XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 May 2016 - 01:11

Azərbaycanın keçmiş xarici işlər naziri:"Təhlükəsizliyi ərazilərə dəyişdirə bilərik" - VİDEO

tofiq-z-1

“Vurulmuş texnikanın, tankların qeydiyyat nömrələrindən məlum oldu ki, bunlar Rusiya ordusuna məxsus tanklardır. Buna görə biz Rusiyaya nota göndərmişdik”.

Strateq.az xəbər verir ki, bu sözləri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

1994-cü ilə atəşkəs haqqında razılaşmanın imzalanmasından, Azərbaycanın ağır diplomatik problemlərlə qarşı-qarşıya olduğu zamanlardan danışan keşmiş xarici işlər naziri Qarabağda döyüşlərdə ermənilərdən başqa Ermənistanda yerləşən birləşmələrin də iştirak etdiyini bildirib.

Tofiq Zülfüqarov atəşkəsin bağlanmasının Azərbaycan üçün nə dərəcədə lazımlı olduğunu diqqətə çatdırıb.

“Əgər hərbi əməliyyatlar davam etsəydi, Rusiya bu münaqişəyə daha böyük qüvvələrlə qoşula bilərdi. O vaxt  Qraçov ermənipərəst siyasət yürüdürdü. O istəyirdi ki, ermənilərə böyük miqdarda kömək göstərilsin”,- deyə qeyd edən sabiq nazir Azərbaycanın çətin günlərindən danışıb.

Azərbaycan diplomatiyasının qarşısında çox çətin məsələlərin dayandığını qeyd edən Tofiq Zülfüqarov o vaxt Rusiya Xarici İşlər Nazirliyindən Vladimir Kazimirov vasitəsi ilə bir, Pavel Qraçov vasitəsi ilə başqa danışıqların aparıldığını, Minsk qrupu çərçivəsində beynəlxalq təşkilatın nəznində bir başqa danışıqların getdiyini diqqətə çatdırıb.

“Biz atəşkəsə nail olmalıydıq. Çünki Azərbaycana vaxt lazım idi ki, daxili-siyasi sabitliyi bərqərar etsin. İnvestorlar qəti deyirdilər ki, müharibə davam etsə, heç bir sərmayə gəlməyəcək. Sərmayə gəlməsə, bizim ordunu bərpa etmək imkanımız olmayacaqdı. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir”,- deyə sabiq xarici işlər naziri qeyd edib.

Nazir aprel döyüşlərindən sonra vəziyyətin xeyli dəyişdiyini Azərbaycanın öz gücünü bütün dünyaya göstərdiyini də əlavə etdi.

"Azərbaycan cəmiyyəti indi müharibəyə hazırdır. Bu baxımdan onlar nəsə əldə etmək istəyirlərsə, onlar təhlükəsizlik istəyirlərsə, təhlükəsizliyi ərazilərə dəyişdirə bilərik!"– deyə Tofiq Zülfüqarov vurğulayıb.

 

 




Yuxarı Əvvələ Ana Səhifə