XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 13:35

Rusiyalı türkoloq:"Ərdoğanın buraxdığı üç strateji səhv Türkiyəni iflasa aparır”

avatkov

 

Türkiyə ciddi siyasi böhrana qərq olmaqdadır. Son insident Türkiyə hüquq-mühafizə orqanlarının ölkənin ən böyük qəzeti “Zaman”ın redaksiyasının zəbti və redaksiyasının dəyişdirilməsi oldu.

Rusiyalı türkoloq, şərqşünas, Beynəlxalq Münasibətlər və İctimai Diplomatiya  Araşdırmaları Mərkəzinin direktoru Vladimir Avatkovun Türkiyə hökumətinin hərəkətinin səbəbləri və nəticələri haqda Rusiya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

Azadlığa yer yoxdur

 

– “Zaman” qəzeti Ərdoğanı niyə qane etmədi?

– Türkiyədə yetərincə uzun müddətdir hər cür fərqli düşüncə ilə mübarizə aparılır. Baş nazir Əhməd Davudoğlunun dediyi kimi, “hökumət razılaşmayanların hamısına qarşı tədbirlər görəcək”.  “Zaman” qəzetinə hücum növbəti tədbirlərdən biridir. Bu KİV-ə ABŞ-da yaşayan Fəthulla Gülən – nə zamansa Ərdoğanın silahdaşı olmuş (və hətta onunla birgə AKP-i yaratmış), sonradan onun barışmaz rəqibinə çevrilmiş ən məşhur türk vaizi başçılıq edirdi. İndi isə “Zaman” hökumətin nəzarətinə düşüb – onu məhkəmənin təyin etdiyi özəl adamlar yönəldir. (Əlbəttə, Ərdoğan bildirdi ki, buna heç bir dəxli yoxdur, lakin türk jurnalistləri qeyd edirlər ki, qəzetin səhifələrində hökumətin fəaliyyətini mədh edən xeyli yazılar görünməyə başlayb – Ekspert Online). “Zaman” hökumətin qurbanı olmuş yeganə KİV deyil. Hökumət bu günlərdə Amerikayönlü daha bir holdinqin fəaliyyətini dayandırdı (məsələn, ona ölkədəki məşhur “Milliyet” qəzeti daxildir). Hələ dövlət sirrini açmaqda ittiham edilən “Cümhuriyet” qəzetinin təqibini də yada salmaq olar (jurnalistlər türk hökumətinin suriyalı yaraqlılara silah ötürməsinin foto və videosübutunu dərc etdilər və hökumət faktiki olaraq onlaırn haqlı olduğunu təsdiqlədi. Çünki jurnalistlər böhtanda deyil, məhz dövlət sirrini açmaqda ittiham olundu). Bütün bunlar bir zəncirin halqalarıdır.

 

– Rusiyada bu zənciri fəal şəkildə nümayiş etdirməyə cəhd edirlər. Xüsusən də Rusiya XİN təmsilçisi Mariya Zaxarova Zamanı müdafiə etdi və türk rəhbərliyini kəskin şəkildə tənqid etdi. Türkiyə cəmiyyətində bu tənqidə necə yanaşdılar?

 

-Heç cür. Rusiyanın “Sputnik” agentliyindən savayı onun sözlərini Türkiyə əhalisinə heç kim çatdırmadı. Həm də türk cəmiyyəti inanmır ki, Rusiya Türkiyə KİV-nin taleyinə görə narahatdır. Lakin bu o demək deyil ki, Moskva Türkiyədə baş verənlərlə bağlı dəqiq və konkret mövqe ifadə etməməlidir. Ölkə yavaş-yavaş, lakin dönmədən sabitsizlik,   rəhbərliyi isə ölkədə və dünya nə baş verdiyni anlamazlıq zolağına yuvarlanır. Fərqli düşünməklə mübarizə, ölkənin şənub-şərqində vətəndaş müharibəsi gedir, ölkəy qaçqın axını var. Bütün bunlar birlikdə türk dövlətinə hökm kimi görünür.

 

“Vətən” Türkiyəni müdafiə edəcək

 

– Ölkə əhalisi bu hökmü sükut içində qəbul etməyə hazırdır?

 

– Əlbəttə ki, yox. Türkiyə əhalisi ölkədə baş verənlərdən getdikcə daha az məmnundur və bu gün ölkədə parlament seçkiləri keçirilsəydi, AKP çətin ki qanunverici hakimiyyət üzərində nəzarəti saxlaya bilərdi. AKP 2015-ci il 1 noyabr seçkilərində əhalini terrorizm qarşısnda qorxu ətrafında birləşdirə bildi. Hazırda isə əhali artıq getdikcə daha çox gözünü açır ki, Türkiyə rəhbərliyi bu terrorizmlə bağlıdır. Və bu bağlılıq dövlətin özünün varlığını təhlükə altında qoyur. Nəticə etibarilə Türkiyədə “Atatürkün dövründə olduğu kimi” Türkiyənin müstəqilliyi uğrunda vuruşmağa hazır olan qüvvələr meydana çıxır. Məsələn, Vətən partiyası bu günlərdə bütün adekvat türk qüvvələrini Türkiyəni indiki sərhədləri daxilində qoruyub saxlamaq üçün birləşməyə çağıran qətnamə yaydı. Partiya rəhbərliyinin fikrincə, İncrlik bazasını Amerika təyyarələri üçün bağlamaq və yeni Türkiyə qətnaməsi uğrunda mücadilə etmək lazımdır. Partiyanın reytinqi əvvəllər 15 civarında tərəddüd edirdisə, indi, ehtimal ki, parlamentə keçə bilərdi. Onun reytinqi, ən azı, ona görə artır ki, Vətən bir tərəfdən ölkə əhalisinin hüquqlarına sayğı göstərməyə çağıran, digər yöndən ərazi bütövlüyü uğrunda mübarizəyə, geniş daxili dialoq və həmçinin Suriya və İraq böhranından çıxmaq üçün (ABŞ-dan başqa) bütün əsas oyunçuları danışıqlara səsləyən yeganə partiyadır.

 

– Bəs bu “yeganə partiya”nın yerini Qərbin hələ bu yaxınlarda avtoritar Ərdoğana qarşı bu cür liberal-demokratik müxalifət yapdığı Xalqların Demokratik partiyası (XDP) niyə tuta bilmir?

 

– Birincisi, XDP hər halda kürdləri, Vətən isə türkləri təmsil edir. İkincisi, XDP bu gün olduqca qəribə durumdadır. Bir tərəfdən, onun lideri Səlahəddin Dəmirdaşın translyasiya etdiyi ideyaların əksəriyyəti ölkəiçi durumun sabitləşdirilməsinə, kürdlərlə dialoqun təşkilinə  yönəlib. Lakin digər tərəfdən Dəmirdaş kürdlərin əksəriyyətinin və türk ziyalılarının təmsilçilərinin ondan gözlədiyi qəti addımları atmır. Xüsusən də kürdlərin hüquqlarının müdafiəsi üçün gerçək fəaliyyət, Türkiyənin unitar dövlətdən federasiyaya keçidinin stimullaşdırılması, ölkədə baş verən bütün proseslərin demokratikləşdirilməsi üzrə. 

 

– Kürdlərin məsələsi bu qədər ciddidirsə və ölkənin cənub – şərqində kürdlərlə hökumət qoşunları arasında faktiki döyüşlər gedirsə, onda niyə Rusiya KİV-də bu mövzu son dərəcə zəif işıqlandırılır?

 

– Birincisi, bu, təkcə Rusiyada zəif işıqlandırılmır. Cənub-şərqdə hərbi texnika tətbiqi ilə ciddi döyüşlər gedir, mitinqlərin suvuranlarla və gözyaşardıcı qazla kütləvi şəkildə dağıdılması baş verir. Lakin hərbi əməliyyat bölgələrində KİV-in işinə yasaq qoyulub. Buna görə də orada şəkillər və materiallar son dərəcə az-az gəlir.

İkincisi, Rusiyanın kürd məsələsində mövqeyini müəyyən etməyi olduqca önəmlidir. ABŞ Böyük Kürdüstan yaradılması üçün aydın kurs götürübsə, Moskva hələlik fikrə gedib. Əlbəttə, kürdlərin müstəqillik cəhdlərini tamamilə dəstəkləməyə böyük tamah var. Lakin burada Türkiyə ilə gələcək münasibətlər haqda da düşünmək lazımdır. Axı Ərdoğanlar gəldi-gedərdir, Türkiyə isə qalır.

 

Strateji düşünmək lazım idi

 

– Axı indicə söhbət ondan gedirdi ki, ölkə ciddi dövlətin özünün varlığını şübhə altında qoyan problemlər içindədir. Ümumiyyətlə, Türkiyə bu cür yaşama necə gəlib çıxdı? Onu bu cür təpəüstə aşağı şığımağa məcbur edən açar səhvlər hansılardır?

– Problem yanlış strateji gümanlardadır. Məsələn, “ərəb baharı” başlanarkən Ankara paravozun qabağında durdu və Suriya rejiminin sürətlə iflası üçün olduqca çox şey sərf etdi.  Bütün bunlar Ərdoğanla Əsədin dövlətlərarası münasibətləri təzəcə qaydaya saldığı, “qonşularla sıfır problem” siyasəti çərçivəsində Türkiyəyə görünməmiş dividendlər gətridiyi və hətta birlikdə istirahət etdikləri bir vaxtda baş verdi. Ərdoğan isə bölgədə üstünlü uğrunda mübarizə, Əsədi iblisləşdirmək və müxalifət dəstəyi seçərək bütün bunları quyuladı.

İkinci ciddi səhv daxili siyasətdə edildi. Ərdoğan anayasanı ciddi şəkildə islahat etmək yolunu tutdu. Bəli, Türkiyə cəmiyyətinin praktik olaraq bütün zümrələri ölkənin əsas qanununun islahatı uğrunda çıxış edir, lakin Ərdoğan “Pandora qutusu”nun ağzını açdı – bu islahatları necə və hansı yöndə keçirməyin gərəkdiyi haqda diskussiyalara başladı. Nəticədə cəmiyyət parçalandı  hər bir partiyanın və siyasət subyektinin bu məsələdə öz baxışları var idi. Məsələn, Ərdoğanın prezident respublikası yaratmaq ideyası təkcə müxalifətdə yox, həm də AKP daxilindəki silahdaşlarında ikrah doğurur. Milli məsələ ətrafında da böyük fikir ayrılıqları meydana çıxdı. İndiki anayasaya əsasən, ölkənin bütün vətəndaşları türkdür. Türkiyənin unitar dövlət olmamalı olduğunu sayan qüvvələr dərhal fəallaşdı. Ərdoğanın isə bu məsələdə hamını onun əleyhinə qaldıran tərəddüdləri var idi. Belə ki o, kürdlərə müəyyən hüquq və azadlıqlar verdi (məsələn, öz dillərində yayım hüququ) və bununla da millətçilərin hiddətini doğurdu, lakin indiki prezidentə böyük ümidlər bəsləyən kürdlərin özünü də qəzəbləndirib bu yolda bundan uzağa getmədi.

Ərdoğan millətçilərlə münasibətləri qaydaya salmaq üçün növbəti səhvi etdi – yeni osmançılıq siyasətinin gücünü sərgiləməyə cəhd edib Rusiya təyyarəsini vurmağı qət etdi. Və bununla da “qonşularla sıfır problem” siyasəti çərçivəsində sonuncu uğuru – Moskva ilə tərəfdaşlıq münasibətlərini dəfn etdi. Bu səhvlər nəticədə buna səbəb oldu ki, indki gündə Türkiyənin bircə müttəfiqi – Səudiyyə Ərəbistanı  var. Amerika ilə münasibətlər korlanır, Avropa ehtiyatla baxır, İranla özəl münasibətlərin yaradılması planı iflasa uğradı.

 

Ekspert Online (Rusiya) 08.03.2016

Tərcümə Strateq.az-ndır