XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2020 - 12:12

İsveçin Müdafiə naziri ilə söhbət:"BİZ SADƏLÖVH DEYİLİK, YAXŞI BAŞA DÜŞÜRÜK Kİ, RUSİYA NƏ ETMƏK İSTƏYİR”

“Frankfurter Allgemeine Zeitung” nəşri,

Almaniya, 31 avqust 2020-ci il

 

İsveç hələ də özü tanklar, təyyarələr və sualtı qayıqlar inşa edir. Bu yaxınlarda isə o, vətəndaşların hərbi mükəlləfiyyətini də geri qaytardı. Ölkənin müdafiə naziri Peterultquist (Peter Hultqvist) Almaniyanın “Frankfurter Allgemeine” nəşrinə müsahibəsində belə bir müdafiə sisteminin kimə qarşı qurulduğunu izah edir. O, İsveçin niyə NATO-ya daxil olmaq istəmədiyi müəmmasına da aydınlıq gətirir.

Strateq.az müsahibəni təqdim edir.

-Cənab nazir, Aİ ölkələrinin müdafiə nazirlərinin Berlin görüşünə nə kimi təəssüratlarla gedirsiniz?

-Biz geniş prosesin episentrində yerləşirik. Aİ bizim müzakirə etdiyimiz “strateji kompas” hazırlayır. Söhbət Avropanın sərhədləri ətrafında tam mənzərədən gedir. Burada həm Rusiya, həm miqrasiya problemləri, həm saxta xəbərlərə münasibət, həm də koronavirus — bütün səviyyələrdə ciddi çağırışlar var.

Biz hamımız beynəlxalq hüquqa hörmət və onun müdafiə olunmasının tərəfdarıyıq. Belarusu seyr edərkən, AB-də biz bu ölkənin vətəndaşlarının öz gələcəyini müəyyənləşdirmək haqqını tanıyır, azad və ədalətli seçkilər hüququna malik olduğunu düşünürük. Avropa ittifaqı buna kömək etməlidir.

İsveçdən Belarusa baxarkən görürük ki, Rusiya yenə də silahla öz məqsədlərinə nail olur. Bu, bizi müdafiə siyasətini tamamilə dəyişməyə vadar etdi. İsveç indi böyük təlimlər keçirir. Rusiya bu yaxınlarda Baltikdə də təlimlər keçirib və bununla bizə cavab vermək üçün müəyyən siqnallar göndərib. Biz İsveçin suverenliyini və ərazi bütövlüyünü qoruyacağıq.

-Avropa İttifaqı bu məsələlərdə böyük mənada müstəqilliyə, yəni strateji suverenliyə üstünlük verməməlidirmi?

-Düşünürəm ki, bizə transatlantik hədəf – həm Birləşmiş Ştatlarla, həm də Birləşmiş Krallıqla sıx əlaqələr qurmaq lazımdır. Söhbət ümumi dəyərlərdən və hərbi resurslardan gedir. Bu, Rusiya ilə bizim aramızda qüvvələr balansı məsələsidir. Mən Annegret Kramp-Karrenbauer (AFR müdafiə naziri) ilə Baltik dənizi ölkələri arasında əməkdaşlığın daha da yaxşılaşdırılması haqqında müzakirə apardım.

– İsveç NATO üzvü deyil, amma onunla sıx əməkdaşlıq edir. Alyansa daxil olmaq barədə düşünmək vaxtı deyilmi?

– Yox, bizim coğrafi vəziyyətimizdə hər hansı hərbi bloka qoşulmaq doğru deyil. Amma NATO ilə əməkdaşlıq arzuolunandır. Biz Finlandiya ilə sıx əməkdaşlıq edirik, NATO qüvvələri ilə birgə təlimlər keçiririk, qoşunların yerləşdirilməsi və Birləşmiş Ştatlarla birlikdə təlimlər keçirilməsi haqqında razılığa gəlmişik.

Bizim əsas vəzifəmiz İsveçin müdafiə qabiliyyətini gücləndirməkdir. 2015-ci ildən biz buna çox pul yatırmışıq və müdafiə qabiliyyətimizin səviyyəsini 40% artırmışıq.

– Bəs onda niyə NATO-ya daxil olmayasınız?

– Düşünürəm ki, biz Alyansa üzv olmadan da bunu edə bilərik. Finlandiya da NATO-nun üzvü deyil, Rusiya ilə çox uzun sərhədi var, Biz sıx əməkdaşlıq edirik. Finlandiya və İsveç hərbi cəhətdən birlikdə hərəkət etməlidirlər. Əməkdaşlığımızz xalqlarımız tərəfindən də atəşin şəkildə dəstəklənir. Əgər biz NATO-nun üzvü olsaydıq, bu olmazdı. Bundan başqa, biz Rusiyanın nə etdiyini tam dərk edirik, biz sadəlövh deyilik. Ancaq biz gərginliyi artırmaq istəmirik. Biz bölgəmizdə təhlükəsizlik sistemi yaradırıq, ona NATO da, Birləşmiş Ştatlar da daxildir.

– Son illər Baltik regionunda Rusiya ilə qonşuluq necə inkişaf edir?

-Rusiyanın Krımı ilhaq etməsindən, Gürcüstana hücumundan, Ukraynada hərbi əməliyyatlar keçirməsindən bəri vəziyyət daim pisləşir. Hətta koronavirusun böhran zamanı Baltikyanı ölkələrdəki Rusiya manevrləri müəyyən edilmiş vaxta uyğun şəkildə keçirildi, halbuki biz “Avrora”nın təlimlərini təxirə salmışdıq. Belə bir vəziyyətdə biz müdafiə qabiliyyətimizi artırmaya bilməzdik. Ona görə də biz vətəndaşların hərbi mükəlləfiyyətləri, yeri gəlmişkən cəmiyyətin geniş dəstəyi ilə qaytardıq.

– Siz eyni işi Almaniya və Fransaya etməyi məsləhət görərdiniz?

-Buna hər bir ölkənin özü qərar verməlidir. Bu, bizim ölkəmizdə çox müsbət qarşılanıb. Hərbi mükəlləfiyyət, digər məsələlərlə yanaşı, gənclərə Silahlı Qüvvələrdə peşələrin çeşidinin nə qədər müxtəlif olduğunu göstərdi. Əvvəllər insanlara görə, İsveç ordusunda xidmət etmək Əfqanıstanda döyüşmək demək idi. İndisə ordumuzda hərbi xidmət imkanları artıb.

– İsveç özü tanklar, təyyarələr, hətta sualtı gəmilər və gəmilər qurur. 10 milyon əhalisi olan bir ölkədə belə bir təcrübənin gələcəyi varmı?

– Biz bu sənayeni soyuq müharibə dövründə yaratmışıq ki, öz suverenliyimizi təmin edək. İsveçdə bu sənaye qədim ənənələrə malikdir. Böyük Britaniya ilə biz növbəti nəsil qırıcı təyyarəsinin yaradılmasında əməkdaşlıq edirik. Biz kooperasiyanın müzakirəsi üçün açığıq, lakin biz rəqabət qabiliyyətli qalmaq üçün gələcəkdə də texnoloji səlahiyyətləri saxlamaq istəyirik.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə