XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

12 Aprel 2016 - 10:05

“Dağlıq Qarabağın aralıq statusu ilə bağlı təklif müzakirə predmeti ola bilər” –Müsahibə

 

rasim musa

Milli Məclisin deputatı Rasim Musabəyov “Amerikanın səsi”nə  müsahibəsində cəbhədə son durum, danışıqlar prosesi, Rusiyanın təqdim etdiyi təkliflər, müharibənin yenidən alovlanması riski ilə bağlı danışıb.

Müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik

 

 

Sual: Rusiyanın Minsk Qrupunun həmsədrləri vasitəsilə  münaqişənin nizamlanması barədə irəli sürdüyü yeni sənədin mahiyyəti nədən ibarətdir? Bu sənəd Madrid prinsiplərindən nə ilə fərqlənir?

Cavab: Əslində sənəddən söhbət getmir. Yeni təkliflər var ortalıqda, Madrid prinsiplərindən kənara çıxmayan sənəd, layihə var. Bu layihədə tərəflərin qəbul etmədiyi məqamlar var. Lavrov açıqladı, iki məsələ düyünlüdür – biri statusla bağlı, o birisi isə işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılmasıdır. İndi onları elə şəkildə  təkmilləşdirib təklif edirlər ki, tərəfləri qane etsin. Baxır hansı sənəd ortalığa gəlir və o, nə dərəcədə məqbuldur. 

Sual: Rusiyanın irəli sürdüyü yeni sənəd münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini ehtiva edə bilərmi?

Cavab: Əslində, bundan fərqli hər hansı sənəd Azərbaycan tərəfindən qəbulolunmazdır. Mənə elə gəlir ki, bu kifayət qədər sizin sualınıza cavabdır.

Sual: Rusiyanın 2011-ci ildə irəli sürdüyü təklifləri Azərbaycan qəbul etməmişdi. Bəs indi nə baş verib? 

Cavab: Bəli, qəbul etməmişdi. Azərbaycanın o sənədə 10 qeydi var idi. İndi onların tam şəkildə olmasa da böyük hissəsi qəbul olunub, öz əksini tapdığı halda Azərbaycan bu təklifləri müzakirə edə bilər. Cənab prezident deyib ki, Rusiyanın son yanaşmalarında Azərbaycanı qane edən elementlər var.

Sual: Azərbaycan hansı təklifləri verib?

Cavab: Orada həm referendumun vaxtı, onun hansı şəkildə keçirilməsi, iştirakçılarla bağlı bir çox məsələlər var ki, Azərbaycan onu qəbul etmir. Azərbaycan bütün məsələlərin müzakirəsini konstitusiyamız, beynəlxalq hüquq çərçivəsində olmasını tələb edir.   

Sual: Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı Dağlıq Qarabağın ətrafındakı rayonların azad ediləcəyi və eyni vaxtda Dağlıq Qarabağa status veriləcəyi ilə bağlı bəyanat verib. Amma o detallara varmayıb. Detallar nə ola bilər?

Cavab: O, müvəqqəti status ola bilər. Ortada həm müvəqqəti aralıq statusdan, həm də son statusdan söhbət gedir. Əslində ermənilər təklif edir ki, son status o saat müəyyənləşsin. Onlar status demirlər, onlar istəyirlər ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının mexanizmi o sənəddə əksini tapsın. Azərbaycan buna heç zaman  getməyəcək. Lavrovun təklifi ararlıq statusun müəyyənləşməsindən keçirsə bəli bu, müzakirə predmeti ola bilər.   

Sual: Münaqişənin nizamlanmasının Rusiya sülhməramlılarının münaqişə zonasına gətirilməsi və ya Rusiyanın Azərbaycan ərazisində hərbi baza yerləşdirməsi ilə nəticələnəcəyi barədə fikirlər səslənməkdədir. Siz necə düşünürsünüz?

Cavab: Heç bir hərbi bazanın yerləşdirilməsindən söhbət gedə bilməz. Düşünürəm ki, Rusiya heç bu təkliflə Azərbaycana müraciət etməz. O ki qaldı sülhməramlı qüvvələrə, bu məsələ ATƏT çərçivəsində öz həllini tapırsa orada müəyyən qaydalar var. O qaydalar Budapeşt sammitində  müəyyənləşib ki, heç bir ölkənin ayırıcı   qüvvələrin tərkibində 30 faizdən çox nümayəndəsi ola bilməz. O ki qaldı komandanlığa, o da ATƏT tərəfindən, ATƏT bayrağı altında həyata keçirilməlidir. Yox, münaqişənin həllini birtərəfli qaydada Rusiya həyata keçirəcəksə istisna etmək olmaz, bəli tərəflər nəyə razıdırsa, o, qanundur və  dünya tərəfindən qəbul ediləcək. Mənim izlədiyim qədər hələlik bu münaqişənin həlli (baxmayaraq ki, Rusiya özünü qabağa verir, ola bislin ki, Rusiya prezidentinin moderatorluğu çərçivəsində həyata keçirilsin)  ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır. Burada birtərəfli qaydada Rusiyanın sülhməramlılarından söhbət gedə bilməz.

Sual: Ümumiyyətlə,  Rusiyanın irəli sürdüyü sənəd münaqişənin nizamlanmasına gətirib çıxara biləcəkmi? Yəni, tərəflər Rusiyanın sənədini qəbul edəcəkmi? Yoxsa, müharibə yenidən alovlanacaq?

Cavab: İstisna edə bilmərəm. Yəni, mənim düşüncəmə görə, yaya kimi bu münaqişənin həlli ilə bağlı döğrudan da dönüş olmadığı halda (ümumiyyətlə yenə də bu danışıqlar arxa plana keçəcək, dünyada hansısa yeni hadisələr olacaq, bunlar yaddan çıxacaq)  mən istisna etmirəm ki, təmas xəttində yenə gərginlik artacaq, yenə də heç kəsin istəmədiyi geniş hərbi əməliyyatlara gətirib çıxara biləcək. Ancaq hələ imkanlar var ki, dönüş yaradılsın. Əlbəttə, birinci növbədə bütün diqqət 1993-cü ildən başlayan müharibənin nəticələrinin aradan qaldırılmasına yönəlməlidir. Yəni, işğal aradan götürülsün, müharibəyə son qoyulsun, təhlıükəsizlik təmin olunsun. Qalan məsələlər uzun müddət müzakirə oluunub həyata keçirilə bilər.

 




Yuxarı Əvvələ Ana Səhifə