XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 12:15

Deputat Qüdrət Həsənquliyev:"Makron dünənə qədər maskalanırdı, ancaq indi buna ehtiyac hiss etmir" - MÜSAHİBƏ

Strateq.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini oxucularına təqdim edir:

– Qüdrət bəy, Azərbaycan Qarabağda “sülhə məcburetmə” əməliyyatlarına başlayandan sonra Fransa prezidenti Makronun Ermənistanın xaricii işlər nazirindən daha çox stress keçirməsi hiss olunur. Bu nə ilə əlaqədardır?

– Makron islamafobdur. Hisss olunur ki, müsəlmanlar içərisində də daha çox türklərə nifrət edir. Dünənə qədər maskalanırdısa, artıq indi buna ehtiyac hiss etmir. Onun insanların ölməsindən narahat olması barədə dedikləri cəfəngiyatdır və işğalın davam etməsini təmin etmək məqsədilə deyilir. Fransa 20-ci əsrdə iki dəfə soyqırım cinayətlərində iştirak edib. Birinci dəfə 1954-62 -ci illərdə öz azadlığı uğrunda mübarizəyə qalxmış Əlcəzair xalqının üzərinə 500 minlik ordu yeritmiş və bir milyondan çox insanı qətlə yetirmişlər. İkinci dəfə isə 1994-cü ilin aprelindən 6-dan iyulun 19-a  qədər Ruandada 800 min tutsinin ölümünə görə birbaşa məsuliyyət daşıyırlar. Ona görə də belə bir dövlətin Xocalıda soyqırım törətmiş, qonşu dövlətin 20% torpaqlarını işğal etmiş, etnik təmizləmə siyasəti aparmaqla bir milyon müsəlmanı ev-eşiyindən didərgin salmış erməniləri müdafiə etməsi başa düşülən olmalıdır. Onun işğalın davam etməsi üçün Azərbaycanı dayandırmaqdan ötrü başqalarına yalvarması isə xarakterindən qaynaqlanır.

– Qüdrət bəy, Ermənistanın Azərbaycanın  Qarabağda öz torpaqları uğrunda apardığı savaşı dini müharibə kimi təqdim etməsi nəyə hesablanıb və bu yanaşma onlara xristian dünyasının dəstəyini təmin edə bilərmi?

– Suda batan saman çöpündən yapışar. Ermənistan bu cür təbliğatla haqqı, ədaləti kənara atıb  xristian həmrəyliyindən çıxış edən  müəyyən insanları aldada bilər. Monoetnik ölkə olan Ermənistandan fərqli olaraq Azərbaycanda başqa millətlər də yaşayır. Rus pravoslav kilsəsi,etnik yəhudilər, katoliklər bəyanatla şıxış edərək bizim haqq işimizi müdafiə etmişlər. Azərbaycanın çoxsaylı xristian ölkələri ilə, “Vatikanla” çox gözəl mədəni, siyasi, iqtisadi əlaqələri vardır.

– Qüdrət bəy, Ermənistan min bir oyundan çıxır ki, KTMT-ni müharibəyə cəlb etsin. Onlar buna və Qərbin daha ciddi dəstəyinə nail ola bilərlərmi?

– Ermənilər Tovuz istiqmətində dövlət sərhəddimizi pozarkən Azərbaycan generalı Polad Həşimov və bir qrup hərbçimiz qətlə yetirildi. O zaman insanlarımız çox kədərlənmişdi. Həmin vaxt səhv etmirəmsə iyulun 17-də, mən mətbuata verdiyim açıqlamada demişdim ki,`Azərbaycanın 1 kv metr torpağı belə düşmənə güzəştə gedilməyəcək`. Onu da demişdim ki,Azərbaycan Respublikasının Prezidentinə güvənmək və onu dəstəkləmək lazımdır. Məmnunam ki, dediklərimdə yanılmamışam. Atəşkəs dövründə, xüsusilə son illərdə aparılan ciddi işin nəticəsi olaraq İlham Əliyev KTMT-nin üzvlərini inandıra bilib ki, Azərbaycan və onun lideri etibarlı və güvəniləsi tərəfdaşdır və bizim heç kəsin torpağında gözümüz yoxdur. Hansı ki, Ermənistan və onun liderləri barədə bunu demək mümkünsüzdür. Aparılan diplomatik və siyasi işin nəticəsi olaraq haqlı olduğumuzu dünyanın əksər ölkələrinə inandıra bilmişik. Bu işdə bizə kömək etmiş qardaş Türkiyə Respublikasını və onun lideri R.T.Ərdoğanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ona görə də Qələbəmizə inanmalı və Qələbəmiz üçün hər şeyi etməliyik.

– Fransa, yaxud başqa bir ölkə Ermənistana hərbi yardım edərsə Azərbaycan Türkiyəyə kömək üçün müraciət edə bilərmi?

– Belə bir hal olarsa dərhal müraciət etməliyik. Biz indi də belə bir müraciəti edə bilərik. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə bizim kollektiv müdafiə hüququmuz var. Ermənistan şikayət edir ki, Azərbaycana Türkiyə kömək edir. Onun havadarları da bəyan edir ki, heç kim qatışmamalıdır. Düşünürlər torpaqlarımızın işğalına və işğal altındakı torpaqlarımızda güclü müdafiə istehkamları qurmağa Ermənistana kömək ediblər. İndi heç kim Azərbaycana kömək etməsə Azərbaycan o səddləri aşıb torpaqlarını azad edə bilməz. Amma yanılırlar, ermənilər başqasının torpağını ələ keçirmək üçün ölməyə hazırdırlarsa, biz torpaqlarımıza sahib olmaq üçün on dəfə artıq ölməyə və öldürməyə hazırıq. Əsində Ermənistanla təkbətək buraxılmaq bizi qane etsə də deməliyəm ki, bu gülməli və utanılası mövqedir. Onda bütün güclü dövlətlər zəiflərin torpağını işğal edəndə gərək heç kim müdaxilə etməsin, təcavüzə məruz qalan da heç kimdən kömək istəməsin. 1991-ci ildə İraq da işğal etdiyi Küveytdən güc tətbiq edilməklə çıxarılmamalı və Küveyt işğalçı ilə baş-başa buraxılmalı idi. Ona görə də ermənilər bizə başqalarının kömək etdiyini söyləyəndə, rəsmilər yalan olduğuna görə bu məlumatları təkzib etməklə yanaşı onu da deməlidir ki, müdafiə olunduğumuz üçün Ermənistandan fərqli olaraq biz beynəlxalq hüquqa əsasən başqalarından kömək istəyə bilərik.

 




Yuxarı Əvvələ Ana Səhifə