XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

02 May 2016 - 13:56

“Rus mafiyasının başçısı Viktor” danışdı:"Əvvəllər "Qlatasaray"ın qapıçısı olmuşam"

sensev04

Türkiyənin «ATV» kanalında nümayiş olunan “Eşkiya dünyaya hökümdar olmaz” serialında rus mafiyasının atası Viktor… Həyatda isə Kaya Sensev. Serialda görününcə, tamaşaçıların diqqətini çəkdi, gözləri ekranlara kilitləndi. Soyuqqanlı, təmkinli “Viktor” – kino aləmində elə də tanınmayan bu insan əslində kimdir?

Strateq.az-ın əməkdaşı Kaya Sensevlə görüşərək, onun heç kimə bəlli olmayan tərəflərini öz dilindən oxuculara təqdim edir. 

– Kaya bəy, kino aləmində məşhur deyilsiniz. Bildiyimə görə, gənclik illərində 2 filmdə, 2 serialda oynamısınız. İnsanlar sizi ATV-də nümayiş olunan “Eşkiya dünyaya hökümdar olmaz” serialından sonra daha yaxından tanıdı. Aktyorluğa uzun müddət ara verən Kaya bəy reytinqlərdə ilk sırada yer alan bu seriala dəvət olunacağını düşünürdümü?

– İlk səhnə təcrübəmə İstanbul Şəhər Teatrından başladım. İki ilə qədər burada müxtəlif tamaşalarda oynadım. Daha sonra Haldun Dormenin yazdığı və rejissoru olduğu “Gecəyə Salam” və “Şən Sazın bülbülləri” muzikllarında rol aldım. 1984-cü ildə yenidən qurulan Dormen Teatrında bir çox rolları ifa etdim. Həmin dövrlərdə həmçinin, Türkiyədə və Londonda modelliklə məşğul olmaqla bir çox tanınmış firmaların siması oldum. Yenə həmin illərdə “Kızımın kanı” filminə çəkildim, “Kaçış”, “Taaşuki Talat və Fitnat” telefilmlərdə baş rolda oynadım. Aktyorluq mənim üçün populyar olduğu bir ərəfədə qəfil qərar verməklə başqa bir sahəyə keçdim və hələ də o sahədi işimi davam etdirirəm. Viktor rolundan əvvəl üç iş təklifi gəldi, qəbul etmədim və Viktor roluyla kino aləminə dönüş etdim. Bu rolun təklif edilməsi sürpriz olmadı. Düşünürəm ki, kino aləmində bəyənilən, qəbul edilən bir tipim var. Yaxşı layihələr var, qarşıdakı aylarda bu layihələrin birini qəbul edib aktyorluğa davam edə bilərəm. Amma dəqiqləşmədiyi üçün indidən demək düz olmaz. Dəqiqləşincə, bu barədə məlumat verəcəm.

– Serialın 8 bölümündə oynadıqdan sonra rolunuza son verildi. Azərbaycanda da çox maraqla izlənilən bu serialdan sizin tez ayrılmağınız gözlənilməz oldu. Çünki Viktor olarak, bu rolun öhdəsindən məharətlə gəlirdiniz. Xarizmatikliyiniz, sifət cizgiləriniz və s. bunu tamalayırdı və sanki Viktor rolu sizin için seçilmişdi…

– Viktor rolu təklif olunanda 3 bölümdə oynamalıydım. Amma bu, 8 bölümə qədər uzandı. Viktor obrazına görə ətrafdakılardan müsbət və qürurverici tənqidlərlə qarşılaşdım. Bunlar mənim üçün çox önəmlidir. Düşünürəm ki, ssenarini yazanların hər halda bir fikri olub. Bu reytinq çəkişməsində sensasion hadisələr tamaşaçıları ekranlara bağlayır. Viktorun sürpriz ölümü də bunlardan biriydi.

sensev06

– Serialdan bele tez ayrılacağınızı təhmin etmişdinizmi? 

– Serialda hər gün biri ölür. Serialdan tez ayrılmağımla bağlı hər hansı bir fikrim yoxdu. Amma bu, mənə sürpriz olmadı və məni üzmədi. Onu deyə bilərəm ki, buna Viktoru sevənlər, ona azarkeşlik edənlər daha çox üzüldü.

– Çox cazibədar, həm də ciddi simanız var. Tamaşaçılar sizi ancaq ciddi xarakterdə gördü və bu ciddiliyiniz fotoşəkillərinizdə də əks olunub. Həyatda da beləsiniz, yoxsa bu, oynadığınız rolla bağlı idi?

– Mən bir türk olaraq, rus mafiyasının başçısını canlandırmaqla laqeyd, soyuqqanlı oyun nümayiş etdirdim. Oynamaqla rolun haqqını verməyə çalışdım və düşünürəm ki, uğurlu da alındı. Əslində çox şən bir insanam. Çoxlu dostlarım var.  İdman tərzində geyinirəm, kostyumdan ancaq ildə bir dəfə istifadə edirəm. Amma lazım olduğu yerdə də olduğu kimi danışmaqdan heç vaxt çəkinmirəm.

– Gənclik illərində marağınız daha çox idmana və ədəbiyyata olub. O zamandan ta bu günə kimi həyatınız fotoqraf çəkməklə keçdi. Bəlkə də fotoqrafla məşğul olmağınız 30 ili geridə qoyub. Hansı məşhurların fotosunu çəkdiniz?

– Mən iki müxtəlif  idman növüylə məşğul olmuşam. Həm də çox hərəkətdə olan bir uşaq olmuşam. Məktəbdə, demək olar ki, idmanın bütün növlərində yer alırdım. Amma ədəbiyyata olan bağlılığım uşaqlıqdan gəlir. Çap olunmayan kitablarım və şeirlərim var. Vaxtım olsa, bunların üzərində çalışaram. Fotoqrafiya çoxdankı xobbimiydi və indi sevimli peşələrimdən biri olub. Eyni zamanda reklam filmləri yazıram. 50-dən çox film, çoxlu sayda məşhurların şəklini çəkmişəm ki, bu da peşəmlə bağlıdır.

– Mənim də sevimli futbol klubum olan "Qalatasaray"da oynamısınız. Niyə futboldan, idmandan ayrıldınız, teatr, kino, modellik, reklamçılığa üz tutdunuz? Bu, sizə nə verdi, nə qazandırdı?

– Gənclik illərində idman gimnastikasıyla məşğul oldum. Daha sonra "Qalatasaray" futbol klubunun qapıçısı oldum, İdman Akademiyasının məzunuyam. Futboldan ayrılmağımın səbəbi zədə almağıma bağlı idi. Müalicə uzun sürdü və mən də modelliyə keçməyə qərar verdim. Bu barədə çox az insan bilir, bütün bunlar barədə məlumatlı olmağınıza təəccüb etdim (Gülür).

sensev02

– Bəs reklam və modellçilik həyatına necə daxil oldunuz? Siz həm də “İlin gənc kişisi“ yarışmasının qalibi olmusunuz. Hansı firmaların modelliyini etmisiniz və sonradan modellikdən niyə ayrıldınız?

– Müsabiqədən sonra bu sahəyə sürətlə daxil oldum. Mənə verdikləri özünəinam heç bir zaman pis görünmədi. Bunlar vacib tələblərdəndir. Əlbəttə, maddi və mənəvi ölçüsü də başqa bir qzancdır. Demək olar ki, bütün kişi kosmetik məhsullarının – taraş bıçağı, taraş köpükləri, üz kremlerinin, həmçinin, məşhur geyim firmalarının siması oldum ki, bunları saymaqla bitməz.  Qəfil qərar verməklə modellik ve aktyorluqdan ayrılıb reklamçılığa keçdim. Reklam filmlərində oynadığım ərəfələrdə reklamçılığın cazibəsinə düşdüm və bu günə kimi də zövqlə davam etdirirəm. Artıq daha yavaş templə işlədiyim üçün aktyorluğa da zaman ayıra bilirəm. Əvvəllər o qədər çox çalışırdım ki, kinoya belə baxmağa vaxtım olmurdu.

–  Dediniz ki, şeir də yazıdınız. İlk yazdığınız şeir yadınızdadırmı?

– Şeiri gənclik illərində çox yazmışam. Sonradan getdikcə az yazmağa başladım. Son 15 ildə isə yazmadım. Çünkü mən peşəmlə bağlı durmadan yazan biriyəm ki, bunlar ticari məqsədlə yazılanlardır. Bu da mənim özüm üçün yazmaq arzumu söndürdü. İlk yazdığım şeiri elə də xatırlamıram, gərək baxam, amma düşünürəm ki, romantik bir şeirdi (Gülür). Şair Orhan Veli Kanıkın pərəstişkarıyam.

– Reklam Agentliyinizi nə zaman qurdunuz? Sənət sayılmayan bu reklam bir ticarətdir və bu ticarətdən kifayət qədər qazanc götürə bilirsinizmi?

– “Private Creative” Reklam Agentliyimi 1993-cü ildə qurdum. Bu agentlik reklam sənətləri ilə məşğul olan bir ticarət yeridir. Kifayət qədər qazanc adama görə dəyişir.

– Səhv etmirəmsə, Tarkanın ilk ifa etdiyi mahnının fotoşəkilləri o zaman sizin agentlik tərəfindən həyata keçirilib…

– Tarkan məsələsinə girmək istəmirəm, məncə, bunun xəbər dəyəri belə yoxdu. Amma bəzən təəccüblü şəkildə bir yazının başlığı belə olur.

– Hazırda hansı firmalarla çalışırsınız?

– Bir çok firmayla çalışıram. Amma “Silverline Ankastre” və “Enrico Cerini” mənim üçün özəl adlardır.

– Fotoqrafçılıq, reklamçılıq, aktyorluq – Sizə bunlardan hansı daha yaxınıdr?

– Üçü də mənə zövq verir. Açığı, bunları bir-birindən ayırmaq mənə çətindir.

– Son olaraq, Viktor sevənlərin Kayası şəxsi həyatından, nələrdən xoşlanıb-xoşlanmadığından danışa bilərmi?

– Evliyəm, bir qız atasıyam. 3 sevgilim var – foto, kino, aktyorluq. Yemək bişirməyi sevirəm. Şəhərdən qaçıb dəniz kənarında yer alan uzaq məkanların, gizli ləzzətləri kəşf etməyin heyranıyam. Avtomobil tıxacından zəhləm gedir. Dənizi görmədən dayana bilmirəm. Çevik insanam, tənbəl adamlara dözümlü deyiləm.

Laçın SƏMLA

Strateq.az

sensev03

sensev

sensev05