə çevrilməsi uzun söhbətdir. Bütün bunların, bu “Putin xofu”nun hansı xəstəliyə çevrildiyini görürsünüz.
-“Russia today” telekanalı bu yaxınlarda sənədli film göstərdi. Filmdə Putin Krımda etdiyinin səbəbini və bu qərarı necə qəbul etdiyini açıqlayır. Mat qalırsan: bu cür fikir amerikalıların dəstəklədiyi dövlət çevrilişi nəticəsində Yanukoviçin devrildiyi gecə meydana çıxıb. Putinin Krımın ilhaqına gəririb çıxaran fikirlərini təhlil edə bilərsinizmi?
-Mənim fikrimcə, Putin bəzi yanlış hərəkətlər etdi. Bu gün Krım haqda daha çox şey bilirik, lakin hətta onun sözlərindən də aydın olur ki, bu barədə mübahisələr olub. Hər şey onun dediyi kimi birmənalı deyil. İki tərəfin iştirakı ilə mübahisə baş verib. Bir qanadın təmsilçiləri deyiblər: “Krımı bu gün götürmək lazımdır, əks halda sonradan orada NATO ilə vuruşmaq lazım gələcək”. Başqa qanadın təmsilçiləri deyirdilər: “Qoy orada referendum keçirilsin və adamların 80 %-dən çoxu Rusiyaya birləşməyə səs verəcək. Biz özümüz hərəkət etməməliyik, onlar sadəcə sorğu keçirsinlər, biz isə bu barədə nə düşündüyümüzü deyərik. Hələlik isə görək Kiyevdə nə baş verir”. Kreml Krımda sorğu keçirtdi. Həm də bu, Putin üçün ən yaxşı arqument oldu. O, Rusiyanın tərkibinə can atan Krımı əldə etdi və Vaşinqtona deyə bilər: “Siz istərdiniz ki, Krım Ukraynanın tərkibində qalsın? Lakin, budur, mən əvəzini əldə etmək istəyirəm: NATO üzvlüyünə əbədi qadağa və Ukrayna konstitusiyasının federalla
şdırılması. çünki krımlı soydaşlarıma nəsə təklif etməliyəm”.
Lakin Krımın Putin üçün həmişəlik ən mühüm əsas dəlil kimi qalacağını deyənlər uduzdu. Qarşı tərəf qalib gəldi. Bunu Putinin xidməti kimi qələmə vermək olar, lakin əslində, hər şey bir qədər başqa cür baş verib. Onların hamısı Kiyevdən, Krımdan və Donbasdan gələn kəşfiyyat məlumatından asılı idi. Filmə baxışdan sonra aydın olur ki, həlledici məqam Yanukoviçin devrilməsi olub. Unutmaq lazım deyil ki, Avropanın xarici işlər nazirləri (Polşa, Almaniya və Fransa) saziş bağlananda vasitəçi qismində çıxış edirdilər və bildirdilər ki, Yanukoviç koalisiya hökuməti yaradacaq və dekabra qədər hakimiyyətdə qalacaq. Lakin bütün bunlar küçədə rədd edildi. Azman Kliçkonun Maydanın səhnəsində durub danışıqlardakı qələbə haqda ikimetrlik boyu səviyyəsində necə xəbər verdiyini heç vaxt unutmaram. Hansısa balacaboy bir adam mikrofonu bir kənara dartdı və dedi: “Rədd ol cəhənnəmə! Bu kağız sabah küçədə yandırılacaq”. Növbəti gün hər şey belə də oldu. Boks üzrə dünya çempionu həmin axşam ölümcül qorxu içində olarkən onun necə göründüyünü seyr etmək olardı. Bu, dönüş nöqtəsi idi və “hər şey Putinə görə” baş verdi. Lakin hər şey onun üçün Putinə görə baş verdi ki, təhlil zamanı iblisləşdirmə onu mərkəzi nöqtəyə çevirdi.
-Bəs Ukrayna məsələsini həll etmək üçün burada biz nə edirik? Siz atəşkəs haqda fevralda imzalanmış sazişdən, “Minsk-2″dən danışarkən “sonuncu ən yaxşı ümid” kəlmələrini işlətdiniz. Bu mənə xoş gəlmir. ümid – comərdlikdir, lakin həm də olduqca qəddar ola bilər.
-Nəsibi sağlam ağıl və xeyirxah iradə olan istənilən adam bilir ki, bu cür qərar Birləşmiş Krallıqda işlənib hazırlanmış müəyyən tip yerli özünüidarə sahəsindəndir və bu cür məsələlər Kiyevi bu qədər dilxor edirsə, bunu federativ Ukrayna adlandırmaq lazım deyil. Bütün bölgələrin qubernatorları Konstitusiyaya uyğun olaraq Kiyev tərəfindən təyin olunur. Lakin indi bu artıq hətta Mərkəzi və Qərbi Ukraynada da mümkün deyil. Ukrayna parçalanır.
-Bu məqamda digər tərəfdən yanaşmaq və soruşmaq istərdim: Amerikanın strateji hədəflərini necə qiymətləndirirsiniz? Bunu “Səlib yürüşünün iflası” əsərindəki təhlilinizin kontekstində soruşuram, Rusiyanın azad bazar üçün cənnətə çevrilməli olacağından bəhs etdiyiniz “tranzitologiya” çərçivəsində soruşuram. Kitabınızdan aydın olur ki, nəticədə millətin aktivlərinin böyük hissəsini əllərinə keçirmiş fırıldaqçıların ucalması və müdafiəsi müşahidə olunur. Bu gün Rusiyada “dəyişikliklər” haqda tez-tez eşitmirik. İndi Vaşinqtonun iddiaları hansılardır?
-Mən hesab edirəm ki, Ukrayna böhranı Amerikanın milli təhlükəsizliyi üçün ən böyük zərbədir. Hətta uzunmüddətli nəticələri ilə İraq müharibəsindən də. Və burada səbəb çox sadədir: Amerikanın milli təhlükəsizliyinə yol yenə də Kremldən keçir. Kremlin istənilən rəhbəri ilə tam qarşılıqlı şəkildə həll etməli olmayacağımız heç bir bölgəsəl və ya bununla bağlı milli təhlükəsizlik problemimiz yoxdur. Və nöqtə! Burada əlavə ediləsi heç nə yoxdur. öz variantınızı deyin: Yaxın Şərqdən danışırıq, Əfqanıstandan, energetikadan, iqlimdən, nüvə silahının yayılmamasından, terrorizmdən, Bostondakı terrorçu iki qardaşdan danışırıq.
Baxın: mən o milli təklükəsizliyi nəzərdə tuturam ki, məni narahat edir, övladlarımın, nəvələrimin və mənim özümün təhlükəsizliyimi təmin edir və bütün bunlar soyuq müharibədən daha da təhlükləi olan dövrdə baş verir. çünki hazırda qeyri-dövlət strukturları, nəzarətsiz nüvə texnologiyaları və materialları çoxalıb… Təhlükəsizlik yalnız qismən ola bilər. Lakin bu cüzi təhlükəsizlik tammiqyaslı Amerika-Rusiya əməkdaşlığından asılıdır – və nöqtə! Məhz bu anda Amerikanın milli təhlükəsizlik hədəfləri üçün Ukraynada Rusiyanı itiririk və hətta əgər sabah fəaliyyətimizi dayandırsaq, Rusiya artıq indi heç vaxt dayandırmayacaq – ən azı, bütöv bir nəslin ömrü müddətində təhlükəsizlik məsələsi üzrə Vaşinqtonla əməkdaşlıq etmək istəməyəcək. Buna görə də Amerika siyasətinin memarları Rusiya və Ukraynaya nisbətdə Amerikanın milli təhlükəsizliyini bərbad günə qoyurlar. Bax, söhbət bundan gedir və Putin xofundan əzab çəkməyən istənilən ağıllı adam bunu aydınca görə bilər.
Patrik Smit
“Salon” (ABŞ), 04. 05. 2015