XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 May 2016 - 12:36

Erməni analitik:"Rəsmi İrəvan beynəlxalq hüquqdan kənar addımlar atır"

TOS

Roza Ovannisyan

Lragir.am, 07.05.2016

 

Erməni politoloqu Saro Saryanın Qarabağ münaqişəsi ilə bağlı Ermənistan nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Ermənistan hökuməti bildirir ki, indiki mərhələdə Arsaxın (etimoloqların fikrincə, Arsax qədim türk-Azərbaycan sözüdür -tərc.) – Qarabağın tanınmasından çəkinmək lazımdır, yalnız Azərbaycanın yeni təcavüzü zamanı bu addıma getmək olar. Bu cür yanaşma nə dərəcədə məqbuldur?

– Birincisi, qeyd etmək lazımdır ki, bu cür yanaşama əvvəllər də olub – təcavüz baş versə, Ermənistan DQR-i (mətndə bu cürdür-tərc.) tanıyacaq. Təcavüz, Dördgünlük müharibə baş verdi, lakin Ermənistan DQR-i tanımadı. Bu, artıq həmin prinsipin pozulması, öz gücünü lazımınca dəyərləndirməmək və vahimənin ifadəsidir. Və sabah təcavüz baş verəcəyi halda ardınca tanımanın olacağı haqda açıqlamalar təmələ malik olmalı və həmin yanaşmaların icrasına inam yaratmalıdır. Prinsipi əvvəllər pozmusansa, zəmanət haradadır ki, onu yenidən pozmayacaqsan? Bu mənada problem indiki rejimdədir. Prinsipsizlik göz qabağındadır və saxlanır. Onlar deyirlər ki, Qarabağı tanısaq, bu danışıqlaradan imtinaya və müharibəyə səbəb olacaq, Ermənistan isə sülh nizamlaması tərəfdarıdır. Bu o deməkdir ki, hökumət cavabdan yayınır. Yəni müharibə olmasın deyə DQR-i tanımırıq, lakin prinsipsizlik özlüyündə müharibəyə aparır. Öz azadlığına etinasızlıq köləliyə səbəb olur. Bizi müharibəyə məhz bu yol gətirdi. Dinc yaşamaq üçün müharibəyə hazırlaşmaq lazımdır. Bu qorxunun haradan gəldiyini hamımız bilirik, 100 il ərzində xalqımıza peyvənd olunub. Bax, buna görə dövlət quruculuğunda, təhlükəsizliyin təminatında irəli gedə bilmirik. Müharibə artıq gedir və yeni təcavüzdən danışmağın yeri yoxdur.

– Qarabağın tanınması Ermənistana nə verəcək?

– Ermənistan hazırda Qarabağ rejimi ilə qeyri-legitim əsasda ünsiyyətdədir və dünyanın maraqları Ermənistanın maraqları ilə üst-üstə düşməyəndə həmişə buna isnad edəcək. Rəsmi İrəvan, bax, buna görə beynəlxalq hüquqdan kənar addımlar atır və bu, basqı vasitəsi ola bilər. Allaha şükür ki, indiyədək bunu etməyiblər, lakin sabah bizə deyə bilərlər – sən beynəlxalq hüququn tanınmamış subyekti ilə digər ölkənin ərazi bütövlüyünə toxunan incə təmasdasan və daxili işlərə müdaxilə kimi dəyərləndirilə bilər.

– İlk prezident Levon Ter-Petrosyan da tanımadan çəkinməyə və nizamlama çərçivəsində qalmağa çağırdı. Bunu necə şərh edirsiniz?

– Mən bunu məhz bu çərçivədə görürəm. İndiki rejimin DQR-i nə üçün tanımadığını izah etməyi lazım gələcək və buna görə də hər bir münasib təsadüfdən, tezisdən yapışır. Cəmiyyətin təzyiqi böyükdür, sərhəddə əsgərlərimiz həlak olur, cəmiyyət anlayır ki, müharibə vəziyyətindədir və hökumətin mövqeyini başa düşə bilmir. Rejim çətin durumdadır və Levon Ter-Petrosyan DQR-i tanımamaq tezisləri ilə bərabət lap göydən düşdü. Çünki “hətta sadalamağına dəyməyəsi” nəticələrlə doludur. Hamı bu tezis altında məsuliyyətdən qaçır. Kimsə mümkün nəticələri sadalasaydı, çox yaxşı olardı. Sadalamırlarsa, onda qoy, nağıl danışmasınlar.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə