XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2016 - 10:31

General Roxlinin qızı:"Atamı Rusiyada çevriliş etmək imkanı olduğuna görə öldürdülər"

general

General-leytenant Lev Roxlin Rusiyanın ən yeni tarixində dərin iz buraxıb. İki dəfə yaralandığı Əfqanıstanda motoatıcı alaya komandirlik edib. 1993-cü ildə Baş qərargahın Hərbi Akademiyasını bitirib və Volqoqrad qarnizonunun rəisi olub. 1994-cü ilin dekabrından Qroznının rayonlarının, o cümlədən Cövhər Dudayevin prezident sarayının ələ keçirildiyi Çeçenistanda 8-ci qvradiya ordu korpusuna başçılıq edib. General Babiçevlə birlikdə 1994-cil dekabrın 17-də barışıq əldə etmək məqsədilə çeçenlərin səhra komandirləri ilə danışıqlara qatılıb. O, “Rusiya Qəhrəmanı” rütbəsindən imtina edib: “Sərkərdələr vətəndaş müharibəsində şöhrət qazana bilməz, Çeçensitandakı müharibə Rusiyanın şöhrəti deyil, fəlakətidir”.

General 1997-ci ildə ordu, müdafiə sənayesi və hərbi elmə dəstək Hərəkatı yaradıb. “Русский репортер” dərgisində Roxlinin iş yoldaşlarına və dostlarına istinadən iddia olunub ki, general prezident Yeltsini devirmək və hərbi diktatura qurmaq məqsədilə sui-qəsd hazırlayırmış. General 1998-ci il iyulun 2-dən 3-ə keçən gecə Moskva vilayətinin Naro-Fominsk rayonunun Klokovo kəndindəki şəxsi bağ evində ölü tapılıb. Rəsmi versiyaya görə, yatmış Roxlini arvadı Tamara Roxlina güllələyib – səbəb ailə davası olub. Naro-Fominsk şəhər məhkəməsi 2000-ci ilin noyabrında Tamara Roxlinanı öz ərini bilərəkdən öldürməkdə təqsirli bilib. Tamara Roxlina 2005-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, saxlanma müddətindən və məhkəmə prosesinin uzadılmasından şikayət edib. Şikayət pul müavinəti (8 min avro) ödənməklə təmin edilib. Naro-Fominsk şəhər məhkəməsi 2005-ci il noyabrın 29-da Roxlinanı öz ərini şüurlu şəkildə qətlə yetirməkdə ikinci dəfə günahkar bilib və onu şərti şəkildə 4 il müddətində azadlıqdan məhrum edib, həmçinin 2,5 il müddətinə sınaq işləriylə cəzalandırıb.  

Qətlin araşdırılması zamanı meşə zolağında – cinayət yerinin yaxınlığında yanmış üç cəsəd aşkarlanıb. Rəsmi versiyaya görə, onlar generaldan bir qədər əvvəl öldürülüb və ona heç bir dəxli yoxdur. Lakin Roxlinin silahdaşlarının əksəriyyəti hesab edirdi ki, onlar Kremlin xüsusi xidmətlərinin “izləri itirmək” qəsdilə aradan götürdüyü əsil qatillərdir.

General Roxlinin dul arvadı, ərini qətlə yetirməkdə ittiham olunan Tamara Roxlina 2016-cı il aprelin 9-da məhkəmədə son sözündə bildirdi ki, Dövlət Dumasının deputatı general Roxlini öz cangüdənləri öldürüb.

Biz general Roxlinin qızı Yelena Roxlina ilə millətçi vətənpərvərlərin təşkil etdiyi “Rusiyanın müasir problemləri və həll yolları” adlı konfransda görüşdük.

 

– Atanız general Lev Roxlinin qətlinin araşdırılması barədə son zamanlar yeni informasiya meydana çıxıbmı?

– Bu, heç kimə lazım deyil. Xeyr, heç nə meydana ortalığa çıxmayıb, lakin hər halda gec-tez həqiqət üzə çıxır. Bu haqda danışmaq      dəhşətli olmayanda üzə çıxır. Belə isə o, heç kimə lazım deyil. Bu cür  vəziyyətdə neyləmək olar? Əslində, atamın aradan qaldırılması üçün əməliyyatın necə keçirildiyi hamıya məlumdur. İnsanı öna görə öldürdülər ki, hərbi çevriliş etmək imkanına malik idi. O isə bunu xalqın naminə etməyə hazırlaşırdı. O, xalqın hakimiyyətində israrlı idi.  Dumaya gələrkən bu oğurluğun, özəlləşdirmənin nə qədər böyük olduğunu gördü. Ona hər tərəfdən məlumat gəlirdi – keçmiş DTK-çılardan, hər yerdən. Eyni zamanda xalqdan, müxtəlif siyasi xadimlərdən, alimlərdən böyük inam görürdü. O, başqa çıxış yolu görmürdü. Və hazırda elə həmin durum yetişir.

– General Lev Roxlinin öldürülməsində şəxsən Vladimir Putini ittiham edən baş nazirin keçmiş müavini Mixail Poltoraninin bəyanatını xatırlayırsınız? Onun bildirdiyi kimi, qərar həm də bağ evində dörd nəfərin – Yeltsinin, Voloşinin, Yumaşovun və Dyaçenkonun dar çevrəsində qəbul edilib. Qətlin həyata keçirilməsi isə şəxsən Vladimir Putinə həvalə edilib. Qətldən 22 gün sonra Putin FTX-nin direktoru təyin edildi.

– Mən çox tez-tez məhkəmələrə gedirəm də dəlilsiz-sübutsuz kimisə necə ittiham etdikərini görürəm. Nədənsə “lakin” deyib dalını gətirməyən hansısa adamların hansısa sözlərindən başqa heç bir məlumata malik olmadan ittihamçı rolunu öz üzərimə götürmərəm. Tutaq ki, həmin Putinin özünü.

– Bəs Mixail Poltoraninin ittihamları?

– Bəs nəsə bilirsə, onda niyə axıra kimi danışmadı? Bu cür açıqlamalar verilərkən bu adamlara qarşı sual yaranır: bunu edirsinizsə, bu açıqlamalar olduqca ciddi olduğundan bildiklərinizin ardını danışın!

– Özəl araşdırma aparmaq təklifi ilə sizə heç kim müraciət etməyib?

-Hamı bizdən tarakan kimi qaçırdı! Niyə? Vahimə! Bizim vətənpərvərlər mühitində durum həmişə eyni cürdür. “Unutmayacağıq! Bağışlamayacağıq!” Lap qəbirisitanlıqdakı kimi. Sonra isə hərə bir tərəfə qaçır, çünki təhlükə var və bu cür mövqe tutmaq rahatdır: “Bəlkə, belə də olub?”

– İndi general Roxlinin hərbi çevriliş hazırlaması faktının özü ümumiyyətlə şübhəyə məruz qalır. Baş verənlərin hansısa təfərrüatlarını sizə bildirməmişdi, bu çevrilişin hazırlanmasından xəbərsiz idiniz?

– O, məni agah etmirdi, lakin ərimin (Lev Roxlinin köməkçisi Sergey Abakumov) vasitəsilə xəbərdar idim. Bu məlumatı əldə etməyə ona görə xüsusi həvəs göstərmirdim ki, az bilənin başı salamat olar. Əslində isə belə də idi. Həm 8-ci korpus, həm də digər qoşunlar hərəkətlənməyə hazırlaşırdı. Lakin əvvəlcə xalq meydana çıxmalıydı, o zaman isə heç bir internetsiz xalqın beş yüz min nəfəri meydana çıxrdı. Həm də hər yedən gəlməliydilər. Mənə indi danışırlar ki, hətta Ukraynadan, Donbasdan adamlar gəlməyə hazırlaşırmış. Sonra isə Yeltsinin istefaya getməyi üçün xalqın tələbi yerinə yetirilməsəydi, onda xalqın dəstəyi ilə hərbi əməliyyat başlanmalıydı. Atamın səhvi bundaydı ki, ata tərəfdən yəhudi, ana tərəfdən rus olsa da, “üstünüzə gəlirəm!” deyirdi. Düşünürdü ki, ona sui-qəsd hazırlandığı haqda məlumatı səsləndirirsə – məlumat isə yetərindən də çox idi – onu birtəhər təhlükədən qurtarar. Lakin bu sistem çox hiyləgərdir. Ölkənin taleyi həll olunarkən heç kim heç kimin nazı ilə oynamırdı. Lazım gəlsəydi, raketləri buraxardırlar. Düşmən isə istədiyin qədər var idi. Atam o vaxt bir-iki gündən sonra uran alveri ilə bağlı Dumada çıxış etməliydi. Çernomırdin ölkədə 30 il müddətində çıxarılmış bütün uran ehtiyatını “3 qəpiyə” satarkən. Ölkə təslim olurdu. Və bu, əslində, çox ciddi sövdələşmə idi. Alimlər deyirdilər ki, bu uran, ən azı, 8 trilyon dollara gedər. Çeçenlər atamın başına pul qoymuşdular. Lakin çeçenlər xüsusunda şübhəm var, çünki atam vətəndaş müharibəsində oliqarxların maraqlı olduğunu bildirib “Rusiya Qəhrəmanı” titulundan imtina etdikdən sonra ona müəyyən dərəcədə hörmət edirdilər. Çeçenlər görürdülər ki, o, qan axıtmağa həvəs göstərmir. Əslində, sadə xalqın əzab çəkdiyi bu tədbirdə iştirak etməli olduğuna ağrı ilə yanaşırdı. Versiyalar var. Bir yığındır. Lakin mənim üçün aydındır ki, əlbəttə, hakimiyyət məsələsi var idi. Və o zaman xalq gerçək şəkildə narazı və fəal olduğundan, sağlam qüvvələrin hakimiyyətə gəlmək şansı var idi.

 

Viktor Rezunkov

Azadlıq radiosu (ABŞ), 30.04.2016

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə