XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

28 Aprel 2016 - 17:01

Erməni politoloq:"Aydın oldu ki, duruma Serj Sərkisyan nəzarət etmir"

serkis-22

Ermənistan Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinini direktoru Ağasi Yenokyanın Qarabağ cəbhəsində dördgünlük müharibədən sonrakı durumla bağlı Ermənistan nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Serj Sərkisyan yüksəkrütbəli hərbçiləri işdən azad etdi. Hesab etmək olarmı ki, məsul şəxslər dairəsi qəsdən daraldılıb?

– Düşünürəm ki, bu faktlar iki məqsəd güdür. Birincisi, müharibə vaxtı müdafiə sahəsində nöqsanlar üzə çıxdı və biz aysberqin yalnız zirvəsini görürük. Bu, həmçinin ona yönəlib ki, ehtiraslar sakitləşsin. Lakin düşünürəm ki, işdən çıxarılmanın səviyyəsi yüksək olmalıydı – Yuri Xaçaturov, Seyran Ohanyan, Edvard Nalbandyan. Həmçinin aydın oldu ki, duruma Serj Sərkisyan nəzarət etmir, amma bildirmişdi ki, işdən çıxarılma olmayacaq. Belə çıxır ki, onun rəyini nəzərə almadan azad ediblər.

– Sərkisyan "Bloomberg"ə müsahibəsində bildirdi ki, 2011-ci ildə Kazanda əraziləri təhvil verməyə hazır idi.

– Ərazilərin geri qaytarılması bütün danışıqların predmeti olub. Məhz hansı əraziləri güzəştə getməyə hazırlaşdıqları haqda Rusiya mətbuatından bilməyimiz isə başqa bir məsələdir. İkinci məsələ – bu ərazilərin əvəzində bizə lazım olanı əldə edəcəyikmi? Bu, DQR-ə (mətndə bu cürdür-tərc.) təhlükəsizlik zəmanəti verəcəkmi? Çünki indi məhz həmin ərazilər “təhlükəsizlik zonası” sayılır.

– Azərbaycan atəşkəs haqda 1994-cü il sazişinin qüvvədən salınması haqda BMT-yə müraciət edib. Hadisələr necə inkişaf edəcək?

– Azərbaycan hərbi əməliyyatlara başlamaq və o zaman müəyyən edilmiş təmas xəttini dağıtmaqla artıq sazişi qüvvədən salıb. Onların BMT-yə niyə müraciət etdiyini bilmirəm, ola bilsin, beynəlxalq ictimaiyyəti xəbərdar edir ki, müharibəyə başlayır. Bu, müharibə elan etməkdir.

– Ermənistan tammiqyaslı müharibəyə hazırdırmı?

– Bir tərəfdən, biz dördgünülük müharibədə Azərbaycanın təzyiqinə qarşı dura bildik. Bilirik ki, bizdə uzaqvuran silahlar – önləmə tədbirləri var. Dünyada ilk dəfə olaraq Qarabağda pilotsuz təyyarələr tətbiq edildi, buna görə də hərbi texnikaca mükəmməlləşməyimiz gərəkdir. Lakin sıradakı məsələ var – diplomatiya.

– Dördgünlük müharibədən sonra diplomatiyanı hər şeydən çox müzakirə edirlər.

– Müharibə göstərdi ki, biz 22 il ərzində diplomatik məcrada heç nəyə nail olmamışıq. Hökumətimiz ümid edirdi ki, müəyyən edilmiş status-kvo ilə problemi nizamlanmaış saymaq olar və çapovulçuluq dövrü yetişib. Müdafiə qabiliyyətinin artırılması, Qarabağın təhlükəsizliyini təmin edə biləcək diplomatik qərarlar haqda heç kim düşünmürdü. Və diplomatiyamız elə ilk günlərdən iflic durumda göründü. Bunun təşəbüsskarları həmsədrlər və əlbəttə ki, Rusiya idi.

İkinci mühüm məsələ – daxili islahatlardır. Bəli, xalqımız bu dəfə də səngərlərdə öz oğulları ilə yanaşı durdu, lakin tədricən qalmaqallı əhvalatlar aşkarlanır. İnsanlar dərin ədalətsizlik hiss edirlər. Onlar artıq bilmirlər ki, Ermənistan kimə məxsusdur – vətəndaşlara, yoxsa oliqarxlara? Və onlar kimə işləyirlər – özlərinə, yaxud oliqarxlara, onların təhlükəsizliyinə? Hökumət operativ tədbirlər görməsə, bu məsələ bütün kəskinliyi ilə qarşıda duracaq. Lakin Seçki Məcəlləsi layihəsinin müzaklirəsinin gedişində görürük ki, hökumət buna hazır deyil və yenə də hamını barmağına dolamağa cəhd edir. Oliqarxları oliqarxlıqdan salmaq çağırışları isə əsil isteriya doğurur. Xalq nə baş verdiyini  anlayır, hökumət isə başa düşmür.
 

Siranuş Papyan

Lragir.am, 28.04.2016

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə