XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 11:24

Professor Aleksey Maslov: “Çinə qarşıdurma deyil, hərbi-texniki əməkdaşlıq lazımdır”

ABŞ-la çin hərbi sahədə qarşılıqlı fəaliyyət haqda müqavilə imzalayıb. Həm də tezliklə iki ölkənin birgə hərbi təlimi keçirilə bilər. Bu, Moskvada Qələbə paradında əsas qonaq çXR-nın başçısı Si Szinpin olandan və Aralıq dənizində Rusiya və çin donanmalarının tarixdə ilk dəfə birgə hərbi təlim keçirməsindən cəmi bir ay sonra baş verdi. Həm də Moskva praktik olaraq rəsmən “Şərqə dönüş” elan edib. çinlə ABŞ-ın yaxınlaşmasının səbəblərini Ali İqtisadiyyat Məktəbi şərqşünaslıq kollecinin rəhbəri Aleksey Maslov Rosbalt.ru-ya verdiyi müsahibədə şərh edir.

– Rusiya çinlə alyans yaratmağa cəhd etdiyi halda Pekin və Vaşinqton hərbi əməkdaşlıq haqda müqavilə bağlayır. Bu nə deməkdir? Demək olarmı ki, çinlilər bu məqamda bizi necəsə bir kənara qoydular və çin-Rusiya yaxınlaşması əvəzinə çin-Amerika yaxınlaşması baş verir?

– Bu durumun çin və Rusiya anlamları var. Biz eyni hadisəyə müxtəlif cür yanaşırıq. Biz hesab edirik ki, Rusiya çin üçün hərbi əməksaşlıq planında eksklüziv tərəfdaşdır. Aralıq dənizindəki çin-Rusiya birgə hərbi təliminin son yaxşı təbliği də elə bununla izah olunur. Lakin çinin siyasi mədəniyyətində ehtiva olunmuş ənənəvi yanaşma var: tərəfdaşlarla bərabər məsafə saxlamaq və bərabər şəkildə yaxınlaşmaq prinsipləri. çinin praktik olaraq Rusiya ilə hərbi-texniki əməkdaşlığı müzakirə etməklə bərabər anoloji layihələri həm də ABŞ-la müzakirə etdiyini sezmək çox da çətin deyildi. Yəni Rusiya çinlə münasibətlərində digər ölkələrlə məcburi rəqabət vəziyyətindədir və başa düşməlidir ki, Səmalar ölkəsi sınanmış alternativ tərəfdaşları həmişə tapa bilər.

Digər məqam bundan ibarətdir ki, son ay ərzində Güney çin dənizindəki adalarla bağlı çinlə ABŞ arasındakı ziddiyyət hiss olunacaq dərəcədə güclənib.

– Bəli, lakin dəqiqləşdirmək istəyərdim ki, çinlilər niyə ABŞ-la hərbi əməkdaşlığın genişləndirilməsinə gedirlər, lakin sanki onların arasında ziddiyyətlər güclənir. Xüsusən də çinin Güney çin dənizində süni adalar inşa etməsinə görə. Yoxsa bu ziddiyyətlər Rusiyadan göründüyü kimi o qədər də dərin deyil?

– Bu, həlledici ziddiyyət deyil. Bu, çini ABŞ-la hədsiz dərəcədə yaxınlaşmağa görə ititham etməsinlər deyə? çXR-lə digər ölkələr arasında məsafə saxlamaq normatividr. Məsələ burasındadır ki, amerikalılar Güney çin dənizindəki mübahisəli adaların, hər şeydən öncə, Spartli arxipelaqının birtərəfli qaydada ilhaqına qarşı çıxış edirlər. Bu, heç kimin yaşamadığı və çinin süni adalar yaratmaqla öz ərazilərini artırdığı adalar düzümüdür. Bu adaların önəmi, hər şeydən əvvəl, Güney çin dənizindəki əsas ticarət və Fars körfəzindən çinə neft tədarükü yollarının oradan keçməsindədir. Bu adalar formal olaraq istənilən başqa dövlətin ərazisi deyil. çindən başqa ora hələ Vyetnam, Filippin, Myanma və bi sıra başqa dövlətlər də iddia edir.Təbii ki, ABŞ, onların dediyi kimi, durumun müstəqil moderatoru rolunda çıxış etməklə bu adaya iddia irəli sürmür. Düşünürəm ki, çində amerikalıların status-kvonu saxlamaq istəyi ilə duruma müdaxilə etməmək eyhamını düzgün başa düşüblər.

Ehtimal edirəm ki, bu adalarla bağlı çin-Amerika ziddiyyətləri, hər şeydən əvvəl, Rusiya mətbuatında son dərəcə şişirdilib. Eyni zamanda çinlə Amerika arasında hərbi sahədə əməkdaşlıq haqda müqavilə hazırlanırdı və aydın idi ki, ən yaxın zamanlarda imzalanacaq. Hər iki tərəf silahlarını cingildətdi ki, bu da mərasim planında önəmli idi və müqavilə bağlandı.

Düşünürəm ki, çXR həm Rusiya, həm də ABŞ-la bərabər səviyyədə hərbi əməkdaşlığın artırılmasını davam etdirəcək. çünki hazırda çinə bu ölkələrlə qarşıdurma deyil, hərbi-texniki əməkdaşlıq lazımdır.

– Bu o deməkdirmi ki, bizim kürəsəl antiamerika çin-Rusiya alyansı yaratmaq planımız, sadəcə, yaxın gələcəkdə gerçəkləşməyəcək xülyadır?

-Mən güman edirəm ki, bu cür alyansın yaradılacağına ümidlər çağdaş çinin inkişafını anlamamaqdan qaynaqlanır. Bu, əsla gerçəkləşməyəcək bir məsələdir. Düşünürəm ki, çXR həm Rusiya, həm də ABŞ-la bərabər şəkildə yaxınlaşmaq və aralanmaqda həmişə öz gündəliyini hazırlayacaq. çin rəhbərləri dəfələrlə qeyd ediblər ki, kiminləsə birgə və kiməsə qarşı – indiki halda Birləşmiş Ştatlara qarşı – heç bir blok və ya hərbi alyans qurmağa hazırlaşmırlar.

– Məncə, biz bunu eşitmək istəmirik. Ya da Moskvada qərar qəbul edənlər bunu eşidir, lakin təbliğat nəsə başqa bir şeyi ifadə edir.

– Düşünürəm ki, bu məqamda nəsə şaman ovsunu kimi bir şey var. Mənası budur ki, nəyisə dəfələrlə təkrar etsən, o gerçək olacaq. Əslində, belə deyil. Misal gətirirəm. çinlə böyük ixtilafı, o cümlədən mübahisəli adalara görə problemi olan Yaponiya ABŞ-dan sonra 300 milyard dollardan çox dövriyyə ilə “Səmalar ölkəsi”nin ikinci böyük ticarət tərəfdaşıdır. Bu iki ölkə arasındakı ciddi ziddiyyətlər fonunda 2014-cü ildə çindən Yaponiyaya ixracat xeyli artıb. Hansı ki, sanki, möhkəmlənən Rusiya-çin dostluğu fonunda bu göstərici aşağı düşüb. Yaponiya tək bir ildə çinin Rusiyaya uzun illər boyu qoyduğu yatırımdan çox yatırım qoyub. çində belə bir deyim var: “Soyuq siyasət – qızğın iqtisadiyyatdır”. Mənası budur ki, siyasətdə hansısa ixtilaflar, soyuqlaşmalar ola bilər, lakin iqtisadiyyatda hər şey qızdırılmalı və yüksələn xətlə getməlidir. Biz isə siyasəti iqtisadiyyatın əvəzinə və əksinə qəbul edirik.

Söhbətləşdi: Aleksandr Jelanin

Rosbalt.ru, 16.06.2015




Yuxarı Əvvələ Ana Səhifə