XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 Mart 2015 - 10:11

Rusiyanı necə dayandırmaq olar?

Alman politoloqu, Ukrayna Ali Radası ekspertlər şurası Komitəsinin üzvü, Avroatlantik inteqrasiyası İnstitutunun böyük elmi əməkdaşı, alman politoloqu Andreas Umland Ukrayna-Rusiya münaqişəsi baxımından öz baxışlarını bölüşüb və Rusiyanı hansı sanksiyaların durduracağını bildirib. O kimin Putinin xələfi ola biləcəyi barədə gümanlar irəli sürüb.

-Cənab Umland, hazırda Almaniyada Rusiyaya, Putinə və Rusiya-Ukrayna münaqişəsinə necə yanaşırlar?

-Rusiyanın son yarım ildə “Ukrayna böhranı”na daha çox uğraşdığı bəlli olanda və Malayziya avialaynerinin qəzaya uğramasından sonra, indi isə hələ Boris Nemtsovun ölümündən sonra ictimai rəy və e
litanın fikri pis yönə dəyişir. Rusiya və Putinə əvvəlki inam xeyli azalıb.

-Necə bilirsiniz, çağdaş Rusiyada faşizm əlamətləri var?

-Mən bu istilahdan ehtiyat edirəm, çünki mənə elə gəlir ki, o burada o qədər də uyğun deyil. I Dünya Savaşından sonra Almaniya və İtaliyada baş verənlər diktaturanın başqa bir biçimidir və rejimlərin başqa bir dinamikasıdır, nəinki bu gün Rusiyadakı. Əlbəttə, burada da radikal millətçilik, totalitarizm, rəhbər kultu və hakimiyyətin mərkəzləşməsi nişanələri var. Bu, üzdən faşizm kimi görünə bilər, lakin əslində, bu günki Rusiya rejiminin dinamikası tamamilə başqadır. Bu rejim fanatik ekstremist hərəkatın təzahürü deyil. İdeologiyanın hərəkətləndirdiyi faşistlərdən fərqli olaraq Rusiyada kiçik insan çevrəsinin hakimiyyəti, yaratdıqları korrupsiya sistemini və yığılmış sərvəti qoruyub saxlamaq cəhdi müşahidə edirik.

– 2008-ci il Gürcüstan hadisələrindən sonra yazmışdınız: “Rusiyanın inkişafını gələcəyə ekstrapolyasiya etsək, onda NATO ilə tam müharibəni hələlik az ağlabatan, lakin tamamilə mümkün ssenari kimi nəzərədən keçirtmək lazım gəlir. Fikrinizcə, Ukrayna ətrafındakı durum üçüncü Dünya Savaşına çevrilə bilər?

-Mən ekstrapolyasiyanı o mənada nəzərdə tuturdum ki, Rusiyada ictimai rəyin təməldən dəyişilməsi baş verir. Bu əvvəlcə sadə xalqdansa daha tez antiamerika yönlü olmuş intellektual elitaya aid idi. Hazırda Rusiya ilə ABŞ-NATO arasında o vaxt öncədən deyilmiş fundamental qarşıdurma yaranıb. Görünür, dünya siyasətinin bu struktur problemi uzun müddət mövcud olacaq. Bu, “soyuq müharibə” durumu əmələ gətirib – o mənada ki, nüvə potensialına malik Rusiya digər nüvə dövlətini öz düşməni sayır. Lakin bu gün Rusiya ilə NATO arasında hərbi qarşıdurma imkanı və ehtimalı Rusiya tərəfdən həm də ona görə sui-istifadə olunur ki, Ukraynaya nisbətdə fəaliyyətində Şimali Atlantika ittifaqına üzv ölkələri qorxutsun. Buna görə də Rusiyada ictimai rəyin dəyişilməsi təhlükəlidir və təkcə “Ukrayna böhranı”nın deyil, dünya siyasətinin problemi olmaqdadır.

Digər tərəfdən, üçüncü Dünya Savaşından çox da qorxmaq lazım deyil. Qərbin Rusiyaya iqtisadi təzyiq rıçaqlarına diqqət toplamağı lazımdır, çünki Rusiyaya tətbiq ediləsi iqtisadi sanksiyalar imkanı hələ tükənməyib.

– Daha hansı rıçaqlardan istifadə edilə bilər?

-Başlıca rıçaq idxal sanksiyalarıdır. Hələlik sanksiyaların əksəriyyəti ixrac sanksiyalarıdır. Yəni Rusiyaya müəyyən xidmət və mallar ixracının məhdudluğu, həmçinin Rusiya rəhbərliyindəki müəyyən şəxslərə qarşı şəxsi sanksiyalar. Bu mexanizmləri, onların tətbiq edildiyi şəxslərin dairəsini, ixrac sanksiyalarını genişləndirmək, xüsusən də Rusiyanı beynəlxalq SWIFT ödənc sistemindən ayırmaq mümkündür.

Lakin Rusiyaya ən gerçək təsir vasitəsi Avropa Birliyinin idxal sanksiyaları qoyması ola bilərdi. çünki Rusiya büdcəsinin doldurulmasında önəmli qaynaq AB ölkələrinə idxal qazancından vergilərdir. Bu gömrük yığmalarının ən böyük payı neft idxalındandır. Avropa Birliyi hazırda Rusiyadan aldığı neftin önəmli hissəsini digər idxalçılardan ala bilər. Bu, neftin digər potensial müştərilərə nəqlində Rusiya üçün problemlər yarada bilər – belə ki Rusiya hələlik çinə və yaxud digər Şərqi Asiya ölkələrinə nəql infrastrukturuna malik deyil. Hazırda Rusiyadan Avropa Birliyinə neft kəmərlərinin varlığı sayəsində xeyli miqdarda neft ixrac olunur. Lakin başqa ölkələrə belə şəbəkə yoxdur. Buna görə də AB-nin Rusiyaya idxal sanksiyaları Kremlə güclü təzyiq yaradardı.

Hər necə olsa da, AB ölkələri “Qazprom”dan energetik asılılıq hiss edir. Hazırda AB-nin yaratdığı Enegetik Birlik bu asılılıqdan qaçmağa kömək edəcəkmi?

– Bəli, bu, həmin yöndə düzgün addımdır. Energetik Birliyin yaradılması, birinci növbədə, Rusiya ilə AB arasında qarşılıqlı asılılıqdan yayınmaq üçündür. Tez-tez unudurlar ki, Rusiya da, xüsusən də Qazprom Avropa bazarından asılıdır. Burada, neft idxalında olduğu kimi, Rusiya ilə AB arasında neft kəmərlərinin mövcudluğunda ehtiva olunan nəql problemi ortalığa çıxır. Lakin neftdənsə bu, bir qədər başqa məsələdir.

Lakin Energetik Birlik uzun müddətli layihədir. Onun hədəfi Avropa Birliyinin energetika sahəsindəki siyasətini vahidləşdirməkdir. O, Rusiyaya qarşı sanksiya deyil, AB ilə Rusiya arasında uzunmüddətli struktur dəyişiklikləri yaratmaq üçün nəzərdə tutulub.

Nataliya Kondratyeva

Qaynaq: lenta.ru

Materialı Fərzuq Seyidbəyli təqdim etdi.




Yuxarı Əvvələ Ana Səhifə