XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 May 2016 - 16:38

“Həmişəlik geri dönəcəyəm” –Keçmiş deputat Rza İbadov

rza ibadov

Keçmiş deputat, 1995-2000-ci illərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olmuş və hazırda Londonda yaşayan Rza İbadov maraqlı müsahibə verib.

Strateq.az Modern.az-a istinadən həmin müsahibəni təqdim edir:

– Rza müəllim, YAP icra katbinin müavini Siyavuş Novruzov sizin bu yaxınlarda Azərbaycana gəlib və geri döndüyünüzü deyib. Sonucu dəfə Bakıda nə zaman olmusunuz?

– Mən 2015-ci ilin noyabrında Azərbaycana gəlmişdim. İki həftə Bakıda qaldıqdan sonra Londona geri döndüm.

– Bakıya səfəriniz hansı xarakter daşıyırdı, kimlərlə görüşdünüz?

– Azərbaycana qohumlarımı, dostlarımı, yaxınlarımı görmək üçün gəlmişdim. Yəni səfərim daha çox şəxsi xarakter daşıyırdı.

-YAP-a yenidən üzv olmaq və Azərbaycanda aktiv siyasətə qayıtmağı düşünürsünüz?

– Mən hələ də YAP-ın üzvüyəm. Partiya sıralarından çıxarılmamışam. Yenidən aktiv siyasətə qayıdıb-qayıtmayacağımı zaman göstərəcək. Həyatda hər şey qismət işidir.

– Qarabağ cəbhəsindəki son hadisələri izləyirsinzimi?

– Əlbəttə, cəbhədəki son hadisələri diqqətlə izləyirəm. Azərbaycan ordusunun qələbələri ilə qürur duyuram.

– Londonda hazırda hansı sahədə çalışırsınız?

-Daşınmaz əmlak biznesi ilə məşğulam. Bu sahədə özəl bir şirkətim var.

– Yaxın gələcəkdə həmişəlik Bakıya dönmək, Azərbaycanda yaşamaq niyyətiniz varmı?

– Təbii ki, vətənim Azərbaycanı çox sevirəm. İnşallah, bir gün həmişəlik geri dönəcəyəm.




Yuxarı Əvvələ Ana Səhifə