XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 10:22

Fransalı erməni ekspert:"Bu müharibə Putinin gücsüzlüyünü sərgilədi"

cebhe

Fransa Strateji Araşdırmalar Mərkəzinin eksperti Kayts Minasyanın Qarabağ ətrafındakı hərbi durumla bağlı Ermənistan nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Serj Sərkisyan Azərbaycanla danışıqların təzələnməsilə bağlı üç şərt irəli sürüb. Bu şərtləri necə dəyərləndirirsiniz?

– Şərtlər Azərbaycana deyil, beynəlxalq birliyə ünvanlanıb. Serj Sərkisyan Azərbaycandan heç nə gözləmir, buna görə də erməni tərəfi yüksək səviyyədə şərtlər irəli sürməyib. Çünki bu, danışıqların iflasına səbəb ola bilərdi, bu isə Azərbaycanın xeyrinə ola bilər. Demək istəmirəm ki, DQR-in (mətndə bu cürdür – tərc.) müstəqilliyinin tanınması baş tutmayacaq. Əksinə. Ermənistanın hər üç prezidenti – Levon, Robert və Serj xalq qarşısında izahat verməlidir ki, niyə 1994-cü ildən bəri DQR-in müstəqilliyini tanımayıblar. O zaman Azərbaycan diz çökmüşdü, Ermənistan da zəif idi, lakin Moskvanın dalınca bu cür qaçmırdı. Yəni strateji dəyərimizi artırmağımız lazımdır.

– Avrasiya İqtisadi Birliyi İrəvanda baş nazirlərin toplantısını keçirməkdən imtina etdikdən sonra hətta Ovik Abramyan Moskvada həmin görüşə getdisə, bunu necə etməli? Rusiya ilə vassallıq əlaqələrini necə zəiflətmək və bizimlə hesablaşmağa necə məcbur etmək olar?   

– Strateji dəyəri yüksəltməkdən ötrü qarşıya vəzifə qoymaq lazımdır. Birincisi, korrupsiya ilə mübarizə aparmaq gərəkdir ki, dövlət güclənsin, bu da təhlükəsizliyə təsir edəcək. İkincisi, bütün milli resurslardan istifadə etmək lazımdır – həm Ermənistanda, həm də diasporada. Üçüncüsü, Qərb və Çinlə hərbi, siyasi, iqtisadi münasibətləri inkişaf etdirmək lazımdır. Dördüncüsü, ruslara izah etməliyik ki, biz heç vaxt kölə olmayacağıq. Bizdə antirusiya, hətta antitürkiyə siyasəti də yoxdur. Bizim siyasətimiz bizim maraqlarımıza tuşlanıb. Lakin təəssüf ki, Ermənistanda bunu hələlik görmürəm. Güclü ordu var, lakin xalis dövlət, milli təfəkkür yoxdur.

– Yüksəkrütbəli üç zabitin işdən azad edilməsini necə qiymətləndirirsiniz? Bu, köklü dəyişikliklərin başlanğıcı ola bilərmi?

– Düşünmürəm ki, kimisə ordudan azad etməklə nəyisə dəyişmək olar. Düşüncədən başlamaq lazımdır. Kimi və nəyə görə işdən çıxardıqlarını bilmirəm. Bəlkə də, onları başqa işə keçiriblər, lakin düşüncədən başlamaq lazımdır. Dördgünlük müharibə göstərdi ki, dünyanın bütün erməniləri yumruq halında birləşdi və Qarabağın dalında durdu. Və indi ümummilli düşüncəni inkişaf etdirmək lazımdır ki, xalq, diaspora öz məsuliyyətini hiss etsin və öz potensialını millətin xidmətinə versin. Postsovet prezidentlər belə də Yeni Ermənistan qura bilmədilər. Ermənistanın feodal mahiyyətini dəyişmək lazımdır. Rusiyaya göstərmək lazımdır ki, biz tabe olmağa hazırlaşmırıq, ruslar isə bizə izah etməlidirlər ki, Ermənistanda nə, hansı müttəfiqi görürlər. Bu müharibə Putinin gücsüzlüyünü sərgilədi.

–  Fikir var ki, Qarabağ probleminin həlli yoxdur.

– Bununla razıyam. Erməni marağı baxımından Qarabağ müstəqil olmalı və Ermənistanla birləşməlidir. Azərlər (mətndə bu cürdür – tərc.) deyirlər ki, Qarabağ onların “ərazi bütövlüyü” çərçivəsində olmalıdır. Beynəlxalq birlik Qarabağ məsələsinə prioritet yanaşmaq istəmir, çünki həlli yoxdur. Bu, Tayvan, Yerusəlim kimidir… Beynəlxalq birliyə status-kvo lazımdır. Daha önəmli məsələlər – Suriya, Ukrayna, İraq, iqtisadi böhran var. Serj Sərkisyan da istəyir ki, danışqılar saxlansın. Lakin başqa bir yanaşma var. Həmsədrlərin 24 illik fəaliyyətinin nəticəsi Madrid prinsipləri oldu və nəticəni gördük – Dördgünlük müharibə. Yəni bu variant tədricən müharibəyə doğru gedir. İkinci variant – Ermənistan Qarabağı tanısa, ola bilsin, hansısa ölkələr onun kimi hərəkət edər və Azərbaycan müharibəyə başlaya bilər. Lakin düşünmürəm ki, Əliyev tammiqyaslı müharibə istəyər, çünki hakimiyyəti itirməkdən qorxur. Hər iki halda müharibə ehtimalı yüksəkdir və hansı daha yaxşıdır – Qarabağı tanımadan müharibəyə getmək, yoxsa diz çöküb və yaxud ayaqüstə tanımaqla?

 

Siranuş Papyan

Lragir.am, 02.05.2016

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə