XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 06:54

Fransa nəşri: [color=red]İŞİD döyüşçülərin maaşlarını azaltmağa məcbur olub[/color] – Müsahibə

CNN-in əlinə keçmiş İŞİD sənədlərinə inanılsa, hərbi xərclər təşkilatı döyüşçülərin maaşını ikiqat azaltmağa məcbur edib.

Bu isə, onların döyüş ruhuna ciddi təsir edə bilər. Tanınmış geopolitoloq, Metsa Universitetində Beynəlxalq Münasibətlər üzrə müəllim və France Soir qəzetinin keçmiş əməkdaşı Aleksandr del Vaal və Fransa kəşfiyyatının keçmiş yüksəkvəzifəli zabiti, Fransa kəşfiyyat araşdırmaları Mərkəzi direktorunun müavini, İslam terrorizmi və mütəşəkkil cinayətkarlıq üzrə ekspert Alen Rodyenin bu mövzuda Atlantico nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.   

Atlantico: CNN-in məlumatına görə, İŞİD öz döyüşçülərinin maaşını iki dəfə azaltmağa məcbur olub. Bu hadisə nə ilə bağlıdır? Bu, təşkilatın durumu haqda nə deyir?

Aleksandr del Vaal: Şübhə yoxdur ki, Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi İŞİD-in maliyyəsinə ciddi şəkildə  təsir etdi. Bu xüsusən də Qərbin dəstəyi ilə neftli yük maşınlarına və neft emal edən obyektlərə endirilən zərbələrə aiddir. İŞİD bir sıra yataqlara nəzarəti itirib və strateji zonalarda mövqeləri əldən verir. Bu da onun gəlirinin azalmasını bildirir. Biz hesab edirik ki, bir sıra hallarda maaşların ödənilməsi dayandırılıb, ya da xeyli şəkildə azaldılıb. İŞİD buna paralel olaraq vergiləri yüksəldib. Fəallara və döyüşçülərə az maaş verilir, qadınlara müavinət azaldılıb, iş adamları və əhalini vergilərlə boğurlar. Bəzən sakinlərin hətta içməli suyu da olmur! Həyat şəraitləri kəskin şəkildə pisləşib. Daha inamlıların döyüş ruhu düşür. Bu tendensiyanı bütün kəşfiyyat xidmətləri qeyd edir.

Alen Rodye: “Dövlət qulluqçuları”nın (o cümlədən döyüşçülərin də) məvacibinin iki dəfə azaldılması haqda məlumat əldə edilib. Bu onsuz da məlum faktı əks etdirir: İŞİD-in ehtiyatları koalisiyanın zərbələri üzündən hiss olunacaq dərəcədə ixtisara düşüb. Təəssüf ki, amerikalılar neft konvoylarına və neft bölgüsü mərkəzlərinə yalnız rusiyalılar bunu edəndən sonra zərbə endirməyə başladılar. Onlar hamıya nümunə göstərdilər və Türkiyə hökumətinin ikibaşlı oyununa işıq saldılar. Türkiyə yeganə ölkədir ki, sərhədlərinin bir hissəsi İŞİD-in nəzarət etdiyi ərazilərlə təmasdadır. Vaşinton isə bundan narazıdır ki, türk hökuməti bu zonaya yetərincə sərt şəkildə nəzarət etmir. Bütünlükdə qaçaqmalçılığın digər sahələri də ona və potensial alıcılara diqqət üzündən tənəzzülə gedir. Hər necə olsa da, vasitəçi və son alıcı tapmaq üçün hələ qarşıda çox işlər durur. İŞİD-in özü heç nədən qorxmur, lakin bunu onun müştəriləri, xüsusən də antik əşya alıcıları haqda demək olmaz. Nəhayət, İŞİD İraq və Suriyada əraziləri əldən verir və nəticədə az adamı nəzarətdə saxlayır. Madam “vergi ödəyənlər” azalır, bu, mədaxildə də əksini tapır. Maliyyə institutlarının tutulması nəticəsində –  birinci növbədə İraqda – ələ keçirilmiş böyük məbləğlərə gəlincə, bu ehtiyatlar tədricən tükənir. Qurumun fəaliyyəti ucuz başa gəlmir. Buna görə də “şura” (hökumət rolunu oynayan sovet) məcburi iqtisadi tədbilər görür.

– Maaşların azalması İŞİD sıralarından fərarilik törədə bilərmi? Yeni gələnlərn sayı azalacaqmı? İŞİD-ə muzdlular təşkilatı kimi yanaşmaq olarmı?

Aleksandr del Vaal: İŞİD Suriyada xeyli, İraqda isə az dərəcədə muzdlu təşkilatı təmsil edir. Ehtimal ki, buna görə də mövqeləri əldən verəcək. Radikal islamçılıq istənilən halda məhv olmasa da, boşalan yeri digər qurumlar tutacaq. İŞİD Suriya və İraqda itkilər verir ki, bu da sözsüz, onun Quzey Afrikadakı, məsələn, Tunis və Liviyadaklı özəklərinin işinə yarayacaq. Həmçinin Yəmən və Səudiyyə Ərəbistanını qeyd etməyinə dəyər: İŞİD orada mövqelərini möhkəmləndirir, lakin “Əl-Qaidə” yenə də üstün vəziyyətdədir. Bütün bu qrupların təmas nöqtəsi ideoloji səciyyə daşıyır: söhbət totalitar hərəkata qatılmaqdan gedir. Məsələnin muzd tərəfi ancaq sadiqlik qazanmağa yardım edir. Onlardan bəziləri nəzərdə tutulan vəsait hesabına uşaqları kamikadze olmağa sürükləyə bilib, lakin burada çıxış nöqtəsi yenə də ideologiyadır. Söhbət daha çox tərəfdaşlıqdan yox, sponsorluqdan gedir. Yəni bunu tam şəkildə muzdluluq adlandırmaq olmaz. Bu məqamda “muzdlu” sözünü ehtiyatla işlətmək lazım gəlir.

Alen Rodye: Düşünmürəm ki, İŞİD fəalları maaşın azalmasına görə hərəkatı tərk edəcəklər. Orada heç bir həmkarlar təşkilatı yoxdur. Bundan başqa, muzdluları çıxmaqla, hər şeydən əvvəl yeni gələn qafqazlılar ora pul yox, ideologiya naminə gəlirlər.

– İŞİD hazırda fərarilik və yeni gələnlərin sayının azalması ilə məşğul olur. Hərəkatın bu zəiflik əlaməti onu imicinə daha çox zərbə vura bilərmi? Bu cür ümumi tənəzzül nə ilə izah olunur?

Aleksandr del Vaal: Bazalar atəş altına düşüb, döyüş ruhu isə sarsılıb – xüsusilə, qalan dünya ilə əlaqənin itirilməsi üzündən. Türkiyə sərhədləri kürdlərin hücumuna görə əlçatmaz olub. İxracat getdikcə daha çətin iş olur. Bundan savayı, neft emalı obyektləri və neft dayşıyan yük maşınlarına zərbələr pul kisəsinə ciddi zərər vurur. İŞİD ən çox qarətə güvənirdi. O genişlənməyə məcbur idi ki, öz ictimai modelini saxlamağa pul əldə etsin. Lakin İŞİD maliyyə mədaxilinin bir qismini itirirsə, qənaət etməyə məcburdur. Yalnız qarət ehtiyatlar ona bir neçə il duruş gətirməyə imkan verəcək.

Alen Rodye: Son aylarda az da olsa, əcnəbi könüllülərin sayı həqiqətən azalıb. İŞİD-in qalib aurası tutqunlaşıb, onun vəhşilikləri isə hətta həqiqətin gözünün içinə baxmaqdan imtina edənlərə də məlum olub. Unutmağına dəyməz ki, İŞİD əksər hallarda başqa müsəlmanları qətlə yetirir. Bundan savayı, İŞİD-in öcəşkən rəhbərliyi “böyük macəralar axtaran” könüllüləri rədd edir. “Cəbhət ən-Nusra” kimi digər radikal islamçı təşkilatlardan qaçqın axını azalır və ya hətta əks tərəfə axın başlanır. Hər necə olur-olsun, orada sevinmək üçün özəl səbəb yoxdur, çünki təbliğat “Əl-Qaidə”yə də əl verir (“Cəbhət ən-Nusra” ona tabedir). İŞİD fəallarının Ərəbistan yarımadasında Yəmənə “Əl-Qaidə”nin qanadı altına qayıtması haqda yüzə yaxın hadisə məlumdur. İŞİD-də təhlükəni anlayırlar. Təşkilatdan getmək qadağandır, buna cürət edənlər isə satqın sayılır və cəzaya məruz qalır… Artıq Mosul və Rakkada fərarilərin edamı baş verib. Nə qədər qəribə olsa da, bu, nasistlərin məğlubiyyəti dönəmindəki durumu yada salır. Satqınları qəddarcasına cəzalandırırdılar. İstənilən halda İŞİD-in sərəncamında hələ xeyli resurs qalır, Rakka və Mosul isə bu günlərdə məğlub olmayacaq. O, keçən həftə Suriyanın Dəyr əz-Zaur şəhərində olduğu kimi hətta əks-hücuma da qadirdir. Xarici özəkləri – Sina, Liviya, Nigeriya, Əfqanıstan, Pakistan və Uzaq Şərqi də çıxdaş etməyinə dəyməz. Teraktlar istənilən anda guruldaya bilər, İraq və Suriyadakı bütün koalisiya ölkələri isə potensial hədəfdir.

– İŞİD-in zəifləməyi digər terrorçu hərəkatların işinə necə yarayır? Məhz necə?  

Aleksandr del Vaal: Bu zəifləmə Məğribdə, İraqda, hətta Əfqanıstanda  “Əl-Qaidə”nin işinə əməlli-başlı yarayır. İŞİD zəifləyirsə, “Əl-Qaidə” güclənir. Məsələn, AKİM-in və Qərbi Afrikada səs-küy salmış teraktların arxasında duran Muxtar əl-Muxtarın qaydışını müşahidə edirik. Burkin-Fasoda bu yaxınlardakı terakt “Əl-Qaidə”nin İŞİD-lə rəqabət çərçivəsində dünya səviyyəsinə qayıtmasını göstərdi. İndiyədək şərtsiz lider sayılan “Əl-Qaidə” İŞİD-in başlıqca rəqibi olmaqla, onun hər bir yanlışlığından özü üçün mənfəət götürür. Buna görə də o hələ son sözünü deməyib.

Alen Rodye: Təbiətdə boşluğa yer yoxdur. Suriyada baş verənlərdən “Cəbhət ən-Nusra” və başqa radikal islamçı hərəkatlar fayda qazanır. Yəməndə isə AKAP. İŞİD Saxeldə yalnız Liviyanın quzeyində və Nigeriyada möhkəmlənməyə nail olub: zonanın böyük hissəsinə AKİM və “Ənsari-din” və Qərbi Afrikadakı birlik naminə cihad Hərəkatı kimi qruplar nəzarət edir. İŞİD İraq və Suriyada mövqeləri əldən versə də, məğlub edilməyib. O bunu xarici əməliyyatların fəallaşdırılması ilə müvazinətləşdirir. Bu, Liviya, Çad, Kamerun Paris və s. yerlərdəki hadisələrdən görünür.

Atlantico (Fransa), 31.01.2016