XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 May 2016 - 17:34

ABŞ dövlət katibinin köməkçisi:“Putin üçün “kökə”ni “qamçı” ilə əvəz etmişik”

ketlin

 

ABŞ dövlət katibinin köməkçisi Ketlin Kavalek Polşanın “Eczpospolita” qəzetinə müsahibəsində Rusiya ABŞ münasibətləri barədə maraqlı məqamlara toxunub.

Strateq.az müsahibəni ixtisarla oxuculara təqdim edir:

 

– Rus təyyarələri yenidən Baltik dənizindəki ABŞ gəmiləri ətrafında təxribatçı uçuşlar edərsə, Amerika atəş açacaqmı?

– Bu, çox təhlükəli manevr idi. Biz diplomatik kanallar vasitəsilə ilə Moskvaya öz etirazımızı bildirmişik. Demişik ki, növbəti belə hərəklərə adekvat cavab veriləcək.  

– Türklər hava sərhəddini pozan rus təyyarəsini vurdular. Niyə ABŞ bu qaydada cavab verə bilmir?

– Biz öz məsuliyyətimizi anlayırıq. Emosiyaların qaynamasına yol vermək olmaz. Türklərin bu addımının nəyə gətirib çıxartdığını biz indi görürük. Məncə, biz belə münaqişələrin içinə düşməyimizi istəmirik. Problemi atəşlə həll etməkdən savayı, digər yolları da var. Rusiya və Türkiyə arasında gərginlik xeyli güclənib. Bu hər iki dövlətin heç birinə xeyir gətirmir.

– Belə bir təsəvvür var ki, Barak Obama Kremllə şox yumşaq davranır. Onun Moskva ilə “yenidənyüklənmə” ideyasını isə çöx sadəlövh ideya sayanlar var…

– Mən hesab etmirəm ki, prezident sadəlövhdür. Rusiya ilə əməkdaşlıq həmişə çətin olub. Biz lazımsız münaqişələrdən qaçmaq üçün onlarla tərəfdaş kimi davranmaq istəyirdik. Prezident çox doğru olaraq bu yolla getmək, “qamçı” deyil, “kökə”dən istifadə etmək istəyirdi. Krımın birləşdirilməsi, Ukraynanın şərqində rus hərbçilərinin peyda olması bizi strategiyanı dəyişdirməyə, yenidən “kökə”ni “qamçı” ilə əvəzləməyə vadar etdi.

– Yəqin ki, ABŞ  demokratik  yolla seçilmiş prezident Yanukoviçə öz müddətini başa vurması üçün təminat versəydi, o zaman Ukrayna da Krımdan mərhum olmazdı. Bu fikri Harvardın professoru Mark Kreymer deyir…

– Biz Yanukoviçin hakimiyyətdə qalmasına imkan verəcək sazişi işləyib hazırlamağa cəhd etdik. O özü səhnədən qaçmağa qərar verdi. Amerika onu qovmadı. Ukrayna siyasətinin o zamankı dinamikası belə idi.

– “Qamçı”- yəni sanksiyalar təsir edir? Putinin Minsk sazişini icra etməsi üçün şanslar varmı?

– Biz inkişaf üçün şansları görürürk. Obama Putinə deyib ki, onun prioritetlərindən biri səlahiyyətinin sonuna  qədər Minsk sazişinin həyata keçirilməsidir. Bu, sanksiyaların götürülməsi üçün imkanları açardı. Ancaq buna qədər ukraynalılar öz sərhədlərinə nəzarət imkanı almalıdır. Amerika "Normand formatı" üzrə danışıqları hər zaman dəstəkləməyə hazırdır.

– Bəyəm Rusiya iqtisadiyyatı çox acınacaqlı vəziyyətə düşüb, xalqın əhvalı elə pisdir ki, Putin güzəştlərə getmək barədə düşünsün?

– Putin rus iqtisadiyyatının bu qədər faktorlar tərəfindən eyni vaxtda zərbə alacağını qətiyyən gözləmirdi. Neftin aşağı qiyməti, islahatların keçirlməməsinin nəticələri, qərb kreditlərinin olmaması… Prezident bütün bunları inkar edə bilməz axı…

– Ukraynadakı yeni hökümət rusyönümlü müxalifətin səsverməsi ilə formalaşıb. Orada islahatlar davam edəcək?

– Dövlət katibinin müavini Viktoriya Nuland bu yaxınlarda bir neçə gün Ukraynada olub. O, yeni hökümətin nümayəndələri ilə görüşüb və qaneedici vədlərlə qayıdıb. Yeni baş nazir Ukraynanın hansı situasiyaya düşdüyünü anlayır. Odur ki, biz yeni hökümətin islahatlarını dəstəkləyəcəyik.

– Moskva Krım və Donbası işğal etsə də, ABŞ Rusiya-NATO Şurasının işini bərpa etmək qərarı verdi. Niyə?

– Biz lap əvvəldən deyirdik ki, Şura əgər Ukraynadakı situasiya ilə məşğul olarsa, onun işini bərpa etməyə hazırıq. Moskva gördü ki, alyansın bu məsələdə həmrəyliyini sındıra bilmir, sonda Ukrayna mövzusunun müzakirəsinə razılıq verdi. Odur ki, biz yox, ruslar öz mövqelərini dəyişdilər.

 

Endjiy Beletski, “Eczpospolita”, 02.05.2016

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə