XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 18:16

Münhen Konfransının sədri Volfqanq İşinger:"Rusiya Çinə qarşı Qərb cinahında durmağa üstünlük verməlidir"

isinger

 

Təhlükəsizlik üzrə Münhen Konfransının sədri Volfqanq İşinger Almaniyanın "Deutsche Welle" nəşrinə müsahibəsində NATO və Rusiyanın 1997-ci ildə əslində nə barədə razılaşdığı, həmçinin Qərbin səhvləri və Çinin artan qüdrəti haqda danışıb.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

 

Cənab İşinger, birinci və sonuncu görüşünüzdə Vladimir Putin sizdə necə təəssürat yaradıb?

Biz ilk dəfə 15 il əvvəl, onun prezidentliyinin lap başlanğıcında görüşdük. Onunla iş görmək xoş idi. O vaxt bizim hökumətlərimiz ən müxtəlif problemlərin üzərində birgə işləyə bilirdi. Lakin son zamanlar başqa Putinlə üzləşdik – Qərbə, xüsusən də ABŞ-a  kinli olan adamla. O, Qərblə münasibətlərdən məyus olub Rusiyanı Avropadan uzaqlaşdıran siyasətə istinad etdi. Mən buna təəssüflənirəm və ümid edirəm ki, Rusiyanın cari siyasət kursu dəyişiləcək və biz yenidən əməkdaşlıq edəcəyik. Mən əminəm ki, Avropa Rusiyaya lazımdır, Avropa isə öz növbəsində Rusiya ilə normal münasibətlərsiz tərəqqi etməyəcək.

– Putinin son iki ildə etdikləri sizin üçün sürpriz oldumu?

– Biz Qərbdə uzun müddət Rusiyanı başa düşmədik, Putin və Medvedyevun son 7-8 ildə bizə göndərdiyi siqnallara etinasız yanaşdıq. Putinin 2007-ci ildə Münhen çıxışını yada salın. O vaxt təkcə dinləmək deyil, həm də eşitsəydik, onda, ola bilsin, sonradan baş verənlər bizi o qədər də şoka salmazdı.

– Siz Putunin təhlükəsizlik üzrə 2007-ci il Münhen konfransında nitqini nəzərdə tutursunuz? O, o zaman birqütblü dünyanın sonunu car çəkdi, NATO-nun şərqə genişlənməyi ilə bağlı onun ünvanına tənqid yağdırdı və dedi ki, Rusiya öz müstəqil xarici siyasətini aparacaq. Bu bəyanatları eşidərkən nə hiss etdiyinizi xatırlayırsınız?

– Mən o zaman digər xeyli dinləyici kimi eyni səhvi buraxdım. Biz bunu ciddi qəbul etmədik. Fikirləşdik ki, bu, sadəcə, nitqdir. Düzdür, mən o vaxt hələ təhlükəsizlik üzrə Münhen Konfransının sədri deyil, sadəcə, iştirakçılardan biriydim. Biz bütün bunlara ciddi yanaşmalıydıq. Xüsusən də Vaşinqton. Qərb 2007-2008-ci illərdə Rusiyanın narahatlığına xüsusi fikir vermir, Moskvaya əhəmiyyət vermədən öz planlarını gerçəkləşdirirdi. 2008-ci ildə isə Gürcüstanda hərbi münaqişə başlandı. Bu gün Putini daha diqqətlə dinləyirik.

– Yəni Putin öz məqsədinə çatdı – indi onu ciddi qəbul edirlər?

– Mən əslində bu cür düşünmürəm. Bəli, onu ciddi qəbul edirlər, lakin Rusiya ölkənin gələcəyi üçün həqiqətən önəmli olan dünya bazarlarında rəqabət qabiliyyəti, iqtisadiyyatın modernləşdirilməsi kimi sahələrdə getdikcə daha çox itirir. Bu gün Rusiyada 15 yaşlı yeniyetmənin gözlənilən ömür müddəti Afrikanın ən az inkişaf etmiş ölkəsindəki yaşıdınınkı qədərdir. Hesab edirəm ki, bu, rüsvaylıqdır. Başqa sözlə, səhiyyə sahəsində, sosial mühitdə problemlər var. Təəssüf ki, Rusiya iqtisadi planda tənəzzüldədir. Biz isə çiçəklənən Rusiyanı görmək, Rusiya ilə ticarət etmək istəyirik. Bu, indi mümkün deyil, çünki Rusiyanın daha pulu yoxdur.

– Putinin Münhen nitqinə qayıdaq: o zaman NATO-nu alyansın, guya, şərqə genişlənməyini istisna edən sazişləri pozmaqda ittiham etdi. Bu tənqid əsaslandırılmış idi?

– NATO-nu nəyisə pozmaqda ittiham etmək əsassızdır. Rusiya və NATO 1997-ci ildə Təməl Akt imzaladı. Mən bu danışıqlarda Almaniyanı təmsil edirdim, ona görə də nədən danışdığımı bilirəm. Artıq o zaman məlum idi ki, NATO genişlənmək niyyətindədir və Rusiya bu sənəddə NATO-nun planları ilə razılaşdı. Orada deyilir ki, NATO genişlənəcəyi halda alyansın yeni üzv ölkələrində daimi hərbi baza yerləşdirməməyi öhdəsinə götürür. NATO-nun əvəllər əldə edilmiş razılaşmaları və üzərinə götürdüyü öhdəlikləri hazırda pozmağı haqda iradlar, sadəcə, axmaqlıqdır. Bu sənəd əlçatandır – o cümlədən rus dilində. Lakin etiraf etməliyəm ki, biz 2008-ci ildə NATO-nun Gürcüstanla Ukraynanın alyansa sürətləndirilmiş girişi haqda proseduru müzakirə etdiyimiz Buxarest sammitində son dərəcə dərinə getdik. Biz bu niyyətin Rusiya hökumətində, o cümlədən hərbçilərində hansı qəsblər doğuracağını lazımınca qiymətləndirmədik. Onlar bunu Rusiya üçün təhdid kimi qiymətləndirdilər ki, əlbəttə, bu cür deyil.

– Yəni belə çıxır ki, Putin NATO-nun heç vaxt genişlənməmək haqda vədində təkid etməklə yalan danışır?

– Belə çıxır, bəli. Hesab edirəm ki, bu, sadəcə, tarixi baxış nöqtəsindən nəzakətsizlikdur.

– Bəs düzdürmü ki, Putin öz prezidentliyinin başlanğıcında Rusiyanın NATO-ya girməyi haqda düşünürdü?

– Mən bu ideyanı heç vaxt geçəkləşdiriləsi saymamışam. Çünki düzünü desək, NATO bütün praktik məsələlərədə ABŞ-ın idarə etdiyi təşkilatdır. Rusiya ABŞ-ın aparıcı rol oynadığı alyansın üzvü olmağa hazırlaşmır. Və mən dəqiq bilirəm ki, Putin yetərincə tez bu qənaətə gəldi ki, Ştatların davranışı Rusiyanın maraqlarına ziddir və bu ölkəyə qarşı etirazlı çıxışlar etmək lazımdr.

– Onun buna əminliyi əsaslıdır?

– Xeyr, mən belə düşünmürəm.

– Lakin rusiyalıların əksəriyyəti məhz bu cür düşünür.

– Bəli, bilirəm. Lakin bizim amerikalı bəzi tərəfdaşlarımız da səhvlər buraxırlar. Onlar Rusiyanın həssaslığını gərəyincə qiymətləndirmirlər. Rusiya haqda məşhur ifadəni xatırlayırsınız: “Bu ölkə etinasız yanaşmaq mümkün olan orta qüvvədir”? Bu, ağılsızlıqdır. Rusiya məğrur ölkədir. Rusiyalılar qürurlu millətdir. Bu, sayğıya layiq böyük bir millətdir. Siyasi psixologiya baxımından Qərb də, ABŞ da, NATO da səhvlər buraxır. Məsələn, mən şəxsən hesab edirəm ki, hazırda NATO ölkələrində RƏM sistemi yerləşdirməyə ehtiyac yoxdur. Bu, Rusiyada daha böyük soyuqluq doğuracaq.

– Hazırda Rusiyada NATO ilə mümkün müharibə haqda diskussiyalar gedir. Eyni zamanda xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya NATO ölkələrinin heç biri ilə vuruşmağa hazırlaşmır. Bu o deməkdirmi ki, Rusiya NATO üzvü olmayan ölkəyə müharibə elan edə bilər?

– Sergey Lavrovun sözlərini şərh etmək və yaxud altmənalar axtarmaq niyyətində deyiləm.  

– Onda sualı birbaşa verim. Belarus və Qazaxıstan kimi ölkələrin narahat olmağına dəyər ki, Rusiya üçün növbəti hədəf ola bilər?

– Son zamanlar Rusiya rəhbərliyindən eşitdiklərim, təhlükəsizliklə bağlı oxuduğum sənədlərin hamısı ona işarə edir ki, Kremlin fikrincə, ölkənin təhlükəsizliyini və ərazi bütövlüyünü ancaq onun ətrafında bufer zona yaratmaqla təmin etmək olar. Və bu bufer zonanın daxilindəki dövlətlər başqa heç bir alyansın üzvü olmamalıdır. Onlar Rusiyaya dost olmalıdır.

– Siz dediniz ki, NATO-da aparıcı rolu ABŞ oynayır. Putin bu gün düyanın birqütblü olduğunu bildirməklə haqlıdırmı?  

– Düşünürəm ki,  ABŞ birqütblü dünya epoxasının çatdığını bildirərkən Rusiya güclü diskomfort hiss etdi. Bu, 1999-2000-ci illərdə baş verdi. Düşünürəm, Putin o zaman qət etdi ki, ABŞ-ın ağalığı şəraitində Rusiya yox olacaq. Və mən Rusiyanın baxış nöqtəsini və Moskvanın Rusiyanın öz rolu olacağı çoxqütblü dünya qurmaq istəyini anlayıram. Düşünürəm ki, Moskvada Çinin güclənən rolunu da başa düşürlər. Mən rusiyalı olsaydım, gələcəkdə özündən razı Çun rəhbərliyinə, milyardlıq əhalisi olan və iqtisadiyyatın həcminə görə ABŞ-la rəqabətə girən ölkəyə qarşı durmaqdan ötrü Qərb cinahında, yəni AB-də etibarlı tərəfdaşlara malik olmağa üstünlük verərdim. Fikrimcə, Rusiyaya düşmənlər deyil, dostlar lazımdır. Və biz məhz potensial dostlarıq.

 

Janna Nemtsova

Deutsche Welle (Almaniya), 29.06.2016

 

Tərcümə Strateq.az-ındr.